A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə61/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   57   58   59   60   61   62   63   64   ...   102
Dabbağlıq. Azərbaycanda dəriçilik bəsit xalq üsullarından baĢlayaraq peĢəkar 

dabbağlığa qədər müxtəlif inkiĢaf mərhələləri keçmiĢdir. 

Bəsit xalq üsulu ilə aĢılama texnikası maldarlar arasında daha geniĢ yayılmıĢdı. 

Eymə,  tejən,  tuluq,  dağar,  cılğı,  motal  və  s.  qabları  habelə  çarıq,  papaq,  kürk  kimi 

geyim  vasitələri  hazırlamaq  üçün  əvvəlcə  dəri  bəsit  üsulla  qismən  aĢılanırdı.  Sadə 

texnologiyaya  əsaslanan  bu  əməliyyat  kəpək  və  ya  arpa  unundan  hazırlanmıĢ  "yal" 

vasitəsilə  tüklərin  dibini  boĢaldıb  tökməkdən,  duz,  yaxud  zəy  vasitəsilə  yumĢalt-

maqdan və bitki mənĢəli boyaqlarla onu boyamaqdan ibarət olmuĢdur. 

Bundan fərqli olaraq, peĢəkar dabbağlıq sənəti mürəkkəb texnoloji proseslərlə 

bağlı olduğundan ixtisaslı usta əməyi tələb edirdi. Aş, yaxı və rəngabların hazırlanması 

və  tətbiqi  üsulları  müəyyən  dərəcədə  kimyəvi-mexaniki  emal  proseslərinin 

mənimsənilməsi ilə üzvi surətdə bağlı idi. 

Azərbaycanın ənənəvi dabbağ məmulatı gön, sağrı, ətvi, tumac, müşkü (kosala), 

kosala  və  xəz-dəridən  ibarət  olmuĢdur.  Bunların  hazırlanması  ilə  dabbağ,  sağrıcərd, 

kürkçü və papaqçılar məĢğul olurdular. 

Dabbağlıq sənətində ev heyvanlarının gön və dərisi əsas yer tutmuĢdur. Dab-

bağxanalar gön və dərini, adətən, Ģəhər qəssabxanalarından, yaxud fərdi maldarlardan 

satın  alırdılar.  Sərmayəsi  böyük  olan  iri  dabbağxana  sahibləri  çox  vaxt  Bakı,  Tiflis, 

habelə Ġran, Türkiyə, Rusiya və Orta Asiya Ģəhərlərindən xammal alırdılar. 

XIX əsrdə Azərbaycanda gön-dəri məmulatı istehsalı kustar sənət və xırda əmtəə 

istehsalı  səciyyəsi  daĢımıĢdır  [109].  BaĢlıca  olaraq  inzibati  mərkəz  rolunu  oynayan 

əyalət Ģəhərlərində cəmləĢmiĢ [110] iri dabbağxanalarla yanaĢı, qəsəbə tipli ticarət və 

sənət  mərkəzlərində  xırda  kustar  dabbağxanalar  da  fəaliyyət  göstərirdi.  Bu  tip 

müəssisələr, az da olsa, kənd yerlərinə də yayılmıĢdı [111]. 

XIX  əsrdə  Azərbaycanda  gön-dəri  məmulatı  istehsalının  baĢlıca  mərkəzləri 

arasında ənənəvi  maldarlıq rayonları olan  ġamaxı,  ġəki, Cavad, ƏrəĢ, ġuĢa  və Gəncə 

qəzaları görkəmli yer tuturdu. Həmin qəzalar təkcə Azərbaycanda deyil, ümumiy-

yətlə  Cənubi  Qafqazda  gön-dəri  məmulatı  istehsalının  qabaqcıl  mərkəzi  sayılırdı. 

XIX  əsrin  30-40-cı  illərində  ġamaxıda  64  nəfər,  Nuxada  178  nəfər  dabbağ  iĢlə-

yirdi [113]. 1888-ci ildə Yelizavetpol quberniyasında 99, Bakı quberniyasında isə 

157 dabbağxana var idi [114]. 

AĢılama  əməliyyatında  iĢ  proseslərinin  çoxu  su  ilə  bağlı  olduğundan, 

dabbağxanalar,  adətən,  iri  su  hövzələrinin,  ən  çox  isə  axar  suların  yaxınlığında 

yerləĢirdi.  Su  ilə  sıx  bağlılıq  nəticəsində  dabbağlıq  sənəti  mövsümi  səciyyə 

daĢıyırdı. Bir qayda olaraq, dabbağxanalarda iĢ yazın əvvəllərində, havalar qızanda 

baĢlanıb,  payızın  soyuqları  düĢənədək  davam  edirdi.  Su  donan  vaxt  aĢılama 

əməliyyatı  dayandırıldığından  dabbağxana  sahibləri  xammal  tədarükü  və  hazır 

məmulatın satıĢı ilə məĢğul olurdular. 

Dabbağxananın  istehsal  ləvazimatı  arasında  "küĢat"  və  ya  "silə"  adlanan 

qoz kötüyündən yonulmuĢ çənlər əsas yer tuturdu. Qozqara kötüyünün ölçüsündən 



 

 

407 



asılı olaraq, dabbağ çənləri tutum etibarı ilə bir-birindən fərqlənirdi. Kiçik çən 20, 

orta çən 30, böyük çən 40-a qədər dəri tuturdu. 

Ġstehsalın  həcmindən  asılı  olaraq  kiçik  dabbağxanalarda  1-2,  iri 

dabbağxanalarda  3-4,  bəzən  isə  5-6  çən  olurdu.  Nadir  hallarda  isə  böyük 

dabbağxanalarda  çənlərin  sayı  8-10-a  çatırdı.  Dabbağxanalarda  iĢçi  qüvvəsinin 

miqdarı  çənlərin  sayından  asılı  idi.  Adətən,  hər  çəndə  bir  nəfər  kargər  iĢləyirdi 

[115]. 

Dabbağxananın istehsal ləvazimatına mis tiyan, sıyırğac [116], şufrə, bıçaq 

(gorda),  tişə,  qaşov  (ara),  qırov,  vərəçü,  xərçü,  xortaçü,  sığalçü,  oxlov,  qulaba, 

çapasəng,  məsa,  saldaş,  keçə  və  ya  həsir  daxil  idi  (XXVII  tablo). Bundan  baĢqa 

dabbağxanada  ağac  mıxça,  süpürgə, xurma,  yaxud  qıl lifi, yağ lampası,  iynə, sap 

və s. də iĢlənirdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin