(pərəng), "gülpərək", "kəsmə" adlanan müxtəlif bədii dekora malik mürəkkəb zinət
ünsürlərindən, bəzən isə sadəcə kənarma metal qulp bəndlənmiĢ asma qızıl və ya
gümüĢ sikkələrdən tərtiblənirdi. "Pilək alınlıq", yaxud "əĢrəfi qabaqlıq" buna parlaq
396
misaldır. Dövlətli, kübar qadınların alınlığı, bir qayda olaraq daĢ-qaĢla, ən çox isə
brilyantla bəzədilirdi.
BaĢ bəzəklərinin bir qismi (məsələn, "qarmaq") çalma və örpəkləri (bənarə,
sərəndaz) bərkitmək, müəyyən hissəsi isə ("telbasan", "birçəklik", "qüllaba", "ərcə") saçın
hörüyə gəlməyən cığa və birçəyini yığıb səliqəyə salmaq məqsədi güdmüĢdür.
"Sırğa" və "tana" kimi sinonim istilahlarla [82] təmsil olunan qulaq bəzək-
lərinin çox geniĢ çeĢidi (üçdüymə, beşdüymə, qırxdüymə, satıl, şarlı, buta, badamı,
aypara, ay-ulduz, heydəri, piyalə-zəng və s.) yaranmıĢdı.
Azərbaycanda ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li
kurqandan tapılmıĢdır [83]. Buradan aydın görünür ki, qulağa bəzək vurmaq adəti hələ
zinət istehsalının ilk mərhələsindən dəb düĢübmüĢ [84].
Boyun bəzəkləri metal (əsasən qızıl) və qiymətli daĢlardan
(inci, mərcan, mirvari,
kəhrəba və s.) olmaqla iki növbədə düzəldilmiĢdir. Muncuq boyunbağıların hazırlanması ilə
bilavasitə cavahirsazlar məĢğul olmuĢlar. "ġəddə" adlanan mirvari boyunbağı 9-10 cərgə
topa muncuqdan ibarət olub, bir cüt arpa və ya hil ilə tamamlanırdı.
Qızıl boyunbağıların forma, quruluĢ və naxıĢ xüsusiyyətlərinə görə bir-birin-
dən seçilən müxtəlif tipləri; həmayil, heykəl, aypərək (Qazax), hil, arpa, (Bakı), çəçik
(Naxçıvan), xirtdəklik (Gəncə, Naxçıvan), məjdiyə (Salyan) yayılmıĢdır. Çox nadir
hallarda ortasına bir ədəd Ģəbəkə üsulu ilə iĢlənmiĢ "əl" salınan hil boyunbağıdan fərqli
olaraq, arpa boyunbağının ortasına "aralıq" adlanan xüsusi bəzək ünsürü salınırdı.
Həndəsi və astral motivlərlə tərtiblənmiĢ aralığın "ay-ulduz‖, "günəĢ" ("Ģəms"),
"paxlava", "qüttə" ("qübbə") və s. növləri geniĢ yayılmıĢdır. Qol, bilək və barmaq
bəzəkləri tətbiq məqamına görə çox yaxın olsalar da, tipoloji cəhətdən bir-birindən xeyli
fərqlənirlər. Əksər hallarda ləl-cavahiratla bəzədilmiĢ qızıl və ya gümüĢdən
hazırlanan bazubənd, əsasən, kiĢi zinəti kimi məhdud dairədə iĢlənmiĢdir. Bunun
müqabilində qadın zinəti kimi qolbaq (bilərzik) və üzük daha kütləvi səciyyə
daĢımıĢdır. Xüsusilə həsiri, gül, əncamə və burma bilərziklər (qolbağılar) daha çox
dəbdə olmuĢdur.
Mehr-məhəbbət rəmzi, əhd-peyman niĢanəsi kimi meydana çıxmıĢ
üzüklərin qaĢlı və qaĢsız olmaqla hər iki tipi geniĢ yayılmıĢdır. Firuzə, yaqut,
zümrüd, ləl, büllur, əqiq, kəhrəba qaĢlı üzüklər xüsusilə cavahirsazlığın meydana
gəlməsindən sonra geniĢ yayılmıĢdı. Xatircəmlik, niĢan (bəlgə) üzüyü sayılan
xatəm (halqa) monoqam ailə münasibətlərinin meydana gəlməsindən sonra dəbə
düĢmüĢdür. KeçmiĢdə "deyikli" oğlan və qız arasında gələcək kəbin münasibətləri
əvvəlcədən beh kimi qız evinə qoyulmuĢ xatəm vasitəsilə rəsmiləĢdirilirdi.
"Əyrəmcə" adlanan qaĢsız üzüyü bəzən kiĢilər də barmaqlarında gəzdirirdilər.
Yaxa bəzəkləri ənənəvi zinət istehsalında xüsusi mövqeyə malik
olmuĢdur. Bu tip zinətlərin cüzi bir qismi, xüsusilə xalis cavahiratdan (mirvari və
inci düzümlərindən) ibarət yaxalıqlar
asma, onların xeyli hissəsi (əĢrəfi, bacaqlı,
imperial, çervon yaxalıqlar, zəbərcəd sinəbənd, yaxagülü, pilək, həbbə, əmbərcə,
qoza düymə, məlilə və ya sərmə) isə bəndləmə zinətlər qrupuna daxil idi. Üst
397
paltarının yaxasına düzülmüĢ qızıl həbbə, qoza düymələr isə dekorativ bəzək
məqsədi ilə yanaĢı, həm də əməli vəzifə daĢıyırdı. KiĢi çuxasının hər iki döĢünə
düzülmüĢ gümüĢ vəznələr, həmçinin, zərgərlik texnikası əsasında hazırlanırdı.
Vəznənin əsas müĢtərisi varlı zümrələr olmuĢdur.
Ağır zinətlər sırasına daxil olan bel bəzəkləri: qızıl (zər), kəmər, mina və
ya gül belbağı, saltoqqa, təkbənd qədim istehsal tarixinə malik olub, texnoloji
baxımdan böyük bir inkiĢaf yolu keçmiĢdir. Qızıl və gümüĢ belbağılar mənĢə
etibarilə tunc kəmərdən nəĢət etmiĢdir. Əsrlər boyu qılınc və xəncər asmaqla bağlı
əməli vəzifə daĢıyan kəmər dekorativ bəzək vasitəsinə çevrildikdən sonra zinət
növü kimi qadın geyim kompleksinə də daxil olmuĢdur (XXV tablo). QayıĢ və
qurĢaqdan seçilmək üçün zərgərlər arasında metal belbağı çox vaxt "kəmərbənd"
adlanırdı. Bəzək ünsürləri bir-birinə xüsusi "körpü" vasitəsilə bağlanan qızıl
(gümüĢ) körpülü kəmərdən fərqli olaraq təkbənd, adətən, keçirtmə üsulu ilə qayıĢ
üzərinə düzülürdü. Bunlardan fərqli olaraq, gül belbağı tünd rəngli (sürməyi, yaĢıl,
zoğalı, qara) məxmərə tikilmiĢ "ipək" adlanan qızıl kəsmələrdən ibarət
tərtiblənirdi.
Libaslara bənd edilən zinətlərin tipik növü
ətəklik olmuĢdur. Ətəklik həm
sikkə (əĢrəfi, bacaqlı, imperial, çervon), həm də qızıl və gümüĢdən kəsmə (pilək,
pərək ətəklik) olmaqla müxtəlif tiplərə ayrılır. Bundan əlavə, keçmiĢdə kübar
qadınlar arasında cavahiratdan düzəldilmiĢ ətəklik növünə (mirvari ətəklik) də
təsadüf edilirdi.
Zərgər dükanları, əsasən, Ģəhərlərdə, qismən isə iri kəndlərdə
cəmləĢmiĢdi. Orta əsrlərdə olduğu kimi, XIX əsrdə də zərgər dükanları çox vaxt
ayrıca təĢkil edilirdi. Vaxtilə Təbriz və Ərdəbil qeysəriyyələrindəki tağlı zərgər
dükanlarından ibarət xüsusi sənət cərgələri hədsiz dərəcə zəngin məmulatı ilə
Avropa səyyahlarını heyran qoyubmuĢ [85].
Sürətlə böyüyən kapitalist Bakısı XIX əsrin sonralarında zərgərliyin ən
böyük mərkəzinə çevrilmiĢdi. ġəhərin küçələrindən birinin indi də "Zərgər palan"
adlanması buna sübutdur. 1900-cü ildə burada 130 nəfər təkcə qeydiyyatdan
keçmiĢ zinət ustası və 89 nəfər Ģagird çalıĢırdı [86]. Zərgərlərin sayına görə sonrakı
yerlərdə gedən ġamaxı Ģəhərində 25, Salyanda 13, Qubada 12 usta iĢləyirdi.
Yelizavetpol quberniyasındakı məhəlli zərgərlik mərkəzləri arasında birinci yeri
tutan Gəncədə 33, Nuxada 22, ġuĢada 12 nəfər zinət ustası fəaliyyət göstərirdi
[87].
Qızıl məmulatının hazırlanmasında iĢlənən əmək alətləri
(zərgər kürəsi,
körük, zindan, məngənə, çəkic, kəlbətin, həddə, simkeş, qələm, biz, sümbə, bıçaq,
matqab, buta, hövnə, yeyə, sürtgəc, maqqaş, məhək daşı, zərrəbin və s.) və istehsal
prosesləri (əritmə, döymə, zolaqlama, hədələmə, burma, eşmə, oyma, cızma,
taraşlama, lehimləmə və b.) müĢtərək səciyyə daĢımaqla, eynilə gümüĢbəndlik
sənətində tətbiq edilmiĢdir (XXVI tablo).
Qızıl və gümüĢ zinətlərin hazırlanmasında bədii metal sənətinin müxtəlif