A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə65/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   61   62   63   64   65   66   67   68   ...   102
Sağrıcərdlik. [122] KeçmiĢ məiĢətdə sağrı məmulatına tələbat böyük idi. Yəhər 

və  milli  ayaqqabıların  (baĢmaq,  yəməni,  nəleyin)  dəbdə  olması,  kiĢi  geyim  kom-

pleksində xəncərin mühüm yer tutması sağrı, müşkü və ətviyə tələbatı artırırdı. 

Sağrı və ətvinin aĢılanması dabbağlıq sənətinin ən çətin sahəsi sayılırdı. Sağrı 

üçün aş və maya hazırlanması, onların tətbiqi spesifik xüsusiyyət kəsb edirdi. Ona görə də 

sağrı  və  ətvi  istehsalı  Azərbaycanın  ənənəvi  dabbağlıq  mərkəzlərinin  hamısında 




 

 

412 



yayılmamıĢdı. 

Sağrı  və  ətvi  at,  qatır,  qismən  də  uzunqulaq  gönündən  hazırlanırdı.  Bunun 

üçün də bilavasitə aĢılama əməliyyatına baĢlanılmazdan əvvəl gönün kəfəl, kürək, boyun 

paça və qolları bıçaqla kəsilib sağrı hissəsindən ayrılırdı. 

Sağrıcərdlik  sənətində  iĢin  xüsusiyyətindən  asılı  olaraq,  aĢılama  əməliyyatı 

mərhələ-mərhələ görüldüyündən hər dəfə bir "cələb"dən artıq mal aĢılamaq olmurdu. 

Ətvi mis ovuntusu və naşatır qatıĢığından hazırlanmıĢ xüsusi maya (yaxı) ilə 

aĢılanırdı. Maya yaxılmazdan əvvəl gön isladılıb yumĢaldılır və onun kəsik-deĢiyi iynə 

ilə tikilirdi. 

Ətvi (müĢkü) mayası düzəltmək üçün 50 girvənkə mis ovuntusuna 8 girvənkə 

nisbətində naĢatır qatılırdı. Bu, bir "cələb"in aĢılamasına kifayət edirdi. YaĢıl rəngə çalan 

həmin  maya  nazik  təbəqə  Ģəklində  gönün  astar  üzünə  yaxılırdı.  Maya  yaxılmıĢ  gön 

parçaları  bir-birinə  toxunmamaq  üçün  hər  dəfə  onlar  üst-üstə  qoyularkən  aralarına 

həsir və ya keçə parçası sərilirdi. Həftədə bir dəfə olmaqla, 6 dəfə mayanın üstündən 

naĢatır suyu vurulurdu. Mayanın təsiri malın məğzinə tamam keçəndən sonra o, ərsinlə 

sıyrılıb tökülürdü. AĢılanmıĢ malın hər iki üzü mayanın qələvi təsiri nəticəsində yaĢıl 

rəngə düĢürdü. 

Qismən aĢılanıb yaĢıl rəngə boyanmıĢ mal mayadan çıxandan sonra şora ilə 

iĢlənirdi. Bu məqsədlə narın əzilib ələkdən keçirilmiĢ Ģoranı malın astar üzünə səpib əl 

ağacı  vasitəsilə  bir-bir  ocaq  üzərində  tutub  alova  verirdilər.  Bunun  sayəsində  Ģora 

tozu əriyib malın məğzinə çökür və ona kimyəvi təsir göstərirdi. ġoradan çıxmıĢ  mal 



quyruq yağı ilə yağlanıb yumĢaldılır və üst-üstə yığılırdı. 

Ətvi istehsalı naxışlama əməliyyatı ilə baĢa çatırdı. SatıĢ üçün ətvi üst-üstə yığı-

lıb dəstəçin bağlanırdı. Hər dəstədə 10 ədəd ətvi olurdu. Sağrıcərdlik sənətində bu bir 

"cələb" iĢ sayılırdı. 

Ətvini, əsasən baĢmaqçı və sərraclar alırdılar. Onu baĢmaq və yəmənilərin daba-

nına və köbəsinə iĢlədirdilər [123]. Sərraclar yəhərin qaĢına ətvidən bəzək salırdılar. 



Sağrı hazırlamaq üçün gönü islağa qoyub yumĢaldandan sonra tükünü və astarı-

nın  lətini  sıyırıb  təmizləyirdilər.  Gönün  tükü  tişə  ilə,  ləti  isə  baladəmir  vasitəsi  ilə 

təmizlənəndən sonra "xərçü" adlanan enli taxta üzərində iti bıçaqla tüklərin dibi qırxılıb 

təmizlənirdi. Sənət dili ilə bu əməliyyat "qırtıĢlama" adlanırdı. 

AĢa qoyulmazdan əvvəl sağrı mal qaşovlama, tumlama, tişəmə kimi müxtəlif 

əməliyyatlardan keçirdi. 

Sağrı malı qaĢovlanmaq üçün xırda mıxçalar vasitəsilə hamar sahədə çarmıxa 

çəkilirdi. Malın üzərinə su çilənib qaĢovlandıqca tiĢəmə əməliyyatı zamanı onun avand 

üzündə qalmıĢ bıçaq izləri itir və gönün səthi hamar Ģəklə düĢürdü. 

Bir qayda olaraq, sağrı tərə və ya baləng toxumu vasitəsi ilə tumlama əməliy-

yatından keçirdi. Bunun üçün tumu gönün avand üzünə səpəndən sonra onun üstünə keçə 

sərib  tapdayırdılar.  Nəticədə  tumlar  malın  məğzinə  batırdı.  Mal  bir  müddət  günün 

altında qalıb nəmliyi çəkiləndən sonra iki nəfər onu müĢtərək surətdə vələs çubuğu ilə 

palaz üzərində çırpıb tumunu tökürdü. 




 

 

413 



Gönün üzərində əmələ gəlmiĢ çala-çuxurlar tiĢə ilə xüsusi dişək taxtasının üzə-

rində diĢəmə əməliyyatından keçirilirdi. Gönün kənarlarında açılmıĢ mıxça deĢikləri iti 

bıçaqla kəsilib çıxarılandan sonra mal təmiz suya salınırdı. Sağrı islandıqca tumların yeri 

pırtlaĢıb yuxarı qalxırdı. AĢılı malın tez yumĢalması üçün çox vaxt sağrının kənarından 

tutub bir-bir yastı hamar daĢa döyəcləyir, sonra onu yenidən qaytarıb suya salırdılar. 

Ətvidən fərqli olaraq, sağrı birbaĢa sarağan aşına qoyulurdu. Bir cələb sağrı 

üçün 1 pud sarağan ununu 10 vedrə qaynar suya qatıb çənə tökürdülər. Bir gün ərzində 

sağrı  sarağan  aĢında  fasiləsiz  tapdanırdı.  Tapdama  əməliyyatının  üstündən  bir  gecə 

keçəndən  sonra  o,  aĢdan  çıxarılıb  şora  vasitəsi  ilə  iĢlənirdi.  Bu  məqsədlə  sağrı  malı 

dəstə-dəstə tiyana salınıb qızmar Ģora məhlulunda əllənirdi. Bir dəstə (10 ədəd) sağrı 

üçün hər dəfə tiyana 15 girvənkə Ģora, 1 vedrə su tökülürdü. 

ġoradan çıxmıĢ sağrı ağac və ya kəndir üzərindən asılmaqla sərilib qurudulurdu. 

ġorada "biĢən" zaman sağrının üzündəki lət qalıqları ĢiĢib qabardığından onlar 

dişək taxtası üzərində bıçaqla diĢənib təmizlənirdi. 

KeçmiĢdə sağrı qara, sarı və yaşıl rənglərdə hazırlanırdı. Sarağan aĢından çıx-

mıĢ  sağrı  sarı  rəngdə  olurdu.  Sağrını  baĢqa  rənglərə  boyamaq  istədikdə  o,  müvafiq 

boyaqlara salınırdı. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin