A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə80/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   76   77   78   79   80   81   82   83   ...   102
 

 

 

 

KEÇƏÇĠLĠK 

 

Hörmə və toxuma peĢələrindən fərqli olaraq, basma sənəti kimi ixtisaslaĢmıĢ 



bu  sahə  üzrə  peĢəkar  ustalar  məĢğul  olurdular.  Keçə  hazırlamaqla  məĢğul  olan  belə 

ustalar "həllac" və ya "atıcı" adlanırdılar. Onlar yun qırxımı zamanı öz alətləri (yay, 

toppuz, təliĢ,  və  s.) ilə el-obanı gəzib sifariĢlə evlərdə  iĢ  görürdülər. Bununla  yanaĢı, 

Ģəhərlərdə  xüsusi  həllacxanalar  da  vardı.  Onlar  güzəm  yunundan  keçə  qəlibləri  və 

nəməd basırdılar. 

Keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkiĢaf etmiĢdir. Nisbətən 

asan üsulla düzəldilən keçənin Azərbaycanda ilk dəfə nə vaxt istifadə edilməsi haqqında 

demək olar ki, dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı 

ən  qədim  dövrə  aid  keçə  parçaları  və  onun  hazırlanmasında  iĢlədilən  alətlər  hələlik 

tapılmamıĢdır.  Lakin  ehtimal  etmək  olar  ki,  keçənin  hazırlanması  heyvanların 

əhliləĢdirilməsi qədər və bəlkə də ondan da qədimdir [178]. Ola bilsin ki, insanlar yunlu 

dərini geyindikləri kimi, altlarına salıb üstündə yatmıĢlar və yolunmuĢ yunlar  müəyyən 

müddətdən sonra "biĢib" bir-birinə yapıĢmıĢ və nəticədə ilkin sadə keçə yaranmıĢdır. 

Lakin bunun ilk dəfə nə vaxt və kimlər tərəfindən ixtira edildiyini söyləmək çətindir. 

Ancaq keçənin ilk dəfə yalnız belə "üsulla" hazırlanması ağlabatandır. Bəlkə də insanlar 



 

 

440 



yolunmuĢ  yunu  dərinin  arasına  qoyub  bağlamıĢ  və  bir  müddət  döyəcləməklə  keçəni 

hazırlarmĢlar  [179].  Azərbaycanda  maldarlığın,  xüsusən  də  qoyunçuluğun  inkiĢafı 

keçəçilik sənətinin təĢəkkül tapmasına zəmin yaratmıĢdır. Burada köçmə maldarlıq hələ 

Ġlk  Tunc  dövründən  məlumdur.  Təsərrüfatın  bu  növü  isə  keçə,  palaz  və  digər 

məmulatların olmasını tələb edirdi. 

Ġ.M.Dyakonov e.ə. III minillikdə Midiyada yaĢayan əhalinin baĢlarına uzun 

keçə papaq - "tiarı" qoyduqlarını qeyd edir [180]. Ola bilsin ki, həmin dövrdə keçədən 

digər geyim dəstləri də hazırlanmıĢdır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar 

zamanı  e.ə.  IV-III  əsrlərə  aid  bir  neçə  tunc  möhür  tapılmıĢdır.  Həmin  möhürlərin 

üzərində  olan  insan  rəsmlərindəki  geyim  nisbətən  gödək  keçə  yapıncını  xatırladır. 

Xüsusilə  əlində  çomaq,  baĢında  ĢiĢ  papaq  və  gödək  yapıncısı  olan  təsvir  daha 

xarakterikdir [181]. 

E.ə. V əsrdə yaĢamıĢ yunan tarixçisi Herodot sakların baĢda düz dayanan və 

keçədən  tikilmiĢ  ucu  ĢiĢ  papaq  qoyduqlarını  qeyd  etmiĢdir.  Ucu  ĢiĢ  keçə  papağı 

azərbaycanlılar börk adlandırırdı [182]. 

Arxeoloji  qazıntılar  zamanı  Altay  dağlarının  ətəklərində,  Pazırık  kurqanında 

tapılmıĢ,  e.ə.  IV-III  əsrlərə  -  Hun  imperiyası  dövrünə  aid  edilən  keçə  yəhər  örtüyü 

(218x68  sm  ölçüdə)  [183]  bu  sənətin  qədimliyini  və  türk  dünyasına  məxsusluğunu 

sübuta  yetirir.  Qazıntılar  zamanı  Hun  kurqanlarından  tapılmıĢ  keçədən  hazırlanan 

uzunboğaz  çəkmə  və  corablar,  geyim  nümunələri,  əba,  yelək  (jilet),  heyvan  fiqurları 

ondan məiĢətdə geniĢ istifadə olunduğunu göstərir. 

Keçədən məiĢətdə istifadə olunması haqqında "Kitabi-Dədə Qorqud" dasta-

nında  da  məlumat  vardır.  Dastanda  deyilir:  "Kimin  ki,  oğlu-qızı  yox,  qara  otağa 

qondurın, qara keçə altına döĢəyin, qara qoyun yəxnisindən önünə gətirin" [184]. 

XIX-XX əsrin əvvəllərində  yayda  sərinlik  yaradan, qıĢda  soyuqdan qoruyan 

keçədən  alaçıq  və  dəyələrin  üstünün  və  yanlarının  örtülməsində,  yaĢayıĢ  evlərinin 

döĢənməsi  və  bəzədilməsində,  namazlıq,  qapılıq,  yapıncı,  papaq,  dolaq,  uzunboğaz 

çəkmə, corab, əba, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük 

keçəsi hazırlanmasında və s. məiĢət ehtiyacları üçün geniĢ istifadə edilmiĢdir. 

Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olmuĢdur. 

Bunların içərisində isə ən qiymətlisi ağ rəngli  yundan hazırlanmıĢ  keçələr sayılırdı. 

Bununla  yanaĢı,  qırmızı,  yaĢıl,  mavi,  narıncı  rənglərə  boyanmıĢ  bəzəkli  keçələr 

(nəmənd) də hazırlanmıĢdır. 

Nəmənd, heybə, yəhərüstü, tərlik və baĢqa keçələrin bəzəkləri əsasən zoomorf 

(dağ  keçisi,  ceyran,  aslan,  heyvanların  döyüĢ  səhnələri),  həndəsi  (romb,  düzbucaq, 

üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəĢ, ulduz) ornamentlərindən, 

həmçinin  "zəncir",  "qoç  buynuzu",  "qaz  ayağı",  "ürək"  və  s.  naxıĢlardan  ibarət 

olmuĢdur. Kənarları isə xalçalarda olduğu kimi yelənlə əhatə olunurdu. 

Keçədən qədim zamanlardan alaçıqların üstünün örtülməsində istifadə edilməsi 

bir  sıra  mənbələrdə  öz  əksini  tapmıĢdır.  Mahmud  KaĢğarinin  "Divanü-lüğat-it-türk" 

əsərində çadır və köç örtüklərinin keçədən hazırlandığı, örtüklərin sırmaraq yanı sıx tikiĢlə  



 

 

441 



tikilməsi və güvədən qorunması üçün çırpılması haqqında məlumat verilir [185]. 

Hələ XVII əsrdə yaĢamıĢ Azərbaycan Ģairi Məsihinin "Vərqa və GülĢa" poema-

sında da çadırları bəzəmək üçün boyanmıĢ keçədən istifadə edildiyi göstərilir [186]. 

Keçənin müxtəlif növləri olmuĢdur. Onlardan qara keçə və qəlibdən dəyə və 

alaçıqlann  üstünün  örtülməsində,  döĢənməsində,  nəmənddən  divarların  bəzədil-

məsində istifadə edilmiĢdir. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin