Yer hanasında, qadınlar tərəfindən toxunan yer şalı, əsasən, ailənin daxili
ehtiyacına xidmət etməklə, əsrlər boyu ev peĢəsi səciyyəsi daĢımıĢdır. Ev toxuculu-
ğunun bu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaĢdırılıb
bərkidilirdi. Ona görə də Ģalın bu növü xalq arasında "qılıncı Ģal" adı ilə də tanınırdı.
Yer hanası bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda,
sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiĢ əriĢ taylarını üfüqi
vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu,
çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı.
Toxuma prosesi əriĢin uzadılıb gücülənməsindən baĢlanırdı. Bunun üçün yumaq-
dan açılan əriĢ ipi bir-birindən xeyli aralıda yerə dövrələmə basdırılmıĢ 4-5 ədəd
435
payanın ətrafına qoĢa halda dolanırdı. Payalardan birinin önünə gücü ağacı bağlanırdı.
Hər dəfə qoĢa əriĢin bir tayı gücü ilgəyindən keçirilir, digər tayı ilgəkdən yan
ötürülürdü. ġalın eninə kifayət edəcək miqdarda əriĢ əmələ gətirmə düzümü
gücüləndikdən sonra orta payalar çıxarılıb kənar edilir, dolağac rolunu oynayan baĢ və
ayaq payaları saxlanılırdı. Həmin payaların köməyi ilə əriĢ yerə çalınmıĢ 2 cüt mıxçanın
arasına üfüqi vəziyyətdə uzadılandan sonra gücü ağacının üzərində çatma qurulurdu.
Gücü ağacı asma ipi ilə çatmadan asıldıqda əriĢ tayları, alt və üst olmaqla, iki qismə
bölünürdü. Taylar qarıĢmasın deyə, onların arasına xüsusi çarpaz çubuğu salınırdı,
Xırda kələfcə halına salınmıĢ arğac ipi əriĢ taylarının arasından əl ilə keçiri-
lirdi. Ġlk arğac ipi qılınc vasitəsilə qabağa çəkildikdən sonra çarpaz çubuğu gücü ağacına
doğru dala itələnirdi. Bunun sayəsində əriĢ taylarının alt-üst vəziyyəti dəyiĢdirilir və
arğac ipi yenidən onların arası ilə geri qaytarılırdı. Hər dəfə arğac ipi əriĢ taylarının
çarpazına düĢdükcə qılınc vasitəsilə qabağa vurulub, bir-birinə yaxınlaĢdırılmaqla
sıxlaĢdırılırdı.
Yer hanasının bəsit quruluĢu onu kütləvi toxuculuq alətinə çevirmiĢdi. Xüsusilə
qıĢlaq və yaylaqlar arasındakı səyyar elat məiĢəti üçün yer hanası ən münasib dəzgah
növü idi. Qılınc istisna olmaqla dəzgahın yerdə qalan hissələrini çox asanlıqla adi ağac
budağı ilə, hətta hana mıxçalarını sabit dayanan hər hansı bir əĢya (araba təkəri, alaçıq
çubuğu, bitili ağac və s.) ilə əvəz etmək olurdu.
"Qılıncı Ģal" istehsalında əmək bölgüsü hələ zəif inkiĢaf etdiyindən iĢ proses-
lərinin, demək olar ki, hamısını (yunun yuyulması, darama, əyirmə, bükdürmə,
boyama, toxuma) bilavasitə toxucu qadınlar özləri icra edirdilər.
ġal istehsalının digər forması "Ģalbaf‖ adlanan və bu sənətlə müntəzəm
436
surətdə məĢğul olan peĢəkar toxucularla bağlı idi. ġirvanın bir sıra dağ kəndlərində
(Ximran-Zəngi, Həftasiyab, Daxar-Mulux, Zarat-Xeybəri, AĢağı Zarat, Məlhəm və s.)
çöl təsərrüfat iĢlərindən asudə payız və qıĢ aylarında hər bir ailədə "bazarı Ģal" to-
xunurdu [172].
Dəftin vasitəsilə mütəhərrik Ģal dəzgahında toxunan bazarı Ģal istehsalı ilə, bir
qayda olaraq, kiĢilər məĢğul olurdu. ġal toxuculuğunun bu formasında müəyyən qədər
əmək bölgüsü getdiyindən bilavasitə toxuma əməliyyatına qədərki iĢ proseslərində
ailənin qadın üzvləri yaxından iĢtirak edirdilər. ġalbaf özü xammalın tədarükü, yunun yay
vasitəsilə atılması və bilavasitə toxuma prosesi ilə məĢğul olurdu.
Sahibkarlara məxsus olan mahud karxanalarından fərqli olaraq, evdə çalıĢan
peĢəkar Ģalbaflar yaĢayıĢ və ya təsərrüfat binasının bir hissəsini bu məqsəd üçün
ayırırdılar. Mütəhərrik Ģal dəzgahının yığcam quruluĢu [173] onu evin bir küncündə
yerləĢdirməyə imkan verirdi.
Dəzgahın iĢlək hissələri (nirə, dəftin, külkə-bağara) təpkən üçün qazılmıĢ xüsusi
çala üzərində quraĢdırılırdı. Təpkən qollarının arxa baĢı çalanın döĢəməsinə basdırılmıĢ
daban kötüklərinin oxuna keçirilir, ortadan isə ciyə vasitəsilə nirələrə birləĢdirilirdi.
Təpkən taylarının sərbəst ucundan ayaqla basıb buraxdıqca dal və qabaq nirələr enib-
qalxır və beləliklə də əriĢ taylarının çarpaz vəziyyətdə "ağız" açması təmin olunurdu.
Təpkən çalasının qabaq tərəfində quraĢdırılmıĢ nəvərd bir cüt basdırma və "pəlkeĢ"
adlanan ağac iĢgilin köməyi ilə fırladıhb idarə olunurdu. Parçanın toxunmuĢ hissəsini
dolayıb yığmaq üçün pəlkeĢ deĢikləri vasitəsilə nəvərd tələb olunan qədər fırladılır,
yaxud toxuma prosesi zamanı sabit saxlanılırdı.
437
ƏriĢ tayları müəyyən qayda üzrə nirə və Ģanadan keçiriləndən sonra dəzgaha
salınırdı. Bunun üçün əvvəlcə nirə və Ģana külkə-bağaralardan asılır, sonra əriĢin iĢlək
baĢı kan çubuğu vasitəsilə nəvərdə birləĢdirilirdi. ƏriĢ tellərinin digər sərbəst ucu
Dostları ilə paylaş: |