A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə45/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
 

 

 

 

DULUSÇULUQ 

 

Azərbaycanda  sənətkarlığın  ən  qədim  sahələrindən  biri  olan  dulusçuluq 



sənəti  Neolit  dövrünün  mühüm  nailiyyətlərindən  sayılır.  Saxsı  qab  istehsalı  uzun 

əsrlərin  təcrübəsi  nəticəsində  meydana  çıxmıĢdır.  F.Engels  dulusçuluq  sənətinin 

yaranmasından  bəhs  edərək  yazmıĢdır:  "Bir  çox  hallarda  və  ehtimal  ki,  hər  yerdə 

bu  sənət  toxuma  və  ya  ağac  qabları  oda  davamlı  etmək  üçün  onların  üzərinə  gil 

yaxmaqdan baĢlamıĢdır" [14]. 

Gil  qabların  ixtirası  qadınların  adı  ilə  bağlı  olub,  uzun  bir  inkiĢaf  yolu 

keçmiĢdir.  Qadınlar  gildən  yoğrulmuĢ  sadə  qabları  ilk  zamanlar  GünəĢ  istisində 

qurutmaqla, bir qədər sonralar isə onları odda biĢirməklə möhkəm və davamlı hala 

salmıĢlar. 



 

 

348 



Azərbaycanda xüsusilə Eneolit dövründə dulusçuluq daha da inkiĢaf etmiĢ 

və  əsas  sənət  növlərdən  birinə  çevrilmiĢdir.  Azərbaycanın  Eneolit  abidələrinin, 

demək  olar  ki,  hamısında  saxsı  məmulatı  qalıqları  aĢkar  edilmiĢdir.  Bu  dövrün 

saxsı  məmulatı  tip  və  forma  zənginliyi  ilə  seçilir.  Bu  dövrdən  etibarən  saxsı 

qabların üzərinə, az da olsa, naxıĢ çəkilmiĢ və ĢüyrələnmiĢdir. Həmin qablardan o 

zamankı məiĢətdə müxtəlif məqsədlər üçün istifadə edilmiĢdir. 

Dulus  məmulatı  Tunc  dövründə  kütləvi  Ģəkildə  istehsal  edilməyə 

baĢlamıĢdır. Tunc dövrü abidələrindən aĢkar edilmiĢ saxsı qablar kimyəvi tərkibi, 

materialı, istehsal texnologiyası, ölçüsü, quruluĢu və naxıĢları etibarilə bir-birindən 

seçilir.  Boyalı  qablar  istehsalının  (qırmızı,  sarımtıl,  boz  və  qara  rəngli)  geniĢ 

yayılması, ornament zənginliyi bu dövrdə daha da inkiĢaf etmiĢdir. 

Dəmir  dövründə  əkinçilik  və  maldarlığın  daha  da  inkiĢafı  və  yeni 

təsərrüfat  sahələrinin  yaranması  ilə  əlaqədar  saxsı  qablara  tələbat  xeyli  artmıĢ, 

onların  tipoloji  növləri  çoxalmıĢ  və  nisbətən  yüksək  keyfiyyətlə  hazırlanmıĢdır. 

Dulusçuluğun sənət səviyyəsinə yüksəlməsi nəticəsində onunla qadınlara nisbətən 

kiĢilər daha çox məĢğul olmağa baĢlamıĢlar. Gil məmulatının böyük əksəriyyəti bu 

dövrdən etibarən dulus çarxında hazırlanmıĢdır. 

Ġlk  sinifli  cəmiyyət  zamanı  bu  sənət  daha  yüksək  inkiĢaf  səviyyəsinə 

qalxmıĢdı.  Hətta  küplərdən  dəfn  mərasimində  istifadə  etmiĢlər.  Əkinçilik 

məhsullarının,  Ģərabçılıq  və  maldarlıq  məhsullarının  saxlanılması  üçün  xüsusi 

qablar hazırlanmıĢdır. 

Azərbaycanda  feodalizm  dövründə  dulusçuluq  sənəti  daha  da  inkiĢaf 

etmiĢ  və  zənginləĢmiĢdi.  Ölkənin  böyük  Ģəhərlərində  -  Bərdə,  Təbriz,  Beyləqan, 

Gəncə,  Naxçıvan,  Ərdəbil,  Marağa,  ġamaxı,  Bakı  və  baĢqa  yerlərdə  dulusçuluq 

sənəti  geniĢ  intiĢar tapmıĢdı.  Qabların keyfiyyətilə  yanaĢı,  onların  üzərində  təsvir 

edilən rəsm və naxıĢlar xüsusi zövqlə düzəldilirdi. 

Orta  əsrlərdə  Ģirli  qablar  istehsalına  baĢlanmıĢdı.  ġirli  qabların  üzəri 

müxtəlif  rəngli  rəsmlərlə  bəzədilirdi.  Bu  tip  qablarda  insan,  nəbati  və  heyvan 

rəsmləri çoxluq təĢkil edir. Bəzi qabların üzərində usta adları, Ģeir parçaları, xeyr-dua, 

nəsihətamiz kəlamlar həkk edilirdi. 

Dulus məmulatı istehsalı özünün əməli əhəmiyyətini sonralar, o cümlədən 

XIX əsr və XX əsrin əvvəllərində də saxlamıĢdır. 

Ənənəvi dulus məmulatı istehsalı Azərbaycanın bir sıra sənət mərkəzlərində: 

Quba  rayonunun  Yenikənd  və  Ġspik,  Masallı  rayonunun  Ərkivan,  Lənkəran 

rayonunun  Separadi,  Qəbələ  rayonunun  Küsnət  kəndlərində,  Qarabağın  bir  sıra 

kəndlərində, habelə ġəki və Gəncə Ģəhərlərində indi də qalmaqdadır. Azərbaycanın 

dulusçuluq mərkəzlərinin coğrafi arealı XIX əsrdə daha geniĢ olmuĢdur. Quba qəzasının 

Yenikənd, Ġspik, Möhüc, Tüləkəran, Nuxa qəzasının Oğuz, Küsnət, Nic, Calud, Xalxal, 

Xaçmaz,  Lənkəran  qəzasının  Separadi,  Ərkivan,  ġağlakücə,  Pensər,  ZinquleĢ, 

Bədəlan, Qızılavar, Göyçay qəzasının Gürcüvan, Keyvəndi, Poti, Yelizavetpol qəzasının 

Camaat,  Havaxan,  Seyidbəyli,  Yerkəc,  Xanzərək,  Tənzatan  kəndlərində,  Cəbrayıl, 



 

 

349 



CavanĢir,  Qazax  və  Ordubad  qəzalarının  bir  sıra  kəndlərində,  Nuxa,  Yelizavetpol, 

ġamaxı, Naxçıvan, Ordubad və Bakı Ģəhərlərində dulus emalatxanaları tam gücü ilə 

iĢləyirdi. 

Saxsı məmulatı istehsalının meydana gəlməsi və bu sənət sahəsinin uzun müddət 

davam  etdirilməsində  baĢlıca  rol  oynayan  amillər  Azərbaycan  ərazisinin  zəngin  gil 

yataqları  və  ucuz  odun  ehtiyatına  malik  olmasından,  əhalinin  ev  məiĢətində  dulus 

məmulatlarına  zəruri  tələbatdan,  əmtəə  istehsalını  zəiflədən  natural  təsərrüfat  Ģəraiti  və 

onun XX əsrin əvvəllərinə qədər davam edən qalıqlarından ibarət olmuĢdur. 

Zəngin  çeĢidə  malik  olan  dulus  məmulatı  labüd  məiĢət  ehtiyaclarını  təmin 

etməklə bərabər, həm də əlavə gəlir mənbəyi olmuĢdur. 

Azərbaycanın dulus ustaları müxtəlif növ gil məmulatı: su qabları, təsərrüfat 

küpləri,  xörək  qabları,  çıraqlar,  qızdırıcı  vasitələr,  su  təchizatı  vasitələri  istehsal 

etmiĢlər.  Təkcə  su  qablarının  bir  neçə  qrupu  yaranmıĢdı.  Su  daĢımaq  üçün  səhəng, 

Ģəhrəng, cürdək, kuzə, su saxlamaq üçün müxtəlif ölçülü küplər, süfrədə iĢlətmək üçün 

sürahi, qurqur, dolça, parç, tayqulp, yuyunmaq və dəstəmaz almaq üçün lüləyin, aftafa, 

fəĢir və s. keçmiĢ məiĢətimizdə mühüm yer tuturdu. Mətbəx qabları arasında dizə (saxsı 

çölmək), qazança, küvəc, piti dopulan, aĢsüzən, həlimdan və s. ləziz milli xörəklərin 

hazırlanmasında  müstəsna  əhəmiyyət  kəsb  edirdi.  Ənənəvi  xörək  və  çörəkbiĢirmə 

vasitələri olan kürə, kiranə (kiyə), təndir, sac, manqal və s. gil məmulatı növləri qədim 

tarixə  malik  olmaqla,  bir  sıra  etnoqrafik  bölgələrdə  əməli  əhəmiyyətini  hələ  də 

itirməmiĢdir. Azərbaycan xalqının keçmiĢ məiĢətində mühüm yer tutmuĢ kürənin bir 

neçə növü (xörək kürəsi, kürsü kürəsi, zəfəran  kürəsi, zərgər kürəsi və s.) mövcud 

olmuĢdur. 

Təsərrüfat küplərinin forma və həcm etibarilə bir-birindən seçilən müxtəlif növ-

ləri  (küp,  ləh,  ximçə,  qalğa,  küpə)  yaranmıĢdır.  Bu  rəngarəngliyi  ağartı  qablarında 

(goduĢ, ağartı dopusu, ximçə, bəqqə, bəsti, dizə, yağ küpəsi, xeyrə, ləngəri və s.) da 

müĢahidə etmək olur. Azərbaycan xalqının ev məiĢətinin elə bir sahəsi yox idi ki, 

saxsı məmulatı oraya nüfuz etməmiĢ olsun. Orta əsrlərdə əhalinin su təchizatında 

dulus  məmulatı  olan  tüngdən,  bulaq  gözü  və  s.  məqsədlərlə  geniĢ  istifadə 

olunmuĢdur. 

Lənkəran  bölgəsində  geniĢ  yayılmıĢ  quyubaĢı  su  quyularını 

çirklənməkdən  mühafizə  iĢində  mühüm  rol  oynamıĢdır.  Əlbəttə,  yuxarıda 

sadaladıqlarımız  Azərbaycanın dulus  ustalarının  hazırladıqları  məhsulların  hamısı 

deyil, onun bir hissəsi, daha  doğrusu, zəmanəmizədək gəlib çatmıĢ olan qismidir. 

Bununla  belə, dulus  məmulatının növ  müxtəlifliyinə  nəzər saldıqda  dulusçuluğun 

Azərbaycan əhalisinin həyat və məiĢətində qədim dövrlərdə, orta əsrlərdə və hətta 

son dövrlərdə belə mühüm rol oynadığına bir daha əmin olursan. 

Dulus məmulatının özünəməxsus bəsit istehsal texnikası yaranmıĢdır. Bu 

alətlər arasında baĢlıca yeri dulus çarxı tutur. Saxsı məmulatının formalaĢmasında 

müstəsna rol oynayan bu alətin, əl çarxı və ayaq çarxı olmaqla, iki növünə təsadüf 

olunur.  Arxeoloji  abidələrdən  aĢkar  olunmuĢ  saxsı  məmulatları  üzərindəki 



 

 

350 



simmetrik  cizgilərin  səciyyəsinə  əsasən,  demək  olar  ki,  Azərbaycanda  e.ə.  IV 

minillikdə  sürətlə  fırlanan  ayaq  çarxından  istifadə  edilmiĢdir.  Ayaq  çarxı  nəinki 

dulus  məmulatı  istehsalında  əmək  məhsuldarlığını  artırmağa  imkan  yaratmıĢ, 

habelə  ümumiyyətlə  bu  sənət  növünün  səciyyə  və  səviyyəsini  dəyiĢmiĢdir.  Lakin 

dulus  məmulatı  istehsalında  ayaq  çarxından  çox  əvvəl  uzun  müddət  əl  çarxından 

istifadə  olunmuĢdur. Bu arxaik əmək alətinin bəzi nümunələri zəmanəmizə  qədər 

gəlib çatmıĢdır. 

Lənkəran bölgəsində əl çarxının "qəlib" və ya sadəcə "çarx" adlanan bəsit 

formasına təsadüf olunmuĢdur [15]. Qədim zamanlarda olduğu kimi, hazırda da əl 

çarxı  vasitəsilə  saxsı  qabların  istehsalı  ilə  müstəsna  olaraq,  qadınlar  məĢğul  olurlar 

(VI tablo). 

Dulus çarxının hər iki növünün quruluĢu və iĢ prinsipi arasındakı oxĢarlıq 

göstərir  ki,  ayaq  çarxı  mənĢə  etibarilə  əl  çarxından  törəmiĢdir.  Yuvarlaq  Ģəkildə 

olan əl çarxının üst səthi hamar, alt üzü ĢiĢ formada çıxıntıya malikdir. Əl çarxının 

mərkəz  çıxıntısı  onu  fırlatmaq  üçün  ox  rolunu  oynamıĢdır.  Ayaq  çarxının 

quruluĢunu nəzərdən keçirdikdə həmin elementlərin inkiĢaf etmiĢ formada təkrarını 

görürük. 

Azərbaycanın  dulusçuluq  sənətində  ayaq  çarxının,  yastı  və  konusvarı 

olmaqla, iki forması geniĢ yayılmıĢdır. 

Dulus ustaları iĢ prosesində ağacdan düzəldilmiĢ xüsusi dulus bıçağından 

istifadə etmiĢlər. Dulus bıçaqlarının üçbucaqlı, düzbucaqlı və trapesiya formalarına 

təsadüf olunur. 

Hündürboylu qabların dibini hamarlamaq üçün tranc, darboğazlı qabların 

boğazını  formalaĢdırmaq  üçün  qarğı  çilik,  hamarlama  və  bəzək  tərtibatında  satıl, 

iy, lələk, qaraqulaq tikanı və baĢqa əmək alətləri iĢlənir. 

Azərbaycan  ərazisi  yüksək  keyfiyyətli  dulus  gili  cəhətdən  zəngin 

ehtiyatlara  malikdir. Bununla  belə, bu və  ya digər dulusçuluq  mərkəzində istifadə 

olunmuĢ  gillərin  hər  birinin  özünəməxsus  istehsal  xüsusiyyəti  vardır.  Sənətkarlar 

dulus  gilinin  xüsusiyyətini  mükəmməl  bilməklə,  texnoloji  proseslərin  icrasına  düzgün 

əməl  edirlər.  Məsələn,  ġəki  ustaları  dulus  gilini  sarı  torpaqla  cod  torpağın  müəyyən 

nisbətdə  qatıĢığından  hazırlayırlar.  Küsnət  ustaları  "sığal  torpaq"  adlandırdıqları 

dulus  gilinə  cüzi  miqdarda  "cod  torpaq"  əlavə  edirlər.  Quba  dulusçuları  saxsı 

məmulatını qatıĢıqsız, "sarı torpaq" adlanan xalis dulus gilindən hazırlayırlar. Lənkəran 

bölgəsində əl çarxı ilə düzəldilən dulus məmulatının gilinə müəyyən qədər narın qum qatı-

lır. Dulus gilinə qatıĢıq əlavə edilməsi Azərbaycanda çox qədim tarixə malikdir [16]. 

Azərbaycanın dulusçuluq mərkəzlərində dulus gili, adətən, 80 sm-dən 1 m-ə 

qədər qalınlıqda xüsusi bir laydan ibarət olur. Qaratorpaq örtüyünün altında yerləĢən  bu 

laya bəzi yerlərdə üzdə, bəzi gil mədənlərində isə nisbətən dərində təsadüf olunur. 

Dulus gili, adətən, yaz aylarında tədarük olunur. QıĢ fəslinin atmosfer çökün-

tüləri dulus gilinə kifayət qədər hopduğundan onu qazmaq və daĢımaq üçün yaz ayları 

daha münasib mövsüm sayıhr. Dulus gili təxminən bir həftə ərzində xüsusi gil  



 

 

351 



 


 

 

352 



quyusunda isladılıb lazımi qədər acıtma prosesi keçirəndən sonra hissə-hissə taxta və 

ya gilas qabığından hazırlanmıĢ "süfrə" üzərində tapdanıb yoğurulurdu. Son yoğurma 

əməliyyatı  "kündə  taxtası"  adlanan  miz  üzərində  icra  edilirdi.  Sənət  dili  ilə  "əlləmə" 

adlanan  bu  əməliyyat  nəticəsində  dulus  xəmiri  həm  yoğurulub  yetiĢdirilir,  həm  də 

kənar qatıĢıqlardan təmizlənirdi. 

Dulus ustaları xəmirin yetiĢdiyini onun rənginə və elastiklik vəziyyətinə əsa-

sən  müəyyən  edirdilər.  YetiĢmiĢ  xəmir,  adətən,  kündələrə  bölünürdü.  Kündələmə 

əməliyyatında  qabların  həcmi  əsas  götürülürdü.  Ġri  qablar  bir  neçə  hissədən  ibarət 

formalaĢdırılıb  calandığından  onların  kündəsi  çox  böyük  tutulur,  lakin  çarx  üzərinə 

qoyularkən iri kündə hissələrə bölünürdü. 

Dulusçuluq sənətinin baĢlıca istehsal mərhələlərindən biri məmulatın forma-

laĢdırılmasından,  daha  doğrusu,  yoğurulmuĢ  gilin  müvafiq  Ģəklə  salınmasından 

ibarətdir. 

Dulus məmulatı texnoloji cəhətdən "çarxı" və "qeyri-çarxı" olmaqla iki əsas 

qrupa  bölünür.  Bunların  hər  birinin  formalaĢdırılmasında  müxtəlif  üsullardan  istifadə 

olunmuĢdur (VII tablo). 

Qeyri-çarxı məmulat növləri (təndir, quyubaĢı, kiranə, bulaq sərnici, kürə və s.) 

"bad üsulu" [17] ilə, həm də əl ilə hissə-hissə formalaĢdırılırdı. 

Əl çarxı vasitəsilə hazırlanan qablar "oyma" və "piçənə" olmaqla iki üsulla 

formalaĢdırılırdı. 

Oyma üsulunda bütöv kündəni əl çarxının üzərinə qoyandan sonra tədricən orta-

sını  əllə  basıb  genəltmə  yolu  ilə  müvafiq  formaya  salırdılar.  Qabın  gövdəsi  iĢ  pro-

sesində  parçalanıb  dağılmasın  deyə,  arabir  onu  yaĢ  əski  ilə  sığallayır  və  xırda  dulus 

bıçağı ilə hamarlayırdılar. 

Piçənə üsulu ilə qabların formalaĢdırılması iki-üç mərhələdə icra olunurdu. 

Bunun üçün əvvəlcə qabın dib hissəsinə kifayət edəcək qədər gil xəmiri götürüb əl 

çarxı üzərinə qoyur və onu müvafiq formaya salandan sonra kənarı boyunca "piçənə" 

adlanan  palçıq  loğağı  bərkidirdilər.  Piçənə  sığanıb  tələb  olunan  qalınlığa  çatdırıldıqca 

qabın gövdəsi əmələ gəlirdi. Bu qayda ilə onun üzərinə növbəti piçənə əlavə olunurdu. 

Calaqlar, adətən, dulus bıçağı ilə hamarlanırdı. 

Ayaq çarxında dulus məmulatının formalaĢdırılması keyfiyyət etibarilə əl çar-

xından  fərqlənirdi  (VIII  tablo  ).  Əl  çarxı  yavaĢ  fırlanır  və  onun  hərəkət  sürəti  qabın 

formalaĢdırılması əməliyyatında əsaslı rol oynamırdı. Sürətlə fırlanan ayaq çarxı  isə 

dulus  məmulatının  formalaĢdırılması  prosesində  həlledici  rola  malik  olub,  ümumən 

dulusçuluq sənətində əsaslı dönüĢ yaratmıĢdır. Ayaq çarxının sürətlə fırlanma hərəkəti 

qısa müddət ərzində kütləvi surətdə simmetrik və zərif qablar istehsal etməyə imkan 

vermiĢdir. Usta kündəni çarxın üzərinə bərkidəndən sonra ayağı ilə çarxın alt diyircəyini 

hərəkət etdirməklə onu fırladırdı. Sonra o islaq əlləri ilə fırlanmaqda olan kündəni sıxıb 

yuxarıya doğru uzadır, lazımi hündürlüyə çatandan sonra sağ əli ilə onun tən ortasından 

tədricən basıb oyuq açır. Usta çarxın fırlanma hərəkətindən istifadə edərək, kündənin 

orta oyuğunu genəldib dərinləĢdirdikcə qab müvafiq formaya düĢür. "Ġçaçma" adlanan  



 

 

353 



 


 

 

354 



 


 

 

355 



bu  əməliyyat  sağ  əlin  Ģəhadət  barmağının,  ya  da  qabın  üst  üzünə  söykədilmiĢ  dulus 

bıçağının köməyi ilə icra olunurdu. 

Qabın boğazının çıxarılması bir qədər fərqli xüsusiyyət kəsb edirdi. Darboğazlı 

qablar  bu  cəhətdən  xüsusilə  fərqlənirdi.  Usta  əvvəlcə  oyulmuĢ  kündənin  ağzını  büzüb 

tədricən yuxarıya doğru daraldırdı. Boğaz tamam formaya salınandan sonra onun üst 

kənarına "dodaq çıxarılırdı" (IX tablo). 

Böyük qablar iki-üç hissədən ibarət formalaĢdırılır, sonra çarx üzərində bir-

birinə calanırdı. 

Qabların dəstək və lüləsi onlar bir qədər quruyub təpiyəndən sonra bərkidilirdi. 

Dulus  məmulatının  keyfiyyəti onun düzgün qurudulması  və  biĢirilmə reji-

mindən  asılı  olduğundan,  ustalar  buna  xüsusi  diqqət  yetirirdilər.  Düzgün  və  aramla 

qurutma nəinki qabların yüksək keyfiyyətlə biĢirilməsini təmin edir, habelə izafi itkinin 

qarĢısını alır. Gil məmulatı tam qurumadıqda biĢən zaman kürədə buxarlanma əmələ 

gətirir  və  nəticədə  məmulatın  xeyli  hissəsi  çatlayıb  korlanırdı.  Ona  görə  də  dulus 

ustaları  gil  qabların  düzgün  qurudulmasına  xüsusi  əhəmiyyət  verirdilər.  Adətən,  gil 

məmulatı külək tutmayan kölgə yerdə qurudulurdu. Bir qayda olaraq, dulusxanada bu 

məqsədlə  "qabxana"  adlanan  xüsusi  otaq  ayrılırdı.  Məmulat  qabxananın  divarları 

boyunca düzəldilmiĢ taxta tərəcələrə düzülürdü. Nazik divarlı qabların üzərinə köhnə 

palaz, yaĢ əski və ya gəndalaĢ döĢənirdi. 

Gil qabların quruma müddəti onların ölçülərindən və mövsümdən asılı idi. Ġri qab-

ların  quruma  müddəti  20-25  günədək,  payız  aylarında  isə  iki  ayadək  çəkirdi.  Xırda 

qablar  bir  həftə  ərzində  quruyub  hazır  olurdu.  Qabların  quruma  vəziyyəti  müxtəlif 

üsullarla  müəyyən  olunurdu.  Dulus  ustaları  onların  rənginə,  çırtma  səsinə  və  cızılma 

səviyyəsinə görə qabın quruma vəziyyətini müəyyən edə bilirdilər. 

Dulus ustaları hazırladıqlan məhsulların forma gözəlliyinə fikir verməklə 

yanaĢı, onların bəzədilməsinə də xüsusi qayğı göstərirdilər. Hər bir dövrün, hər bir 

dulus  mərkəzinin,  hətta  hər  bir  ustanın  özünəməxsus  bəzək  vasitələri,  bəzək 

üsulları,  ornament  növləri  olmuĢdur.  Bu  mənada  Azərbaycan  dulusçuluğunun 

inkiĢaf  yoluna  nəzər  saldıqda  tarixən burada  bəzək tərtibatı cəhətdən bir-birindən 

seçilən  olduqca  müxtəlif  növ  saxsı  məmulatına  təsadüf  olunur:  naxıĢsız  (saya) 

qablar, naxıĢlı qablar, boyalı qablar, Ģirli qablar və s. 

Orta  əsr  dulusçuluğu  üçün  səciyyəvi  olan  Ģirli  qab  istehsalı  XIX  əsrin 

sonlarında  tədricən  tənəzzülə  uğrayıb  aradan  çıxmıĢ,  məhdud  miqdarda  Qubada, 

qismən  isə  Gəncədə  qalmıĢdır.  Azərbaycanın  müasir  dulusçuluq  sənətində  Ģirsiz 

qab  istehsalı  üstün  yer  tutur.  Bununla  belə,  müasir  dulus  ustaları  Ģirsiz  qablar 

üzərində  az,  lakin  təsirli  bəzək  ünsürləri  ilə  naxıĢ  salmağı  da  unutmurlar.  Bu 

məqsədlə onlar qabların boğaz və ya gövdəsini bəzək darağı və ya dulus bıçağının 

iti  ucu  ilə  müxtəlif  səciyyəli  cızıqlarla  naxıĢlayırlar.  Adətən,  cızma  naxıĢlar 

məmulat hələ çarxdan düĢürülməmiĢ vurulur. 

Küsnət  ustaları  isə cızma  naxıĢ əvəzinə qurudulmuĢ qabların üzərini satıl 

vasitəsilə Ģüyrələyirlər. Bu cür bəzək üsulu Azərbaycanda qədim zamanlardan  



 

 

356 



 


 

 

357 



məlumdur [18]. 

Dulus  məmulatının  hər  birinin  özünəməxsus  bəzək  növü  olmuĢdur. 

Məsələn, iri küplərdə oyma, basma və yapma naxıĢlar üstünlük təĢkil etdiyi halda, 

xırda  qablarda  cızma  naxıĢlar  və  boyalı  rəsmlər  geniĢ  yer  tuturdu.  Qədim 

zamanlardan baĢlanan [19] bu ənənəyə indi də əməl olunur. Müasir dulus ustaları 

səhəng  naxıĢlarını  Ģəhrəng  və  ya  bardaq  naxıĢlarından  fərqləndirirlər.  Nehrə 

naxıĢları  bunların  hamısından  seçilir.  ġirli  qabların  ornament  bəzəkləri  əsasən 

nəbati, qismən isə həndəsi səciyyə daĢıyırdı. 

Dulus  məmulatı  istehsalı  biĢirmə  mərhələsi  ilə  tamamlanır.  Gil  qabların 

biĢirilmə üsulları kimi, biĢirmə vasitələri də çox müxtəlif olmuĢdur.  Adi ocaqdan 

baĢlamıĢ  istiliyi  idarə  olunan  mükəmməl  quruluĢlu  kürələrədək  müxtəlif 

vasitələrdən  istifadə  olunmuĢdur.  Açıq  ocaq,  təndir,  əl  kürəsi,  dəm,  qapalı  dulus 

kürəsi gil məmulatının biĢirilməsində baĢlıca yer tutmuĢdur. 

Gil  məmulatının  bir  qismi  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərinədək 

təndir və əl kürələrində [20] biĢirilmiĢdir, "Dəm" adlanan açıq tipli kürə növü isə 

Lənkəran  bölgəsində  qeydə  alınmıĢdır.  [21]  Qadınların  dulusçuluq  iĢi  üçün 

səciyyəvi  olan  dəm  tipologiya  etibarilə  bəsit  təndirlərdən  mükəmməl  dulus 

kürələrinə  keçid vəsiləsini təĢkil edir. Dairəvi plana  malik  olan dəmin diametri 3 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin