lanmıĢ kəsici, qaĢıyıcı, deĢici, hamarlayıcı əmək alətləri aĢkar edilmiĢdir. Universal
səciyyə daĢıyan bu alətlərin böyük bir qismi eyni zamanda gön-dəri məmulatı
istehsalında da istifadə olunmuĢdur. Dəvəgözü və çaxmaq daĢından düzəldilmiĢ əmək
405
alətlərinin müəyyən tipləri (qaĢov, biz, bıçaq) bilavasitə dəriiĢləmə ilə bağlı olmuĢdur.
Mezolit dövründən etibarən bu qəbildən olan daĢ alətlərin iĢlənmə texnikası xeyli
təkmilləĢmiĢdi. Ox və kamanın ixtirası sayəsində məhsuldar məĢğuliyyət növünə
çevrilən ovçuluq təkcə ərzaq deyil, habelə dəri və göndən ibarət bol xammal ehtiyatı
yaradırdı.
Neolit dövründən baĢlayaraq əkinçilik və maldarlıq təsərrüfatının meydana
gəlməsi və onun sonrakı inkiĢafı təbii surətdə məhsul bolluğunun artmasına səbəb
olmuĢdur. Ərzaq məhsullarının emalı və saxlanılması zərurəti ilə əlaqədar dəri qabların
çeĢidi daha da artmıĢdır. Bu dövrdə toxuculuq və dulusçuluğun hələ zəif inkiĢafı da
dəriçiliyin tərəqqisinə kömək etmiĢdir.
Eneolit dövründə daĢ və sümük alətlərin müxtəlif tiplərinin yaranması məhz dəri-
çiliyin inkiĢafı ilə üzvi surətdə bağlı olub, yerli əhalinin təsərrüfat məiĢətində gön-dəri
məmulatı istehsalının baĢlıca məĢğuliyyət növlərindən biri olduğunu əks etdirir [104].
Qədim insanlar dərini mexaniki üsullarla (qaşıma, sıyırma, hamarlama, döyəc-
ləmə, ütmə, piyləyib yumşaltma və s.) iĢləməklə kifayətlənməyib, onun bəsit
aşılama
texnikasına da müəyyən qədər yiyələnibmiĢlər. Lakin, dabbağlıq məĢğuliyyətinin
müstəqil sənət sahəsinə çevrilməsi Tunc dövrünə təsadüf edir. Bunu Azərbaycanın
təsərrüfat həyatının bütün gediĢatı, əkinçilik və maldarlığın intensiv inkiĢafı, ikinci
böyük ictimai əmək bölgüsü olan sənətkarlığın meydana gəlməsini zəruri edən sosial-
iqtisadi Ģəraitin özü hazırlamıĢdır. Tunc dövründə Azərbaycanda sakin olan tayfalar
arasında sənət istehsalının müxtəlif sahələri meydana çıxmıĢ, əmək alətləri, silah və
məiĢət vasitələrinin hazırlanması, heyvan dərilərinin aĢılanması tədricən xüsusi peĢə
sahəsinə çevrilmiĢdir [105].
Sinifli cəmiyyət dövründə xammal ehtiyatının bolluğu üzündən gön-dəri məmulatı
əhalinin ev məiĢəti və təsərrüfat həyatının bütün sahələrinə dərin nüfuz etmiĢdi. Geyim
ehtiyacları, minik və qoĢqu ləvazimatı və s. aĢılanmıĢ gön və dəridən hazırlanırdı.
AĢılanmıĢ dəri, habelə nadir yazı ləvazimatı kimi də iĢlənirdi. Məlum olduğu
kimi, qədim məxəzlərin müəyyən bir qismi, o cümlədən "Avesta" əsəri sonrakı
nəsillərə dəri perqament üzərində gəlib çatmıĢdı. Zaqros dağlarından dəri üzərində
yazılmıĢ üç ədəd əlyazması tapılmıĢdır [106]. Atropatendə ellin mədəniyyətinin yayılmasını
əks etdirən bu yazı, Ģübhəsiz ki, aĢılanmıĢ dəri üzərində icra oluna bilərdi.
Azərbaycanda aĢılanmıĢ dəridən istifadə tarixinin aydınlaĢdırılması məsələsində
Qədim Mingəçevirin Tunc dövrü qəbiristanlığından tapılmıĢ çəkmə və ya baĢmağa
bənzər gil qablar mühüm əhəmiyyət kəsb edir. Həmin qabların bir qisminin uzunboğaz
çəkməyə bənzədilməsi e.ə. II minilliyin sonlarında aĢılanmıĢ dəridən ayaqqabı
tikildiyini söyləməyə əsas verir [107].
Orta əsrlərdə Azərbaycanda gön-dəri məmulatının tətbiq sahələri daha da geniĢ-
lənmiĢdir. Quyulardan su çıxarmaq, neft və su daĢımaq üçün aĢılanmıĢ dəridən
düzəldilmiĢ dol və tuluq ən sərfəli vasitə sayılırdı. Orta əsrlərdə AbĢeron nefti dəvə
karvanları vasitəsilə uzaq ölkələrə dəri tuluqlarda daĢınırdı [108]. Bütün bu faktlar gön-
dəri məmulatı emalı texnologiyasının, baĢqa sözlə, dəriaĢılama (dabbağlıq) sənətinin