A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə71/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   67   68   69   70   71   72   73   74   ...   102
 

 

 

 

 

 

SƏRRACLIQ 

 

Coğrafı Ģərait və əhalinin təsərrüfat məĢğuliyyəti ilə əlaqədar olaraq, əsrlər 



boyu  Azərbaycanda  baĢlıca  nəqliyyat  vasitəsi  kimi  minik  və  yük  heyvanlarından 

istifadə olunmuĢdur. Nəqliyyatın bu növü burada xüsusi minik ləvazimatının yaranmasını 

labüd etmiĢdir. Bu iĢdə qədim zamanlardan baĢlayaraq süvari qoĢun növünün meydana 

gəlməsinin  də  mühüm  rolu  olmuĢdur.  Sərrac  məmulatına  tələbatın  artması 

sənətkarların  bu  sahəsinin  müstəqil  inkiĢafına  əlveriĢli  zəmin  yaratmıĢdır.  Sərraclıq 

sənətinin geniĢ intiĢar etməsində yerli tələbatla yanaĢı, maldarlıq təsərrüfatının verdiyi 

zəngin  xammal  ehtiyatı  mühüm  rol  oynamıĢdır.  Bununla  belə,  minik  ləvazimatının 

meydana  gəlməsi  atın  əhliləĢdirilməsi  və  ondan  nəqliyyat  vasitəsi  kimi  istifadə 

olunması ilə üzvi surətdə bağlıdır. 



 

 

420 



Azərbaycanda atın əhliləĢdirilməsinin ilk əlamətləri hələ Eneolit dövründə izlə-

nilsə  [138]  də,  minik  ləvazimatı  istehsalına  nisbətən  gec  baĢlanmıĢdır.  Onun  sənət 

forması kəsb etməsi isə xeyli sonrakı dövrlərə təsadüf edir. 

Azərbaycanda sərraclıq sənətinin təĢəkkül tarixinin aydınlaĢdırılmasında arxeoloji 

materiallar  müstəsna  əhəmiyyətə  malikdir.  Bu  cəhətdən  ġahtaxtı  kəndi  yaxınlığında 

e.ə. II minilliyin sonralarına aid qəbirdən tapılmıĢ at skeleti üzərindəki tunc pilək [139] 

diqqəti  cəlb  edir.  Piləyin  qızıl  suyuna  çəkilməsi  onun  dekorativ  bəzək  məqsədi 

güddüyünü və qayıĢlı yüyənlə əlaqədar olduğunu göstərir. Bu fakt Azərbaycanda minik 

ləvazimatı istehsalının e.ə. II minilliyin sonralarından gec olmayaraq  inkiĢaf  etməyə 

baĢladığını göstərir. 

Minik ləvazimatı istehsalının meydana gəlmə tarixinin araĢdırılması məsələsində 

arxeoloji  abidələrdən  tapılan  tunc  gəmlər  müstəsna  əhəmiyyət  kəsb  edir.  Qədim 

Mingəçevir  [140],  Qəbələ  [141],  Kamiltəpə  [142]  və  s.  abidələrdən  e.ə.  I  minilliyin 

baĢlanğıcında  hazırlanmıĢ  müxtəlif  formalı  tunc  gəmlər  aĢkar  edilmiĢdir.  Qaytarğanlı 

gəmlərin tipoloji müxtəlifliyi onların mükəmməl quruluĢlu növlərinin mövcud olması faktı 

eyni  zamanda  onların  bəsit  formalarının  daha  qədim  tarixə  malik  olduğunu  göstərir. 

Artıq,  e.ə.  I  minilliyin  əvvəllərində  gəm  tiplərinin  texnoloji  baxımdan  tək-

milləĢdirilməsi onların təĢəkkül tarixinin çox erkən baĢlandığını xəbər verir. Ona görə 

də Azərbaycanda minik ləvazimatı istehsalının, baĢqa sözlə, sərraclıq sənətinin təĢəkkül 

tarixinin e.ə. II minillikdən baĢlandığı güman olunur. 

Minik ləvazimatının hazırlanması ilk vaxtlar ev peĢəsi səciyyəsi daĢımıĢdır. Lakin 

sonralar  qaltaqlı  yəhər  və  onun  əlavə  ləvazimatının  hazırlanması  xüsusi  istehsal 

səriĢtəsinə malik ixtisaslı  usta  əməyi tələb etdiyindən tədricən  yeni bir sənət növü  - 

sərraclıq formalaĢmağa baĢlamıĢdır. 

Təsərrüfat və məiĢətdə atın rolunun artması, xüsusilə süvari qoĢununun yaran-

ması ilə əlaqədar olaraq antik  dövrdə və ilk orta əsrlərdə sərraclıq məmulatına tələbat 

daha də güclənmiĢdir. Bunun nəticəsində sərcaclıq sənəti daxilində dar ixtisaslaĢma baĢ 

vermiĢdir.  Əvvəlcə  qaltaqçılar,  sonra  isə  təkaltı  ustaları  müstəqil  iĢləməyə 

baĢlamıĢlar. 

Ġsmayıllı rayonunun Mollaisaqlı kəndi yaxınlığındakı antik dövr abidəsindən 

tapılmıĢ  at  fiquru  Azərbaycanda  qaltaqlı  yəhər  növünün  meydana  gəlmə  tarixini 

aydınlaĢdırmağa  imkan  verir  [143].  Azərbaycanda  qaltaqlı  yəhərlərin  yerli  və  gəlmə 

olmaqla müxtəlif növlərinə təsadüf edilir. "Müsəlman yəhəri" adı ilə məlum olan ağır 

qaltaqlı yəhər tipi böyük bir təkamül yolu keçmiĢdir. Onun inkiĢafında ərəb və monqol 

yürüĢləri  dövrünə  xas  olan  mədəni-texniki  təmas  mühüm  rol  oynamıĢdır.  Bununla 

yanaĢı,  Azərbaycanın  bir  sıra  etnoqrafik  bölgələrində  "çərkəzi"  yəhər  tipi  də  geniĢ 

yayılmıĢdı. Qafqaz xalqları arasında tarixən mövcud olmuĢ qarĢılıqlı  təmas  və əlaqələr 

nəticəsində  Azərbaycana  yayılmıĢ  "çərkəzi"  yəhər  tipinin  əsas  müĢtəriləri  sırasında 

varlı zümrələr xüsusi yer tuturdu. 

XIX əsrin birinci yarısından etibarən Azərbaycanda kazak yəhəri, XIX əsrin sonu 

və  XX  əsrin  əvvəllərində,  xüsusilə  Birinci  dünya  müharibəsi  illərində  isə  "ingilis" 




 

 

421 



yəhəri  yayılmağa  baĢlamıĢdı.  Sərrac  dükanlarında  tələbatdan  asılı  olaraq,  göstəri- 

lən yəhər tiplərinin hamısı istehsal olunurdu. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin