382
DƏMĠRÇĠLĠK
Azərbaycanda dəmirin meydana gəlməsi və mənimsənilməsi daha mükəmməl
əmək alətləri və silahlar hazırlanmasına imkan vermiĢdir. Ölkənin zəngin dəmir filizi
yataqları qədim zamanlardan baĢlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin
meydana gəlməsində mühüm rol oynamıĢdır. Bayan, DaĢkəsən, QuĢçu və Çovdar
kəndləri yaxınlığında dəmir filizi çıxarılması və bəsit əritmə üsulu ilə ondan təbəqə
dəmir hazırlanması XIX əsrin ortalarınadək davam etmiĢdir [63].
Bəsit istehsal texnikasına əsaslanan filizəritmə iĢində, əsasən, körüklü
kürələrdən istifadə olunmuĢdur. Bunun üçün filiz parçalan kömür ilə birlikdə kürənin odlu-
ğuna yığılırdı. QoĢa körük vasitəsilə yaradılmıĢ yüksək hərarət nəticəsində filiz əridikcə
kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pasa
mütəmadi olaraq qədgir vasitəsi ilə çıxarılıb təmizlənirdi. Lakin saf dəmir əldə etmək
üçün bu kifayət etmirdi. Ona görə də ərinti yumĢalıb saf dəmir halına düĢənədək
zindan üzərində döyülürdü [64]. Ġstidöymə prosesində ərintinin tərkibindəki pasa qalığı
qəlpələnib tamam çıxır, dəmirin məğzi saflaĢırdı.
Yanacaq israfı və metal çıxarı baxımından iqtisadi cəhətdən az sərfəli olmasına
baxmayaraq, əritmə-döymə üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə
də yerli dəmir ərintisindən hazırlanmıĢ məmulat çox möhkəm və davamlı olması ilə
fərqlənirdi. Bununla belə, kənardan gətirilmə "zavod dəmiri" ucuz baĢa gəldiyindən kustar
üsulla hazırlanan yerli dəmir istehsalını tədricən tənəzzülə uğratmıĢdır [65].
XIX əsrin II yarısından etibarən Azərbaycanın kustar metal məmulatı dükanla-
rının xammal ilə təchizatında Bakı Ģəhəri görkəmli rol oynamağa baĢlamıĢdı. Kapitalist
Bakısına metal idxalının güclənməsində burada neft sənayesinin inkiĢafı ilə əlaqədar
mexaniki təmir emalatxanalarının sayının artması və onların bir çoxunun tezliklə
böyüyüb iri təmir müəssisələrinə çevrilməsinin mühüm rolu olmuĢdur. Bakı
sərmayədarlarının köməyi ilə Azərbaycanın dəmir ustaları kifayət qədər xam və
iĢlənmiĢ (köhnə) metal ehtiyatı ilə təmin olunurdular.
ĠĢlənmiĢ dəmir ucuz baĢa gəlməkdən əlavə, xam dəmirə nisbətən daha etibarlı
olduğundan, yerli dəmirçilər onun tədarükünə üstünlük verirdilər. Belə ki, xam dəmir bəzən
yaxĢı əridilmədiyindən qəlp çıxırdı. "ġor" adlanan qəlp dəmir isə istehsal baxımından
yararsız sayılırdı.
Köhnə dəmir iki yolla, ya korlanıb istifadədən çıxmıĢ məiĢət və təsərrüfat alət-
ləri hesabına, ya da kənardan satınalma yolu ilə tədarük olunurdu. XIX əsrin ikinci
yarısında satınalma dəmir ən çox Bakı sərmayədarlarından, qismən isə dəmir yolu
stansiyalarındakı təmir emalatxanalarından əldə edilirdi.
KeçmiĢdə Azərbaycanda polad qıtlığı daha çox hiss olunurdu. Xüsusilə xas polad
çətinliklə əldə olunduğundan qənaətlə iĢlədilirdi. Soyuq silah (xəncər, qəmə, qəddarə,
qılınc) istehsalı dəbdə olan dövrlərdə poladın kasadlığı daha çox nəzərə çarpırdı.
Silahsazlar arasında uzun müddət DəməĢq və Xorasan poladı üstün tutularmıĢ.
Bununla yanaĢı, silah ustaları özləri də xüsusi üsulla xas polad əldə edirmiĢlər. Lakin soyuq
383
silah istehsalının aradan çıxması, habelə xalis əritmə yolu ilə əldə edilən ucuz rus və
Avropa poladı idxalının artması ilə əlaqədar olaraq, yerli xas polad hazırlama
texnologiyasının sirləri tədricən unudulub aradan çıxmıĢdır.
Dəmirçixanalarda ən çox poladqarışıq dəmir iĢlənirdi. Bunun üçün xassə etiba-
rilə bir-birindən fərqlənən dəmir və poladı qızdırıb istidöymə yolu ilə qaynaq edirdilər.
Qaynaq nəticəsində asanlıqla əyilən yumĢaq dəmirdən və tez sınan sərt poladdan daha
keyfiyyətli yeni bir metal-poladqarıĢıq dəmir əldə edilirdi.
Əhalinin məiĢət və təsərrüfat həyatında dəmir məmulatına tələbatın böyük
olması üzündən dəmirçilik sənəti təkcə sənət və ticarət mərkəzləri olan iri Ģəhərlərdə
deyil, ucqar kəndlərə də yayılmıĢdı (XIX tablo).
ġəhər dəmirçi dükanları ixtisaslaĢma baxımından kənd dəmirçixanalarından
fərqlənirdi. ġəhər sənətkarlığında sənətdaxili ixtisaslaĢma çox erkən baĢlandığından
dəmirçilər bilavasitə dəmir məmulatı istehsalı ilə məĢğul olurdular. Bundan fərqli
olaraq, universal səciyyə daĢıyan kənd dəmirçixanalarında isə dəmir ustası dəmirçiliklə
yanaĢı, nalbəndlik, qismən də çilingərlik, silahsazlıq, bıçaqçılıq və s. ilə məĢğul
olurdu.
Kənddə dəmir məmulatına tələbat Ģəhərdəkinə bənzəmirdi. Kənddə
təsərrüfat alətlərinə tələbat daha böyük idi. Əsasən, "bazarı" məhsul istehsalı ilə məĢğul
olan və hazır məmulatı əksər hallarda nağd pulla satan Ģəhər dəmirçi dükanlarından fərqli
olaraq, kənd dəmirçiləri sifariĢlə, çox vaxt isə nağd əlmuzdu almadan, natural qaydada,
əmək haqqı ərzaq məhsulları ilə ödənmək Ģərtilə iĢləyərək, həmkəndlilərinin zəruri
əmək alətlərinə ehtiyaclarını təmin edirdilər. Kənd dəmirçixanalarının bir qismi təzə
dəmir məmulatı istehsalından daha çox cari təmir iĢləri ilə məĢğul olurdular.
Digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansa-
ralarda yerləĢirdi.
Dəmirçixana bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satıĢ dükanı
vəzifəsini yerinə yetirməklə ikili səciyyə daĢıyırdı.
Dəmirçixananın istehsal ləvazimatı körüklü kürədən, onun yanında yerə bərki-
dilmiĢ qarağac kötüyündən, ona bərkidilmiĢ müxtəlif növ zindanlardan, xart çarxı və onun
təknəsindən, məngənə, kirə və s. ibarət idi. Dəmirçixanada geniĢ çeĢiddə istehsal alətləri:
cürbəcür ölçülü çəkiclər, müxtəlif formalı kəlbətinlər, çoxsaylı kəsici, deĢici,
yeyələyici, ovxarlayıcı və s. alətlər iĢlənirdi (XX, XXI və XXII tablolar).
Dəmirçilik sənətinin özünəməxsus spesifik istehsal texnologiyası yaranmıĢdı.
Buradakı texnoloji üsulların xeyli hissəsi (soyuqdöymə, istidöymə, qaynaqetmə, kəsmə, deşmə,
Dostları ilə paylaş: