dərisindən aĢılanıb hazırlanırdı. ġəki dabbağları kosalanı dana dərisindən aĢılayıb
mirlə qaĢovlanıb təmizlənirdi. Bir gün sonra süpürgə ilə dərinin astar üzünə qatı əhəng
411
məhlulu yaxıb iki qatlayırdılar. Bir gün ərzində əhəngdə qalandan sonra tüklərin dibi
boĢalır və əllə yolunurdu. Tükdən təmizlənib cılğı halına salınmıĢ dərilər əhəng
quyusuna salınırdı. 5-6 gün sıyıq əhəng məhlulunda qalmıĢ "mal" qıra ilə çıxarılıb
axar suda tapdana-tapdana yuyulur və əhəngdən təmizlənirdi.
Əhəngdə iĢlənmiĢ mal sonra kəpək şiləsinə salınırdı. Bu məqsədlə 5-6 vedrə su
tiyanda qızdırılıb çənə tökülür, üzərinə 3-4 vedrə kəpək, yaxud 1,5-2 vedrə arpa unu əlavə
edilib qarıĢdırılırdı. Kəpək Ģiləsində 1,5-2 saat tapdanmıĢ mal bir gün Ģilədə saxlanılırdı.
Ertəsi gün mal çəndən çıxarılıb süzgəc ağacının üzərinə yığılır və müəyyən qədər
təpiyəndən sonra bir-bir baladəmirlə qaĢınıb kəpək və lət qalığından təmizlənirdi.
Kəpək Ģiləsində iĢlənmiĢ mal daha sonra sarağan aĢına salınıb 3-4 saat fasiləsiz
tapdanır, ertəsi gün çıxarılıb vərəçü üzərində bala dəmirlə yenidən qaĢınırdı. Bu qayda
ilə sarağan aĢı daha iki dəfə təzələnərək, malın tapdama və qaĢıma əməliyyatı təkrar
edilirdi.
Bir qayda olaraq müşkü qara rəngə, tumac isə qırmızı, sarı, yaĢıl və s. rənglərə
boyanırdı. Bundan əlavə, çox vaxt tumacın üzərinə gül də salınırdı.
Tumaç və müĢkünü boyamaq üçün əvvəlcə rəngab hazırlanırdı. 30 dərini qara
rəngə boyamaq üçün 1 girvənkə [121] qara zağ yarım vedrə isti suda həll edilirdi. Boyaq
malı birbaĢa qara rəngaba salınırdı.
Qırmızı boyaq Ġrandan gətirilmə xüsusi boyaq talaĢasından hazırlanırdı. Bir cələb
tumacı boyamaq üçün 100 q qırmızı talaĢa yarım vedrə suda rəngi çıxıncayadək
qaynadılırdı. Boyaq hazır olanda mal bir-bir rəngab taxtasının üzərinə sərilərək qıl və ya
keçədən düzəldilmiĢ lif və ya ləmbə ilə rənglənirdi.
Sarağan aĢından çıxmıĢ mal sarı rəngdə olduğundan bunun üçün ayrıca boyaq
hazırlanmırdı. Bəzən müĢtərinin zövqündən asılı olaraq "güllü" tumac hazırlanırdı. Bu
məqsədlə tumacın avand üzünə noxud dənələri qoyub astar üzündən bağlayırdılar.
Tumac boyaqdan çıxandan sonra noxudların yeri sarı rəngdə güllü qalırdı.
Bayaqdan çıxmıĢ mal quruyandan sonra əvvəlcə şüfrə vasitəsilə sürtülüb
hamarlanırdı daha sonra isə sığal taxtası üzərində sığallanırdı. Tumac zoğal ağacından
hazırlanmıĢ toxmaq (oxlov) ilə, müĢkü isə hamar səthli yuvarlaq çay daĢı ilə sığal-
lanırdı. Bunun üçün Ģagird və ya kargər aĢılanmıĢ malı bir-bir sığal taxtası üzərində
hərləyir, usta isə onu oxlovlayırdı.
Bəzən baĢmaqçıların sifariĢi ilə müĢküyə müəyyən qədər piy sürtülürdü. Bu
məqsədlə keçədən düzəldilmiĢ piy ləmbəsi əridilib qaynar hala salınmıĢ mal piyinə
batırılıb müĢkünün arxasına basılırdı. ƏrinmiĢ yağ müĢkünün avand üzünə çıxıncaya
qədər piyləmə əməliyyatı davam etdirilirdi.
Dostları ilə paylaş: