A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə49/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   45   46   47   48   49   50   51   52   ...   102
tökməçilik, misgərlik, zərgərlik, dəmirçilik, silahsazlıq, bıçaqçılıq, çilingərlik  və s. 

kimi müstəqil sənət sahələrinin formalaĢmasına səbəb olmuĢdur. 

Metal  məmulatı  istehsalının  bəzi  sahələrində  məmulat  növü  üzrə  dar 

ixtisaslaĢma ilə yanaĢı, müəyyən dərəcədə sənətdaxili əmək bölgüsünün yarandığı 

da müĢahidə olunur. Sənət istehsalının yüksək inkiĢaf səviyyəsini əks etdirən mütə-

rəqqi hal olmaq etibarilə bu cəhət özünü xüsusilə silahsazlıq sənətində daha aydın 

büruzə  verirdi.  Silahsazlıq  metaliĢləmə  sənətinin  qədim  sahələrindən  biri  olub 

texnoloji cəhətdən daha da mürəkkəb istehsal proseslərini əhatə edirdi. Ordunu və 

hökmdarların  keĢikçi  dəstələrini  zəruri  sursatla  (qılınc,  qalxan,  nizə,  toppuz,  ĢeĢ-

pər,  dəbilqə,  qolçaq,  dava  köynəyi  və  s.)  təmin  edən  orta  əsr  silah  emalatxana-

larının iĢi sənətdaxili ixtisaslaĢmanı və bəsit əmək bölgüsünü aydın əks etdirir. 

SifariĢlə  iĢləyən  silah  karxanaları  və  divan  emalatxanaları  ilə  yanaĢı, 

keçmiĢdə sərbəst satıĢ üçün xəncər-bıçaq istehsal edən fərdi dükanlar da fəaliyyət 

göstərirdi. 

Azərbaycanın  Ģimal  əyalətləri  Rusiyanın  tərkibinə  daxil  ediləndən  sonra 

soyuq və odlu silahlara tələbat tədricən azalmağa baĢlamıĢdır. Əvvəlcə odlu silah, 

bir  qədər  sonra  isə  soyuq  silah  istehsalı  kəskin  surətdə  ixtisara  düĢmüĢdür.  Yerli 

silah  ustaları  öz  iĢlərini  tədricən  çilingərlik,  dəmirçilik,  bıçaqçılıq  və  nalbəndlik 

istiqamətində  dəyiĢərək,  bıçaq,  qəmə,  ülgüc,  qayçı,  qırxılıq,  yəhər  ləvazimatı 

(üzəngi,  mahmız,  gəm,  toqqa,  nal,  mıx  və  s.),  sənətkarlıq  alətləri  (yeyə,  iskənə, 

törpü, iynə, biz, gazan, çərməki, matqab və s.) hazırlamağa baĢlamıĢdılar. 

Metallurgiya tarixində tuncun meydana gəlməsi, bəzək, hərbi və təsərrüfat ləva-




 

 

373 



zimatı istehsalı sahəsində onun möhkəm yer tutması mis məmulatı istehsalını tamamilə 

aradan  çıxara  bilməmiĢdir.  Bundan  sonra  mis  özünün  tətbiq  istiqamətini  dəyiĢərək, 

məiĢət  ehtiyaclarına  xidmət  etməyə  baĢlamıĢ  və  beləliklə  də  Azərbaycanda 

metaliĢləmənin  yeni  bir  sahəsi  -  misgərlik  sənəti  meydana  gəlmiĢdir.  Misgərliyin 

müstəqil sənət növü kimi formalaĢması qədim zamanlardan qab istehsalı ilə üzvi surətdə 

bağlı  olmuĢdur.  Orta  əsr  feodal  məiĢətinin  artan  tələbləri  ilə  əlaqədar  olaraq,  qədim 

misgərlik ənənələri daha da inkiĢaf etmiĢdir. Bu dövrdə mis məmulatı istehsalı baĢlıca 

olaraq,  sənət  və ticarət  mərkəzlərinə çevrilmiĢ  feodal  Ģəhərlərində  cəmləĢmiĢdi.  Orta 

əsrlərdə  Təbriz,  Ərdəbil,  Marağa,  Səlmas,  Bərdə,  Beyləqan,  Dərbənd, ġamaxı, ġəki, 

Gəncə,  Bakı,  Naxçıvan,  bir  qədər  sonralar  isə  Quba  və  ġuĢa  Ģəhərləri  mis  məmulatı 

istehsalının  baĢlıca  mərkəzlərinə  çevrilmiĢlər.  Bunlarla  yanaĢı,  Azərbaycanın  mis 

məmulatı  istehsalında  Lahıc  kəndi  görkəmli  yer  tuturdu.  XIX  əsrdə  Lahıc  təkcə 

Azərbaycanda  deyil,  bütün  Cənubi  Qafqazda  misgərliyin  baĢlıca  mərkəzi  sayılırdı. 

Lahıcın  1000  nəfərədək  sakini  misgərlik  və  onunla  bağlı  peĢələrlə  (kömürbasma, 

çarvadarlıq və s.) məĢğul olurdu [35]. 

XIX  əsrin  30-cu  illərində  Lahıcda  52  misgər  dükanı  olmuĢdur  [36].  Bu 

dövrdə  ġamaxı  [37]  və  Gəncə  [38]  Ģəhərlərinin  hər  birində  6,  Bakıda  isə  2  nəfər 

misgər iĢləyirdi [39]. 

Bununla yanaĢı, Nuxa (ġəki), Quba və Lənkəran Ģəhərlərində və misgər dükan-

lan fəaliyyət göstərirdi [40]. 

XIX  əsrin  ortalarında  Azərbaycanın  bəzi  Ģəhərlərində  misgərxanaların  sayı 

artmıĢdı; 50-ci illərin sonlarında Gəncədə 20, ġuĢada 11 nəfər misgər iĢləyirdi [41]. XIX 

əsrin sonu və XX əsrin əvvəllərində Bakıda mis qab istehsal edən müəssisələrin sayı 2-

3  dəfə  artmıĢdı  [42].  Sürətlə  böyüməkdə  olan  kapitalist  Bakısında  mis  məmulatına 

əhalinin  tələbatının  artması  bu  məsələdə  həlledici  rol  oynamıĢdır.  Lakin  XIX  əsrin  II 

yarısında Azərbaycan misgərliyində geriləmə müĢahidə olunurdu [43]. Bununla belə, mis 

qab  istehsalının  yerli  koloritini  əks  etdirən  spesifikliyi  və  sənaye  rəqabəti  ilə  gec 

qarĢılaĢması üzündən kustar misgərlik sənəti Azərbaycanın bir sıra sənət mərkəzlərində 

uzun müddət davam etmiĢdir. 

Azərbaycan  misgərləri  əsrlər  boyu  əsasən  yerli  mis  mədənlərindən,  qismən 

isə Cənubi Qafqazın digər mis yataqlarından əldə olunan xammal ilə təchiz olunmuĢlar. 

XIX əsrin ikinci yarısında Azərbaycan misgərləri Gədəbəy, Ləlyər, Qəvərd, Qəlizur, 

Qatar mis mədənləri vasitəsilə xammalla təmin olunurdular [44]. 

Texniki cəhətdən bəsit əl əməyinə əsaslanan misgər dükanlarında texnoloji 

əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülmüĢdür. 

Ġstehsal proseslərinin (misin əridilib qırs halına salınması, istidöymə yolu ilə 

onların  yastılanması,  pəstahların  döyülüb  ilkin  formaya  salınması,  onların  calanıb 

birləĢdirilməsi,  çarxlama,  naxışlama,  qalaylama  və  s.)  tələbinə  müvafiq  olaraq 

misgər  dükanlarında  müxtəlif  növ  tutucu,  kəsici,  tapdayıcı,  deşici,  sıxıcı, 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin