A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə51/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   47   48   49   50   51   52   53   54   ...   102
(qazan, güyüm, səhəng, farş, taskababı, satıl, sərinc və s.) hazırlamaq üçün lavaĢa 

bir  sıra  əlavə  texnoloji  prosesdən  keçirdi.  Məhz  bu  səbəbdən  də  bu  tip  qabların 

istehsalı "izafə" adlanırdı (XVI tablo). 

Ġzafə məmulat hazırlamaq üçün qabın hissələrinə müvafiq olaraq əvvəlcə 

lavaĢa döyülüb çuxur (çökək) hala salınır, sonra "pəstaha" edilirdi [58]. 

Mis lavaĢalarını döyüb çuxur hala salmaq üçün, adətən, tapunçular hərəsi 

dörd  nəfər  olmaqla  iki  dəstəyə  bölünürdü.  Artıq  qalan  doqquzuncu  tapunçu  gah 

birinci,  gah  da  ikinci  dəstəyə  qoĢularaq,  çəkicvuranlar  arasında  növbə  yaradırdı. 

Beləliklə, əgər misgərxanada 100 ədəd lavaĢa hazırlanmıĢsa, onun 50-ni bir, 50-ni 

isə digər dəstə döyüb çuxur edirdi. Hər dəstədə 3  nəfər əlində tapun, bir nəfər isə 

nər çəkic tuturdu. 

"Pəstaha"  hissələrinin  hazırlanmasmda  4  nəfər  çəkic  vurandan  əlavə 

misgər (qırsgir), növbədüzən tovçu və Ģagird də iĢtirak edirdi [59]. 

Qırsın döyülməsi prosesində tov kürəsi, qiblə zindan, müxtəlif növ çəkic, 



kəlbətin, qayçı və s. iĢlənirdi. 

Bir  qayda  olaraq,  dərin  qablar  bir  neçə  hissədən  (dib,  orta,  boğaz,  qulp, 



lülək  və  s.)  ibarət  hazırlanandan  sonra  bir-birinə  calaĢdırılırdı.  Qabın  gövdəsini 

təĢkil edən əsas hissələr "calğa" adlamrdı [60]. 

Ənənəvi  misgərlik  sənətində  calğalar  lehim  vasitəsi  ilə  qaynaq  edilirdi. 

Bunun  üçün  əvvəlcə  calğaların  kənarı  qayçı  vasitəsilə  çərtmə  yolu  ilə  doğranıb 

dilimlənir  və  "dəndə"  halına  salınırdı.  Eni  və  uzunu  1  sm-ə  çatan  calğa 

dəndənələrini  bir-birinə  keçirmək  üçün  əvvəlcə  yastıdodaq  kəlbətin  vasitəsi  ilə 

onları bir-birinin əks istiqamətində əyirdilər. Bu məqsədlə alt calğanın dəndələrini,  



 

 

377 



 


 

 

378 



arabir olmaqla, azca içəriyə doğru üst calğanın dəndələrini isə arabir qaydada geriyə 

doğru əyirdilər. Bunun sayəsində calğalar üst-üstə otuzdurularkən onların dəndələri 

bir-birinə  keçirdi.  Bu  əməliyyat  baĢa  çatandan  sonra  calğa  dəndələri  zindan 

üzərində döyülüb aĢağı yatızdırılaraq lehimlənib qaynaq edilirdi. 

Ənənəvi  misgərlik  sənətində  qalay,  qurğuĢun  və  duzdan  hazırlanmıĢ 

"qaraqaynaq", sink, bürünc və tənəkardan ibarət "misqaynaq" adlanan iki cür lehim 

iĢlədilmiĢdir [61]. 

"Qaraqaynaq"  daha  möhkəm  və  etibarlı  lehim  növü  olub  dərin  qabların 

calğa  hissələrinin  qaynaq  edilib  calanmasında  tətbiq  olunurdu.  Məmulatın 

calğalarını  qaraqaynaq  üsulu  ilə  lehimləmək  üçün  calağ  yerinə  əvvəlcə  kömür 

lehməsi  sürtülürdü.  Dəndələrin  aralarına  dolmuĢ  kömür  lehməsi  qaraqaynaq 

lehimin  axıb  tökülməsinin  qarĢısını  almaqla  bərabər,  lehimləmə  prosesinin 

keyfiyyətinə də təsir göstərirdi. Bir qayda olaraq, açıq calaqlar həm daxildən, həm 

də xaricdən, örtülü calaqlar isə yalnız xaricdən lehimlənirdi. Kürədə qızdırılarkən 

hərarət nəticəsində lehim əriyib calğa dəndələrinin aralarındakı boĢluqları örtür və 

onların bir-birinə möhkəm yapıĢmasını təmin edirdi. 

Calğaları  misqaynaq  üsulu  ilə  lehimləmək  üçün  calğa  yerini  isladıb 

üzərinə  sink-bürünc ərintisindən ibarət lehim sürtəndən sonra üstünə tənəkar tozu 

səpirdilər.  Məmulat  kürədə  qızdırılan  zaman  misqaynaq  lehim  əriyib  calğa 

dəndələrinin aralarını tutur və onları bir-birinə möhkəm qaynaq edirdi. 

Lehimləmə  əməliyyatından  sonra  mis  məmulatının  bir  qismi  çarxa 

verilərək onların səthində qalan çəkic izləri itirilib hamarlanırdı. Mis məmulatının 

bu qrupu "çarxı" qab, çarxa verilməyən qablar isə "qaratapdaq" adlanırdı [62]. Bəzi 

qablar  bundan  əlavə,  "həkkak"  və  ya  "yazıçı"  adlanan  naqqaĢlar  tərəfindən 

naxıĢlanırdı. Həm xara, həm də izafə qablar paxır verməsin deyə, bir qayda olaraq 

qalaylanırdı.  Güyüm  və  səhəngin  içərisi  qalay  əvəzinə  çox  vaxt  ərinmiĢ  mum  ilə 

örtülürdü. 

Qalaylama əməliyyatına təkcə təzə hazırlanmıĢ mis məmulatı deyil, paxırı 

üzə  çıxmıĢ  köhnə  qablar  da  məruz  qalırdı.  Ona  görə  də  qalayçılıq  müstəqil  peĢə 

növünə çevrilmiĢdir. 

Misgər  dükanlarında  çox  geniĢ  çeĢiddə  məmulat  növü  hazırlanırdı. 

Ġstehsal  texnikasının  mürəkkəbliyinə  görə,  izqfə  qablar  xara  məmulatından 

seçilirdi.  Buna  müvafiq  olaraq  mis  ustaları  arasında  ixtisaslaĢma  getmiĢdi.  Bəsit 

quruluĢlu  xara  qablardan  fərqli  olaraq,  bir  neçə  calğadan  ibarət  hazırlanan  izafə 

qabların  istehsalı  yüksək  ixtisaslı  usta  əməyi  tələb  edirdi.  Bundan  əlavə  mis 

qabların bir qismi çarx vasitəsilə yonulur və səthindəki tapdaq izləri itirilirdi. Ona 

görə  də  mis  məmulatı  çarxı  və  qaratapdaq  olmaqla  iki  qrupa  ayrılırdı.  Ġçərisi 

tutumlu  qabların  hamısı,  adətən,  çarxa  verilirdi.  Çünki  onlar  çarx  vasitəsilə  ilə 

fırladıla  bilirdi.  Fırladılması  mümkün  olmayan  məmulatlar  qaratapdaq  olaraq 

qalırdı. 

Bütün bunlardan əlavə mis qabların, demək olar ki, hamısı "həkkak" və ya 



 

 

379 



"yazıçı"  adlanan  peĢəkar  nəqşbənd  ustalar  tərəfindən  naxıĢlanırdı.  Yalnız  xörək 

biĢirilən  qablar  (qazan,  tava,  tiyan,  teĢt,  taskababı,  sapılca,  tavasər  və  s. 

naxıĢlanmırdı. 

Ənənəvi  mis  məmulatı  arasında  xörək  biĢirilən  mətbəx  qabları,  süfrə 

qabları, su və ağartı qabları baĢlıca yer tuturdu (XVII tablo). 

Xörək biĢirilən qabların qazan, tava, sapılca, tiyan, kəfgir, aşsüzən, teşt və 

s. olmaqda  müxtəlif tipoloji növləri hazırlanırdı. Bunların hər birisinin də  qulplu, 

qulpsuz, dəstəkli olmaqla müxtəlif çeĢidli bir sıra növləri düzəldilirdi. Qulplu qazan 

xeyir-Ģər məclislərini yola salmaq üçün iĢləndiyindən çox vaxt "məclis qazanı" adı 

ilə tanınırdı. Dəstəkli tavaların da ölçüsü və təyinatı ilə seçilən müxtəlif növlərinə 

təsadüf edilirdi. 

Misgər  dükanlarında  süfrə  qablarının  çoxsaylı  tipoloji  növləri,  habelə 

forma  və  ölçü  etibarı  ilə  fərqlənən  çeĢidləri  hazırlanırdı.  Bunların  arasında 



qablama,  badya,  xeyrə,  sini,  məcməyi,  cam,  piyalə,  nimçə,  sahan,  dəhmərdan, 

sərpuş və s. mühüm yer tuturdu. 

Misgərxanalarda  su  və  ağartı  qablarının  da  çox  geniĢ  tipoloji  növləri: 



səhəng, güyüm, aftafa, ləyən, fəşir, satıl, sərnic, tas (hamam tası), dolça, tayqulp, 

gülabdan, abgərdən və s. hazırlanırdı (XVIII tablo). 

Su  qabları  arasında  xüsusilə  aftafaların  müxtəlif  növləri  (əl  aftafası, 

məĢtəfa, əbriq, lüləyin, aftafa-ləyən və s.) düzəldilirdi. 

Bütün  bunlardan  əlavə,  misgərxanalarda  ev  məiĢəti  üçün  gərək  olan 



taskababı, şamdan, qəhvəqovuran, şərbət qabı, hamam sandığı və s. hazırlanırdı. 

Azərbaycan  misgərliyində  çox  erkən  baĢlanan  sənətdaxili  ixtisaslaĢma 

bütün  orta  əsrlər  boyu  olduğu  kimi,  XIX  əsrdə  də  davam  etmiĢdir.  Adətən,  iri 

misgər  dükanlarında  istehsal  prosesləri  üzrə  ənənəvi  peĢə  bölgüsü  (misəridən, 



hilizləyici,  qırsgir,  tapunçu,  körükbasan,  misqızdıran,  çarxçı,  həkkak  və  s.)  ilə 

yanaĢı, məmulat növləri üzrə də dar ixtisaslaĢma getmiĢdir. Bununla belə ənənəvi 

misgərlik sənətinin inkiĢaf səviyyəsini əks etdirən bu mütərəqqi proseslər obyektiv 

səbəblər üzündən tam Ģəkildə yetkinləĢə bilməmiĢdir. Ənənəvi misgərlik sənətində 

istehsal  texnikasının  bəsit  əl  əməyinə  əsaslanmasına  baxmayaraq,  iri  misgər 

dükanları  əmək  böl-güsünün  səciyyəsinə  görə  xeyli  dərəcədə  manufaktura  tipinə 

yaxınlaĢmıĢdı.  Lakin  obyektiv  tarixi  səbəblər  üzündən  iri  misgərxanalar 

manufaktura tipinə keçid mərhələsində iliĢib qalmıĢ, xırda və orta istehsal həcminə 

malik  misgərxanalar  isə  maĢınlı  sənayenin  inkiĢafı  ilə  əlaqədar  olaraq  tənəzzülə 

uğrayıb aradan çıxmıĢdır. 

 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin