A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə67/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   63   64   65   66   67   68   69   70   ...   102
 

 

 

 

 

PAPAQÇILIQ VƏ KÜRKÇÜLÜK 

 

Papaqçılıq.  Papaq  tikmək  üçün  yerli  qoyun  dərilərinin  çirki  axar  suda 

tapdama  üsulu  ilə  yuyulub  təmizlənir,  qıvrım  tüklü  dərilər  isə  qaynar  suda 

yuyulurdu.  ġuĢa  papaqçıları  bu  məqsədlə  Araz  sahillərindən  gətirilmiĢ  "coğan" 

adlanan Ģorakət bitkidən hazırlanmıĢ Ģilədən istifadə edirdilər [125]. 

Tiyana  tökülmüĢ  su  qaynamağa  baĢlayanda  coğanı  əzib  ona  qatırdılar. 

Dərinin tüklü üzü coğan Ģiləsi ilə yuyulub təmizləndikdə xüsusi parıltı verirdi. 

ġiraz dəriləri, bir qayda olaraq, zağ məhlulu ilə yuyulurdu. 100 dəriyə 10 

girvənkə hesabı ilə zağ iĢlənirdi [126]. 

Yerli dəri üçün aĢ (yaxı)  zəy, duz və kəpək qatıĢığından düzəldilirdi. Hər 

dəri  üçün  50  q  zəy,  50  q  duz,  100  q  kəpək  və  1  l  su  nisbətində  götürülüb  yaxı 

düzəldilirdi.  Dərinin  astar  üzünə  çəkilmiĢ  yaxı  əllə  möhkəm  sürtülə-sürtülə  onun 

məğzinə yedizdirilirdi. Dəri yaxılandıqca iki qatlanıb, üst-üstə yığılır, sonra GünəĢ 

altına  sərilib  qurudulurdu.  AĢılanmıĢ  dəri  istifadə  olunmazdan  əvvəl  doğanaq 

vasitəsi ilə sürtülüb yumĢaldılır və lət qalığından təmizlənirdi. 

Qaragül dəriləri xüsusi küp aşına qoyulurdu. Küp aĢı hər dəriyə girvənkə 

yarım arpa unu, yarım girvənkə duz və 1 litr su hesabı ilə düzəldilirdi. 

Gündə  bir-iki  dəfə  qarıĢdırılmaqla,  sür  dərilər  yayda  6,  qıĢda  8  gün  küp 

aĢında qalırdı. 

Qaragül dəri zərif olduğu üçün bir qayda  olaraq, doğanaqdan keçirilmir, 

əllə  ovuşdurma  üsulu  ilə  yumĢaldılırdı.  Lakin  ləttökmə  və  ağartma  məqsədilə 

mütləq cəfadan keçirilirdi. Mal cəfadan çıxandan sonra yaxı vasitəsilə iĢlənirdi. 

Xəz dəriləri, adətən, mazı və ya sarağan ilə boyanırdı. Mazı papaqçılıqda, 

sarağan  boyağı  isə  kürkçülükdə  iĢlənirdi.  Boyağın  davamlı  olması  üçün,  adətən, 

mal zağ vasitəsilə əvvəlcədən zağlanırdı. 




 

 

415 



Papağın  biçilib  tikilməsi  ilə  xüsusi  papaqçı  dükanlarında  peĢəkar  ustalar 

məĢğul olurdular. Papaqçı dükanı həm istehsal, həm də satıĢ məqsədi güddüyündən 

çox vaxt bazar və karvansaralarda yerləĢirdi. 

KeçmiĢ məiĢətdə yerli əhali arasında dəri papağa tələbat böyük olduğuna 

görə Azərbaycanda bu sənət geniĢ intiĢar tapmıĢdı. XIX əsrin 50-ci illərində Bakı, 

Gəncə, Lənkəran, Quba, ġəki, ġamaxı, ġuĢa, Naxçıvan Ģəhərlərində 650 nəfərədək 

papaqçı var idi [127]. Onlardan 235 nəfəri yalnız ġəkidə cəmlənmiĢdi [128]. 

Papaqçı dükanlarının hər birində bir nəfər usta və bir neçə nəfər köməkçi 

kargər və Ģagird iĢləyirdi. Papaq ustası eyni zamanda dükanın sahibi idi. Ġstehsalın 

təĢkili,  xüsusilə  xammalın  əldə  olunması  və  aĢılanıb  boyanması  məsələləri  ilə 

yanaĢı, materialın biçilməsi əməliyyatı ilə bilavasitə usta özü məĢğul olurdu. TikiĢ 

iĢlərini çox vaxt kargər (xəlfə) görürdü. 

Papaqçılıq sənətində qayçı, iynə, üskük, ütü, ülgü, miz, papaq qəlibi və s. kimi 

bir sıra zəruri istehsal ləvazimatı iĢlənirdi. 

KeçmiĢdə ictimai mənsubiyyətindən və yaĢından asılı olmayaraq, əhalinin bütün 

zümrələri  dəri  papaq  geyirdi.  Azərbaycanda  papağın  "daqqa",  "çapma",  "qələmi", 

"Ģikarı" və s. adlarla məlum olan müxtəlif formaları mövcud olmuĢdur. Varlı kiĢilər, bir 

qayda  olaraq,  qaragül  dərisindən  sür  papaq,  əhalinin  aĢağı  zümrələri  isə  yerli  dəridən 

papaq geyirdilər. 

Qocalar arasında züllə papaq, gənclər və uĢaqlar arasında "yapağı" adlanan girdə 

formalı papaq növü geniĢ yayılmıĢdı. Daqqa papaq ahıl və qocalar arasında, şikarı papaq 

isə cavan oğlanlar arasında daha çox dəbdə olmuĢdur. Çapma və ya qələmi papağın əsas 

müĢtəriləri  varlılar  idi.  Göründüyü  kimi,  papağın  növü  və  forması  ictimai  zümrələr 

arasında fərqi əks etdirməkdən əlavə yaĢ fərqinin də mühüm əlamətinə çevrilmiĢdi. 

Qıvrım tüklü sür papaqlar, adətən "börk" adlanırdı. Sür dərilərin mənsubiyyətinə 

görə, el arasında onun "Buxara", "Krım", "ġirazi" papaq və s. adlarına təsadüf olunurdu. 

Bundan əlavə, ayrı-ayrı bölgələrdə "Qarabağ papağı", "Qəbələ papağı", "ləzgi papağı" və 

s. kimi məhəlli və etnik xüsusiyyəti əks etdirən istilahlar da yayılmıĢdı. 

Papaqçı  dükanlarında  həm  sifariĢlə  ("buyurtma"),  həm  də  satlıq  ("bazarı") 

papaq tikilirdi. Bazarı papaq, əsasən, ucuz baĢa gələn yerli dərilərdən hazırlanırdı. 

Papağın üzlüyü və astarı ülgü əsasında biçilirdi. Dəri tərs üzündən tikilib hazır 

ediləndən sonra ona parça astar çəkilir və avand üzünə çevrilib qəlibə salınırdı. 

Yerli dəridən tikilmiĢ papağın saçaqlarını pərqulamaq üçün onu sol ələ keçirib 

yavaĢ-yavaĢ fırladır və üzərinə su piləyib toxmaq ilə döyəcləyirdilər. Bunun nəticəsində 

papağın tikiĢ yerləri və üzünün tükləri səliqə-sahmana düĢürdü. Qaragül dərisindən tikilən 

papaqların tüklərinin qıvrımı çəngəl vasitəsilə qaldırılıb nizama salınırdı. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin