HƏSĠRÇĠLĠK
Azərbaycanda toxuculuq sənətinin ilk izləri çox qədim zamanlara gedib çıxır.
Bu sənətin ilk bəsit növünün meydana gəlməsinin zəruri Ģərti olan xammal ehtiyatının
bolluğu cəhətdən Azərbaycan ərazisi tarixən tükənməz imkanlara malik olmuĢdur.
Yabanı və mədəni lifli bitkilər: lığ, ziyəliğ, pizə, dala, kətan, kənaf, kəndir, pambıq və s.
əsrlər boyu yun və ipəklə yanaĢı toxuculuq sənətinin baĢlıca xammalı olmuĢdur.
Toxuculuğun ilk rüĢeymləri hörmə sahəsində yaranmıĢ bəsit texniki vərdiĢlərlə
üzvi surətdə bağlı olub, hələ Mezolit dövründə izlənilir. Qobustanda "Firuz" yaĢayıĢ
düĢərgələrindən son Mezolit dövrünə aid, hörmə iĢində istifadə edilən 8 ədəd iti uclu
sümük alət tapılmıĢdır [149].
Hörmə iĢinin təkmilləĢməsi nəticəsində yaranan texniki vərdiĢlər Neolit döv-
ründən etibarən bəsit toxuma istehsalına keçməyə imkan vermiĢdir.
Toxuculuğun, xüsusilə onun baĢlanğıc mərhələsini təĢkil edən əyirmə məĢğu-
liyyətinin mənĢəyinin araĢdırılmasında daĢ, gil, ağac və sümükdən hazırlanmıĢ iy
baĢları (tağalaq, teĢi, əyircək) müstəsna əhəmiyyət kəsb edir. Eneolit abidələrinin,
demək olar ki, hamısından müxtəlif tipli əyircəklər tapılmıĢdır [150]. Zaman keçdikcə
onların müxtəlif növləri yaranmıĢdır. Əyircəklərin forma müxtəlifliyi xüsusilə Tunc və
Dəmir dövrü abidələrində daha aydın nəzərə çarpır.
Toxuculuğun ən məhsuldar, həm də kütləvi əmək aləti olan əl iyi hətta cəhrə-
nin meydana gəlməsindən sonra da məiĢətdən çıxmamıĢdır. Azərbaycanın orta əsrlər
abidələrində müxtəlif materiallardan hazırlanmıĢ əyircəklərə təsadüf edilir [151].
Ġstifadə təmayülündən asılı olaraq onlar forma, həcm və kütlə etibarilə bir-birindən
fərqlənirlər. Ağır kütlə əyircəklər əsasən kətan, yüngül əyircəklər isə yun və ipək
əyirmək məqsədilə iĢlənmiĢdir.
Azərbaycanda toxuculuğun tarixini müəyyənləĢdirmək üçün toxuma keramika
qalıqlarının əhəmiyyəti xüsusilə böyükdür [152]. Eneolit dövrü abidələrdən xeyli
miqdarda "toxuma keramika" adlanan saxsı qab nümunələri aĢkar edilmiĢdir [153]. Gil
məmulatının hazırlanmasında parça torbalarından istifadə olunması faktı bir daha
göstərir ki, toxuma keramikanın yarandığı dövrdə toxuculuq artıq yerli əhalinin ev
məiĢətində möhkəm yer tutmuĢdur. F.Engels ibtidai dulusçuluğun mənĢəyindən bəhs
427
edərkən yazır ki: "Hər yerdə bu sənət, toxuma və ya ağac qabları oda davamlı etmək
üçün onların üzərinə gil yaxmaqdan baĢlanmıĢdır" [154]-.
Əyriçilik və hörmə peĢəsinin inkişafı parça istehsalını, baĢqa sözlə, dəzgah toxu-
culuğunu labüd etmiĢdi. Mingəçevir qazıntılarından Tunc dövrünə aid parça qalıqları
tapılmıĢdır [155]. Parça istehsalında görkəmli yer tutan toxucu dəzgahının yaranmasını
F.Engels insan cəmiyyətinin həyatında metal emalının roluna bərabər tarixi
nailiyyətlərdən hesab edir [156]. Toxuculuq dəzgahı hörmə əməliyyatından toxuma
texnikasına keçid mərhələsində qədim dövrə xas olan texniki vasitələr içərisində ən
mürəkkəb əmək aləti idi.
Mingəçevirdə ilk orta əsrlərə aid katakomba qəbrində və habelə yaĢayıĢ yerində
toxucu dəzgahının hissələri aĢkar edilmiĢdir [157].
Üfüqi dəzgahların ayaqla iĢlədilən mütəhərrik növü eramızın I—III əsrlərində
meydana gəlmiĢdir [158]. Onun ilk vətəni ərazi və mədəni-tarixi əlaqə cəhətdən
Azərbaycana yaxın olan Mesopotamiya, Suriya və Ġran hesab olunur [159]. Ġlk orta
əsrlərdə Azərbaycanın Ġranla siyasi-inzibati və mədəni-texniki əlaqələri nəzərə
alınarsa, nirə və Ģuna sisteminə malik mütəhərrik dəzgahların Azərbaycanda məhz bu
dövrdə yayılmasını ehtimal etmək olar. Bunu arxeoloji abidələrdən aĢkar edilmiĢ parça
qalıqlarının texnoloji təhlili də aydın göstərir. Parça toxuculuğu üçün səciyyəvi olan bu tip
dəzgahlarda arğac ipini əriĢ taylarının arasından keçirmək məqsədilə məkikdən istifadə
olunması əmək məhsuldarlığını xeyli dərəcədə artırmıĢdı.
Əyirmə və bəsit toxuma sahəsində əldə olunmuĢ əməli təcrübə və texniki vər-
diĢlər toxuculuğun sonrakı inkiĢafında, xüsusilə kətan, kənaf və digər lifli bitkilərdən
toxuma məqsədilə istifadə olunmasına əlveriĢli zəmin hazırlamıĢdır. Xüsusilə kətan və
yunun istehsal xassələrinin mənimsənilməsi parça toxuculuğunun geniĢlənməsinə
imkan vermiĢdir.
Parça toxuculuğunda tətbiq edilən lifli bitkilərin ən qədim növü kətan olmuĢdur.
Kətanın elastik lifləri onu hörmə və toxuma iĢinin yararlı materialına çevirmiĢdir.
Azərbaycan ərazisi yabanı kətanın qədim vətənlərindən olmuĢdur. Botaniki-
nəbati materialların tədqiqi əsasında Qədim Mingəçevir ətrafında yabanı kətan
yetiĢdiyi müəyyən olunmuĢdur [160].
Yabanı kətanın texniki keyfiyyətlərinin mənimsənilməsi, görünür, onun becəril-
məsini baĢqa sözlə, mədəni növünün yetiĢdirməsini də labüd etmiĢdir. Azərbaycanda
becərmə yolu ilə kətanın yetiĢdirilməsi tarixi dəqiq bəlli olmasa da, artıq Tunc dövründə
ondan toxuma məmulatı hazırlanırdı [161]. Azərbaycanda kətan toxuculuğu ilk orta
əsrlərdə [162] və məhdud miqyasda sonralar da davam etdirilmiĢdir.
Toxuculuğun ilk təĢəkkül mərhələsindən etibarən lifli bitkilərlə yanaĢı, yun
baĢlıca xammal növü olmuĢdur. Neolit dövründən etibarən əhalinin məiĢətində mal-
darlığın rolunun artması, xüsusilə qoyunçuluğun inkiĢafı yun istehsalının tərəqqisinə və
bu zəmin əsasında yun toxuculuğunun təĢəkkülünə səbəb olmuĢdur.
Yunun istehsal xassələrinin mənimsənilməsi ibtidai icma toxuculuğunun sonrakı
inkiĢafına güclü təkan vermiĢdir. Geyim ehtiyacları ilə əlaqədar olaraq, əhalinin
428
məiĢətində yun toxuculuğu kütləvi səciyyə daĢımağa baĢlamıĢdır. Azərbaycanın
Eneolit, Tunc və Dəmir dövrü abidələrindən aĢkar edilmiĢ əmək alətlərinin müəyyən
qismi məhz yun toxuculuğunun təĢəkkül tarixini əks etdirir. Parça istehsalında qoyun və
quzu yunu ilə yanaĢı, keçi qılı (qəzil) və dəvə yunundan da istifadə olunmuĢdur. Antik
müəlliflərdən Elian Kaspi torpaqlarında yumĢaqlığına görə Milet yunundan əsla geri
qalmayan çoxlu zərifyunlu dəvələr saxlandığını, həmin yundan kahin, varlı və adlı-sanlı
kaspilərin paltar geydiklərini xəbər verir [163].
Dostları ilə paylaş: |