A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə79/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   75   76   77   78   79   80   81   82   ...   102
basacaq ağacının altından keçirilməklə tavandan asılmıĢ midbər və ya ağac hərləmənin 

üstündən  aĢırılandan  sonra  yenidən  aĢağı  endirilərək  toxucunun  sağ  səmtində  yerə 

çalınmıĢ mıxçaya bağlanırdı. 

ġalbaf nəvərdin arxa tərəfindəki çalanın kənarına qoyulmuĢ döĢəkcə üzərində 

oturub, təpkən taylarını ayaqla növbə ilə basıb-buraxmaqla nirələri hərəkət etdirirdi. 

Külkə-bağaralardan  asılmıĢ  nirələr  təpkən  vasitəsilə  endirilib  qaldırıldıqca  əriĢ 

taylarının  alt-üst  mövqeyi  dəyiĢərək  "ağız"  açırdı.  Hər  dəfə  əriĢ  çarpazları  açılıb-

yumulduqca məkik vasitəsilə onun arasına salınmıĢ köndələn arğac ipi dəftinin ehmal 

zərbəsi  ilə  vurulub  qabağa,  əvvəlki  arğacın  yanına  aparılırdı.  Bu  qayda  ilə  Ģal 

toxunduqca onun hazır  hissəsi  nəvərdə dolanır və əriĢin xam  hissəsi toxucunun  önünə 

çəkilirdi.  Təpmə  Ģal  "yalınqat",  "əmələ"  və  "ikiqat"  olmaqla  üç  çeĢiddə  toxunurdu. 

Yalınqat Ģalın əriĢ  və arğacı birqat ipdən, əmələ  Ģalın əriĢi ikiqat, arğacı birqat ipdən, 

ikiqat  Ģalın  isə  həm  əriĢi,  həm  də  arğacı  iki  tay  ipdən  bükdərilirdi.  Təpmə  Ģalın 

çeĢidlərinin hər biri keyfiyyət etibarilə digərindən fərqlənirdi. Ona görə də təpmə Ģal 

çeĢidləri məiĢətdə müxtəlif məqsədlərlə iĢlənirdi. Ġkiqat Ģal sıx və möhkəm olmaqla ən 

çox çuxa və xirqə tikmək üçün sərf olunurdu. Əmələ Ģal, adətən, Ģalvar, yalınqat Ģal 

isə arxalıq üçün iĢlənirdi. 

ġal toxunub qurtarandan sonra qaynar suda tapdama yolu ilə "biĢirilirdi". Bu pro-

ses ġirvanda "basma", Azərbaycanın digər etnoqrafik bölgələrində "təpmə" adlanırdı. 

Bu səbəbdən də ona çox vaxt "basma", yaxud, "təpmə Ģal" deyilirdi. 

KeçmiĢdə Göyçay qəzası kəndlərində Ģal, adətən, qoyun güzəmindən, ġamaxı 

kəndlərində isə quzu güzəmindən hazırlanırdı. Ona görə də ġamaxı Ģalı Göyçay Ģalına 

nisbətən xeyli yüksək qiymətləndirilirdi [174]. 

ġirvanın Kürboyu kəndlərində Ģal, adətən, keci sap qatıĢığı ilə toxunurdu. ġalın 

bu növünün istehsal mərkəzləri arasında Əlvənd kəndi məĢhur idi. Ona görə də o, çox 

vaxt "Əlvənd Ģalı" adlanırdı. 

ġalın  zərif  novü  dəvəyunundan  toxunurdu.  Dəvəyunu  Ģalının  istehsal 

mərkəzləri  dəvəçiliyin  yayıldığı  ərazilərə  təsadüf  edir.  Bu  sahədə  Qobustan  və 

AbĢeron kəndləri xüsusilə fərqlənirdi. Dəvə yunu Ģalı, əsasən başa örtmək, qismən 

isə qurşaq üçün öz təbii rəngində toxunurdu. 

KeçmiĢ  məiĢətdə  yundan  toxunan  cecim  mühüm  yer  tuturdu.  Toxuma 

texnikasına  görə  o,  Ģal  ilə  tipoloji  oxĢarlıq  təĢkil  edirdi.  ġaldan  fərqli  olaraq, 

cecimin  əriĢi  rəngbərəng  ipdən  enli  və  ensiz  zolaqlar  Ģəklində  düzülürdü.  Ala-

bəzək  əriĢ  düzümü  sayəsində  cecimin  üzərində  rəngli  zolaqlar  əmələ  gəlirdi. 

Cecimi, yer hanasında qadınlar toxuyurdular. 

Ənənəvi yun parça məmulatının ən yüksək növü olmaq etibarilə tirmə şal 

və mahud istehsalı müəyyən qədər ixtisaslı usta əməyi tələb edirdi. ġəhər karxana-

larında toxunduğu üçün mahud bəzən "karxana Ģalı" da adlanırdı. Daha təkmil dəz-




 

 

438 



gahlarda toxunan karxana Ģalına daxili və xarici bazarlarda tələbatın artması nəticə-

sində hələ orta əsrlərdən baĢlayaraq mahud istehsalı üzrə dar ixtisaslaĢma getmiĢdi. 

KeçmiĢdə  mahudçuluq,  əsasən,  Ģəhərlərdə  cəmləĢmiĢdi.  Orta  əsrlərdə 

Azərbaycanın  mahud  istehsalı  mərkəzləri  arasında  Təbriz,  Ərdəbil  və  ġamaxı 

Ģəhərləri görkəmli yer tuturdu. Ərdəbil Ģəhərinin Azərbaycanda mahud istehsalının 

mühüm  mərkəzlərindən  birinə  çevrilməsinin  baĢlıca  səbəbi  burada  sufiliyin 

möhkəm  kök  salması  ilə  izah  edilir.  Məlum  olduğu  kimi,  sufilərin  səciyyəvi  üst 

libası sayılan xirqə mahud və ya Ģaldan tikilirdi [175]. 

Avropa  ölkələrindən  ixrac  edilən  yüksək  keyfiyyətli  fabrik  mahudu 

Azərbaycanda  Ģalbaflıq  məmulatının,  o  cümlədən  mahudçuluğun  inkiĢafına  ciddi 

əngəl  törətmiĢdir.  Bununla  belə,  XIX  əsrin  ortalarında  ġamaxı  Ģəhərində  hələ  də 

20-yə qədər mahud karxanası iĢləməkdə idi [176]. 

Mahud  dəzgahı  "paçal"  adlanan  dayaz  çala  üzərində  üfüqi  vəziyyətdə 

qurulmuĢ  bir  cüt  dəzgah  qolundan,  onların  qabaq  baĢını  birləĢdirən  köndələn 

oxdan, külkə-bağara  vasitəsilə  tavandan asılmıĢ  nirə  və  dəftindən, nəvərd, təpkən 

qurğusu  və  məkikdən  ibarət  idi.  Dəzgahın  3  arĢın  uzununda  olan  qolları  təpkən 

çalasının hər iki kənarı boyunca döĢəmə üzərinə uzadılırdı. ƏriĢ düzümünün baĢını 

çəkən nəvərd xüsusi tutqaclar vasitəsilə dəzgah qollarının arxa ucunda dayanırdı. 

Dəftinin  alt  və  üst  çənəsinin  arasına  salınmıĢ  Ģananın  dəndələri  qarğı  və 

ya  ağacdan  hazırlanırdı.  Dəftinin  irəli-geri  hərəkəti  xüsusi  millər  vasitəsilə 

tənzimlənirdi.  Bunun  üçün  qolların  üzəri  ilə  paralel  istiqamətdə  irəli-geri  hərəkət 

edən millərin bir baĢı dəftinin uclarına bərkidilmiĢ qarmaqlara keçirilir, digər baĢı 

isə qolüstü dayağa bərkidilirdi [177]. 

Bir  qayda  olaraq,  nirə  və  dəftin  çala  üzərində,  təpkən  qolları  və  onları 

sabit saxlayan mıxçalar isə çalanın içində quraĢdırılırdı. Külkə-bağaralardan gələn 

asma ipi vasitəsilə bir-birinə bənd edilmiĢ qoĢa nirələrin hər tayı müvafiq surətdə 

təpkənin  sağ  və  sol  qoluna  bağlanırdı.  Bunun  nəticəsində  təpkənin  sağ  tayını 

ayaqla  basarkən qabaq nirə aĢağı enir və ona bağlanmıĢ asma ipi bağaranın köməyi ilə 

dal nirəni dartıb yuxarı qaldırırdı. Təpkənin sağ tayını buraxıb sol tayını basdıqda isə dal 

nirə aĢağı enməklə qabaq nirəni yuxarı qaldırırdı. Nirələrin bu cür aĢağı-yuxarı istiqamətdə 

hərəkəti  sayəsində  onların  linkələrindən  keçirilmiĢ  ərĢi  tayları  müntəzəm  surətdə 

qalxıb-enməklə  çarpazlanır  və  məkiyin  keçməsi  üçün  "ağız"  adlanan  boĢluq  əmələ 

gətirirdi. 

Məkik  xarrat  çarxında  qoz  ağacından  yonulub  düzəldilirdi.  ƏriĢ  çarpazlarının 

arasından  maneəsiz  Ģütüyüb  keçmək  üçün  onun  ucları  sivri,  ortası  isə  xaĢal  formada 

yonulurdu.  Məkiyin  ortasında  açılmıĢ  lülə  yarığının  dibindəki  oyuğa  nazik  mil 

keçirilirdi.  Arğac  sarınmıĢ  lülə  həmin  mil  vasitəsilə  məkiyin  yanğına  yerləĢdirilirdi. 

Arğac ipinin ucu deĢiyindən məkiyin "muncuq" adlanan deĢiyindən sorulub çıxarılandan 

sonra  lülə  öz  yerinə  yatızdırılırdı.  Məkik  əriĢ  taylarının  arası  ilə  o  tərəf,  bu  tərəfə 

atıldıqca  arğac  ipi  sərbəst  fırlanan  lülədən  çözələnərək  əriĢ  çarpazlarının  arasına 

düĢürdü. Sağdan sola ötürülən ilk arğac keçirməsini dəftin vasitəsilə qabağa vurandan 




 

 

439 



sonra  dəftin  yenidən  geri  verilirdi.  Növbəti  dəfə  arğac  özündən  əvvəlkinin  əks 

istiqamətində,  soldan-sağa  doğru  əriĢ  çarpazlarının  arasına  salmandan  sonra  yenə də 

dəftin  vasitəsilə  vurulub  irəli  gətirilirdi.  Toxuma  prosesi  bu  qayda  üzrə  davam 

etdirilirdi. 

Mahud dəzgahında əsrlər boyu məkik əl ilə atılmıĢdır. Usta məkiyi sağ əli ilə 

çarpazın  "ağzı‖na  atıb  sol  əli  ilə  tutur  və  dərhal  sağ  əli  ilə  dəftindən  yapıĢıb  onu 

əvvəlcə  qabağa,  sonra  dala  itələyirdi.  Dəftin  geri  verilərkən  o,  sol  əli  ilə  məkiyi  əriĢ 

taylarının  növbəti çarpazının arası dübarə sağ tərəfə  atıb  yenidən dəftindən  yapıĢır  və 

onun köməyi ilə arğac keçirməsini qabağa vururdu. Həm də bu halda kargərin sağ əli 

ilə  təpkən  üzərindəki  sol  ayağının,  sol  əli  ilə  sağ  ayağının  hərəkəti  uzlaĢdırılaraq 

ahəngdar mexaniki iĢ rejimi yaradırdı. Çeviklik və cəldlik tələb edən bu sayaq texnoloji 

iĢ  prosesi  müəyyən  qədər  əməli  səriĢtə  və  peĢə  vərdiĢinin  meydana  gəlməsini 

Ģərtləndirirdi. Ġxtisaslı usta əməyi tələb edən mütəhərrik dəzgahlarda məkiyin köməyi 

ilə  toxuma  prosesinin  sürətlənməsi  labüd  surətdə  əmək  məhsuldarlığının 

yüksəlməsinə səbəb olmuĢdur. 

 

 



 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin