A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə72/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   68   69   70   71   72   73   74   75   ...   102
Müsəlman yəhəri daha mürəkkəb quruluĢa malik olduğundan onun hazırlan-

ması  xeyli  vaxt  və  material  tələb  edirdi.  Bu  səbəbdən  də  o,  nisbətən  baha  qiymət-

ləndirilirdi.  Müsəlman  yəhəri  dəbdə  olan  dövrlərdə  onun  hazırlanmasında  sərrac  və 

qaltaqçıdan baĢqa təkaltıduz da iĢtirak edirdi. 

XX əsrin əvvəllərindən etibarən yerli yəhərlərin tədricən aradan çıxmağa baĢla- 

ması  ilə  əlaqədar  olaraq,  qaltaqçılıq  və  təkaltıduzluq  peĢələri  tənəzzül  etmiĢdir. 

Kazak  və  ingilis  tipli  yəhərlər  sadə  quruluĢa  malik  olduğundan  onların  istehsalında 

bütün iĢ proseslərini bilavasitə sərrac özü görürdü. 

Sərraclıq sənəti baĢlıca olaraq Ģəhərlərdə, qismən isə həftəbazarları olan iri kənd-

lərdə,  xüsusilə  köç  yolları  üzərindəki  rəvac  satıĢ  bazarına  malik  yaĢayıĢ  məntəqə-

lərində geniĢ intiĢar etmiĢdi. 

XIX  əsr  və  XX  əsrin  əvvəllərində  sərraclıq  sənəti,  əsasən,  ġamaxı,  Nuxa 

(ġəki),  Yelizavetpol  (Gəncə),  ġuĢa,  Qazax,  Naxçıvan,  Ġrəvan,  Bakı,  Dərbənd,  Quba  və 

Lənkəran Ģəhərlərində cəmləĢmiĢdi [144]. Bundan baĢqa Göyçay, AğdaĢ və Zaqatala 

Ģəhərlərində,  habelə  Əliabad  kəndində  sərrac  dükanları  mövcud  idi  [145].  O  dövrdə 

Azərbaycanın  bəzi  yaĢayıĢ  məntəqələrində  (Mərəzə,  Ġvanovka,  Yelenendorf)  qoĢqu 

ləvazimatı (xamut, qoşqu qayışları, cilov və s.) hazırlayan sərraclar da var idi [146]. 

XIX əsrin sonlarına doğru Bakının sürətlə böyüməsi və şəhərdə faytonların sayı-

nın  artması  ilə  əlaqədar  olaraq,  burada  qoĢqu  ləvazimatı  hazırlayan  xüsusi  sərrac 

emalatxanaları açılmıĢdı [147]. 

Azərbaycanda ənənəvi sərraclıq sənəti tarixən yük və minik yəhəri dəstinin 

hazırlanması  istiqamətində  inkiĢaf  etmiĢdi.  Sərraclıq  sənəti  daxilində  yerli  yəhər 

növləri  və  onların  tərkib  hissələri  üzrə  dar  ixtisaslaĢma  getmiĢdi.  Belə  ki,  yük  yəhəri  

(palan-navar)  istehsalı  ilə,  bir  qayda  olaraq,  palanduz  məĢğul  olurdu.  Bu  səbəbdən  də 

həmin peĢə çox vaxt palanduzluq adlanırdı. 

Yük yəhəri (navar), qaltaqsız olmaqla, köhnə palazdan, yaxud qaba toxunmuĢ 

kətan  və  ya  pambıq parçadan  hazırlanırdı.  Ucuz qiymətə  alınmıĢ  köhnə  palaz  məmulatı 

xüsusi əndazə əsasında biçilib tikiləndən sonra onun içərisinə küləĢ və ya cil təpilirdi. 

Yükü  rahat  saxlamaq  üçün  palan-navarın  hər  iki  tərəfi  bürmələnib  hürgüc  Ģəklinə 

salınırdı.  Palan-navarın  quşqun  qayışı  və  tapqırları  ayrıca  hazırlanıb  ona  bənd 

edilirdi. 

Palanduz alətləri say etibarilə az olub bəsit quruluĢa malik idi. Buraya "qıyıq" ad-

lanan bir qarıĢ uzununda əyri iynə, arĢın yarım uzununda küləştəpən, qullab bizi və qayçı daxil 

idi. Bundan əlavə, palanduzluq sənətində eĢilmiĢ iplik və mum da iĢlənirdi. 

Müsəlman yəhərinin qaltağının hazırlanması ilə, adətən, ayrıca qaltaqçı məĢğul 

olurdu. Minik  yəhərinin qaltağı çat  verməyən  yüngül  və davamlı  ağac  növlərindən,  ən 

çox  isə  söyüd  və  cökədən  düzəldilirdi.  QurumuĢ  söyüd  çox  yüngül  və  davamlı 

olduğundan  qaltaq  ustaları  ona  daha  çox  üstünlük  verirdilər.  Qaltağın  üzərinə,  adətən 

göndən  "astar"  adlanan  üzlük  çəkilirdi.  Bu  məqsədlə  ən  çox  dəvə  gönündən  istifadə 



 

 

422 



olunurdu.  Bundan  baĢqa,  qaltaqçılar  ağac  yapışqanı,  keçə  və  müşküdən  də  istifadə 

edirdilər. Qaltağın astar gönünün "quraq" adlanan calaqları bir qayda olaraq  köşə  ilə 

tikilirdi. 

Qaltağın ağac hissələri: "cınaq", "dal", "taxta" xüsusi ülgü əsasında yonulub 

hazırlanırdı.  Adətən,  qaltağın  yan  taxtaları  sağ  və  sol  olmaqla  cüt-cüt  hazırlanırdı. 

Möhkəm olmaq üçün qaltağın yan taxtaları çox vaxt cınaq (qaĢ) ilə birgə, bütöv Ģəkildə 

yonulub düzəldilirdi. Bütöv qaĢlı qaltaq daha yüksək qiymətləndirilirdi. 

Qaltağın hissələri bir-birinə ağac yapıĢqanı vasitəsilə yapıĢdırılırdı. Qaltaq bər-

kiyəndən sonra onun üzünə xam göndən, ən çox isə dəvə və at gönündən, bəzən isə 

öküz  gönündən  "üzlük"  çəkilirdi.  Üzlüyü  dəvə  gönündən  çəkilmiĢ  qaltaq  iki  dəfə  baha 

qiymətləndirilirdi [148]. 

Müsəlman  yəhərinin  təkaltısını,  qeyd  edildiyi  kimi,  xüsusi  olaraq  təkaltıduz 

hazırlayırdı. Yerli yəhərlərin təkaltısı keçə, tumac və ya meĢindən hazırlanırdı. Təzə 

keçə təkaltının alt qatına, nimdaĢ keçə isə üst qatlarına sərf olunurdu. 

Təkaltının üzlüyü tumac və yaxud meĢindən biçilib tikiləndən sonra kənarları 

mumlanmıĢ iplik və ya kəndirlə, bəzək bəxyələri isə möhkəm eĢilmiĢ rəngbərəng yun 

iplə tikilirdi. 

Təkaltıduzun istehsal ləvazimatı dəzgə, qullab bizi, gazan, qayçı, iynə və ülgü-



dən ibarət idi. 

Müsəlman  yəhərinin  təkaltısı  yeddi  qat  keçədən  ibarət  biçilib  hazırlanırdı. 

Xüsusi  ülgü  əsasında  biçilmiĢ  keçə  qatları  bir-birinin  üzərinə  düzüləndən  sonra  ətrafı 

boyunca "qullab tikiĢi" gedilirdi. Bundan sonra təkaltıya tumac və ya meĢindən üzlük 

çəkilir, kənarları "qoĢasırıq" tikiĢlə möhkəm tikilirdi. 

"Bazarı" yəhərdən fərqli olaraq "buyurtma" yəhərin təkaltısının üzlüyünə müx-

təlif rəngli iplərdən bəzək vurulurdu. Bir qayda olaraq, üzlüyün ətrafına əlvan rəngli iplə 

sırıq vurulub haĢiyələnir, onun ortasına isə həndəsi və nəbati (paxlava, buta, gül, quş 

və  s.)  ornament  nümunələrindən  ibarət  "gül"  salınırdı.  Üzlük  hazır  olandan  sonra 

onun kənarları təkaltının keçəsinə bəxyələnirdi. 

Qaltaqçı kimi, təkaltıduzun da əsas müĢtəriləri sərraclar, xüsusilə dəst yəhər ha-

zırlayan ustalar idi. Bəzən qaltaqçı bazar üçün də satlıq məhsul hazırlayırdı. Təkaltı ustası 

sifariĢlə iĢ gördüyündən ayrıca dükan kirayə etməyib, çox vaxt öz evində iĢləyirdi. 

Yəhər dəstənin hazırlanması ilə bilavasitə sərrac məĢğul olurdu (XXVIII tablo). 

Ona görə də minik yəhərinin əlavə ləvazimatını düzəltdirmək üçün müĢtərilər sərraca 

müraciət  etməli  olurdular.  Sərrac  müĢtəridən  qaltaq  və  təkaltını  qəbul  edəndən  sonra 

yəhər dəstini tamamlayırdı. "Buyurtma" iĢ görməklə yanaĢı, sərrac özü də qaltaqçı və 

təkaltıduzdan mal alıb satmaq məqsədi ilə dəst yəhər hazırlayırdı. 

Buyurtma yəhər möhkəm və təzə materialdan, həm də bəzəkli hazırlanırdı. 

Bəzən  onun  bəzək  bəxyələri  və  "gülü"  güləbətin  və  ya  rəngbərəng  ipək  sapla,  quraq 

tikiĢləri  isə  narın  çəkilmiĢ  köĢə  ilə  tikilirdi.  Buyurtma  yəhərin  qaltağı  gülmıxla, 

axtalanarkən onun ətrafı boyunca ətvidən haĢiyə tutulurdu. Belə yəhərlərin qaĢına çox 

vaxt çaxma üsulu ilə Ģirmayıdan bəzək salınırdı. 



 

 

423 



 


 

 

424 



Sərracların  hamısı  dəst  yəhər  düzəltməklə  məĢğul  olmurdu.  Hər  bir 

bölgədə bir və ya iki nəfər dəst yəhər düzəldən usta var idi. Onların əksəriyyəti, baĢlıca 

olaraq, tapqır, üzəngi qayıĢı, qantarğa, quĢqun, sinəbənd, tərlik (qıçaltı) və s. düzəldirdi. 

Sərraclıq  sənətində,  bir  qayda  olaraq,  aĢılanmıĢ  gön  və  dəri  iĢlənirdi. 

Sərraclar,  adətən, qara gön, tumac və müĢkünü dabbağlardan, ətvini sağrıcərddən satın 

alır,  ağ  gönü  isə  özləri  aĢılayırdılar.  Yəhərin  əlavə  ləvazimatı:  qadaq,  gülmıx,  toqqa, 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin