rükü mart ayının ortalarından baĢlanıb avqust ayınadək davam edirdi. Mövsüm ərzində
416
tikilməsində qayçı və iynə iĢlənirdi [130].
Yuyulub təmizlənmiĢ dərilərin astar üzü əvvəlcə korĢ bıçaq və ya dəryaz
parçası ilə qaĢınırdı. Dəri lətdən təmizləndikcə hərəmi vasitəsilə daranıb tükü səliqəyə
salınırdı.
Kürklük dərinin aĢılama texnologiyası spesifik xüsusiyyət kəsb edirdi. Bunun
üçün əvvəlcə tüklü dərilər iri çənə tökülmüĢ şorabaya salınıb bir müddət əllənirdi,
ertəsi gün Ģorabadan çıxarılıb bir-bir lət üzünə kəpək səpilirdi. Bu məqsədlə dərinin lət
üzünə qalın kəpək səpib kənarlarını içəri qatlayandan sonra onları burub yenidən
Ģoraba çəninə salırdılar. Bu əməliyyat günaĢırı təkrar olunmaqla, xəz dəri yarım ay
Ģorabada qalırdı. AĢın təsiri malın məğzinə tamam keçəndən sonra çəndən çıxarılır və
suyu süzülmək üçün süzgəc taxtası üzərinə yığılırdı. Ertəsi gün dərilərin avand üzü su
ilə yuyulub təmizlənirdi. Əvvəlcə dərinin astarı, sonra isə avand üzü GünəĢ altında
sərilib qurudulurdu [131].
Bu qayda ilə hər dəfə 15 ədəd qoyun dərisi aĢılanırdı.
Bilavasitə kürk tikməyə baĢlamazdan əvvəl dərinin astar üzü qabaqca doğanaq,
sonra isə şüfrə vasitəsilə sürtülüb yumĢaldılırdı.
Dərini doğanaqdan keçirmək üçün öncə onun üzərinə su çiləyib nəmləyirdilər.
Sonra nəm dərinin bir kənarına ip bağlayıb qarmaqdan asır və doğanaq vasitəsilə astar
üzünü qaĢıyırdılar. Bunun üçün usta ayağını doğanağın daban qayıĢına keçirib sağ əli ilə
doğanağın baĢından, sol əli ilə dərinin sərbəst ətəyindən yapıĢaraq, onu aĢağı-yuxarı
hərəkət etdirirdi. Doğanaq yuxarıdan aĢağı endikcə, onun iti tiyəsi dərinin astar üzünü
sürtüb yumĢaldırdı. Dərinin hər tərəfini doğanağın tiyəsinə vermək üçün sol əlin
köməyi ilə o, mütəmadi surətdə o tərəf bu tərəfə çevrilirdi. Dərinin doğanağa
gəlməyən xam hissələri Ģüfrə vasitəsilə sürtülüb yumĢaldılırdı.
Şüfrələmə əməliyyatından sonra malın astar üzünə
tabaşir çəkir, və sürtüb ağar-
dırdılar. Bunun üçün bir-birindən 1,5 m məsafədə yerə basdırılmıĢ bir cüt dirəyin
yuxarısına köndələn vəziyyətdə yoğun bir ağac zolası bənd edilir, ondan bir qədər
aĢağıda isə dirəklər kəndirlə tarım çəkilib bir-birinə bağlanırdı. Bütöv soyulmuĢ qoyun
dərisi çərçivəyə salınandan sonra onun astar üzü tamam ağarıncayadək töyrə ilə sürtülürdü.
Ağartma əməliyyatının keyfiyyətli olması üçün sol əlin künəsi ilə dərinin əks tərəfindən
dayaq verilirdi. AĢılı dərinin kənarları cəfa vasitəsilə qaĢınırdı.
Adətən, kürkçülər həm sifariĢlə iĢ görür, həm də satlıq, "bazarı" məhsul isteh-
sal edirdilər. Bununla belə, Azərbaycanda kürk istehsalı kustar sənət və xırda əmtəə
istehsalı səviyyəsindən yüksəyə qalxmamıĢdı.
KeçmiĢdə Azərbaycanda kaval və geymə olmaqla kürkün iki növü geniĢ yayıl-
mıĢdı. Kürk ustaları sifariĢdən asılı olaraq bunların hər ikisini biçib tikirdilər. Topuğadək
uzun olub, çiyinə alınan kaval kürkün əsas müĢtərisi varlı zümrələr idi. Kaval kürkün
topuğadək uzun olan qolları əməli əhəmiyyət kəsb etməyib, dekorativ məqsəd daĢıyırdı.
Ölçüsündən asılı olaraq, geymə kürkün tikilməsinə 4-5, kaval kürkə isə 9-10
dəri sərf olunurdu. Kürkü bilavasitə usta özü biçir, kargər və Ģagird isə onun tikil-
məsində iĢtirak edirdi.