BALIQÇILIQ
Azərbaycanda qədim zamanlardan əhali balıqçılıqla məĢğul olmuĢdur.
Xəzər dənizinin cənub-qərb sahili və oraya tökülən iri və xırda çaylar burada
balıqçılığın inkiĢafı üçün əlveriĢli Ģərait yaratmıĢdır. Çaylarda kürü töküləcək
yerlər balıq ovunun əsas yerləri hesab edilir. Bu baxımdan ən qədim dövrlərdən
balıqçılığı ilə tanınan Kür və Araz çayları daha çox əhəmiyyət kəsb edirdi.
Qədim Mingəçevir arxeoloji qazıntılarından Eneolit dövrünə aid edilən
materiallar icərisində, ağbalıq və pullu balıq sümükləri də tapılmıĢdır. Xüsusi
balıqovlama alətlərinin olmasını buradan irihəcmli - 1,5 kq-dan 5 kq-a qədər olan
pərsənglərin tapılması da sübut edir [25]. Yəqin ki, bu cür pərsənglər toxuma
səbətə bənzər ov ləvazimatı üçün istifadə olunmuĢdur. Bundan baĢqa, əhali balığı
nizə ilə də ovlayırdı. Tunc dövrü təbəqəsindən əldə edilib həmin bölgəyə aid olan
balıq sümüklərinin faiz münasibəti onların arasında pullu bahqların daha üstünlük
təĢkil etdiyini göstərir.
Kür çayı sahilində yaĢayan yerli əhalinin qədim məĢğuliyyətlərindən biri
də balıq ovu olmuĢdur. Çayda və onun ətrafındakı axmazlarda çoxlu balıq
olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmıĢ balıq sümükləri və balıq ovu
alətləri bir daha sübut edir. Lakin tapılmıĢ ov alətlərinin azlığı onların inkiĢaf
mərhələlərini izləməyə imkan vermir.
Qədim mənbələrdə Kaspianada nərə balığının ovlanması haqqında
304
məlumat verilir. Klavdiy Elian deyir ki, kaspilər onları tutur, duzlayır və qurudur,
daha sonra dəvələrə yükləyərək Ekbatana aparırlar [26].
Daha sonra müəllif göstərir ki, burada balıqdan yapıĢqan hazırlanır, "bu
yapıĢqan öz keyfiyyətinə görə son dərəcə möhkəm olub, hər Ģeyi birləĢdirir
(yapıĢdırır), yapıĢdığı yerdən heç vaxt qopmur" [27]. Qədim müəlliflərin
məlumatlarından belə bir nəticəyə gəlmək olar ki, balıq ehtiyat üçün də
hazırlanırdı. Qurudulur, duzlanır və bir hissəsi satıĢa da göndərilirdi. YapıĢqan da
satılır və müxtəlif sənət sahələrində geniĢ istifadə olunurdu. Balığın üzgəc
kisəsindən alınan yapıĢqan öz keyfiyyətinə görə baĢqa heyvanlardan alınan
yapıĢqandan üstün sayılırdı. ġübhəsiz ki, bazarlarda balıq yapıĢqanı daha yüksək
qiymətləndirilərək baha satılırdı.
Güman ki, kaspilər daha təkmilləĢdirilmiĢ, balıqçılıq alətləri ilə tanıĢ
olduqlarından, onlar daha çox balıq ovlaya bilmiĢlər. Orta əsr mənbələrində Kür
sahili əhalisinin balıq ovu ilə məĢğul olması haqqında çoxlu məlumat vardır.
Albanlar Kür və Araz çaylarından tutduqları balıqdan xəzərlərə gömrük haqqı
verməli idilər [28].
Ərəb mənbələrində də Kürdə balıqçılığın inkiĢaf etdiyi xatırlanır və
göstərilir ki, burada tutulan balıq duzlanmıĢ halda bir çox ölkələrə aparılır [29].
Orta əsr balıqçılığı haqqında, az da olsa, Avropa və rus diplomatlarının,
tacirlərinin gündəlik və hesabatlarında müəyyən məlumatlara rast gəlirik [30].
Azərbaycanda olmuĢ səyyahlar burada qızılbalıq, nərə balıqlarının tutulduğunu
və onların kürüsünün yeyildiyini xəbər verirlər [31]. Güman etmək olar ki, Ġslam dininin
qəbulundan sonra da yerli əhali nərə balığı növlərini yeyirmiĢ.
Adam Olearinin bu barədə verdiyi məlumat maraqlıdır. O, Kürün Ġran Ģahı tərə-
findən icarəyə verildiyini, habelə balıq ovu üçün xüsusi arakəsmələr düzəldiyini xəbər
verir [32].
Balıqçılığın inkiĢafı haqqında daha geniĢ məlumat və faktiki materiallara XIX
əsrin tarixi-etnoqrafik ədəbiyyatında da rast gəlirik.
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən əvvəl Ġran dövləti Xəzər dənizinin
sahillərini və çay hövzələrini balıq ovu üçün ruslara icarəyə verirdi. Ġslam dininə görə,
müsəlmanların nərə balıqlarını yeməsi günah sayılırdı. Məhz ona görə də
müsəlmanların nərə balıqlarını ovlaması da qadağan hesab olunurdu. Balıq ovu ilə
məĢğul olan yerli əhali isə bunun üçün vergi verməli idi [33].
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra isə Xəzər və Kürdə balıqçı-
lığın inkiĢafına xüsusi diqqət verilməyə baĢlandı. Ümumiyyətlə, Xəzər balıqçılığı
Rusiya üçün böyük əhəmiyyət kəsb edirdi, Xəzər bütün Rusiyanı və eləcə də bir sıra
Avropa ölkələrini balıq məhsulları ilə təmin edirdi. XIX əsrdə hələ dəniz balıq ovunun
nisbətən az inkiĢaf etdiyi bir dövrdə, Avropa dövlətlərində balıq ovu Xəzər balıqçılığı ilə
müqayisədə çox cüzi görünürdü. Volqa çayı balıq vətəgələrindən sonra, ikinci yeri Kür
çayı balıqçılığı tuturdu. Buradakı "Bojiy promısel" öz əla keyfiyyətli kürüsü və nərə balığı
ilə Ģöhrət tapmıĢdı. Balıq ovu ilə Azərbaycanın baĢqa yerlərində, xüsusilə Xəzərə axan
305
çay hövzələrində daha çox məĢğul olurdular. Samur, Xaçmaz, Yalama, Qızılburun,
AbĢeron məhz belə sahil ərazilərdən hesab olunurdu [34]. Lakin burada balıq vətəgələri
çox da iri deyildi.
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra 1829-cu ildə Salyan vətə-
gələri dövlətin ixtiyarına keçdi. Bura rus çinovniklərindən ibarət olan qəyyumlar təyin
edildi, 1846-cı ilədək burada dövlət idarəçiliyi davam etdirildi [35]. Qəyyumlar
HəĢtərxanda ruslardan bir il müddətinə həm bu peĢəni yaxĢı bilənlərdən, həm də
müxtəlif köməkçi iĢlərin görülməsi məqsədilə muzdlu fəhlələr tutardılar. Muzdlu
fəhlələrə görəcəyi iĢin xüsusiyyətindən asılı olaraq, müxtəlif miqdarda əmək haqqı
verilərdi. Ən yüksək əmək haqqı kürü istehsalçılarına çatırdı. Çünki kürünün keyfiyyəti
məhz onu hazırlayan ustaların bacarığından asılı idi.
Balıq ovu üçün "qoyma torları" quranlara nisbətən yüksək əmək haqqı verilərdi.
Ən az məvacib isə balıq duzlayanlara və yapıĢqan hazırlayanlara verilirdi. Balıq ovu
zamanı vətəgələrə iĢləmək üçün dəmirçi, çəlləksaz və xeyli baĢqa sənət sahibləri də cəlb
olunardı.
1829-cu ildə Salyanda dövlət idarəsinin (Bojiy, AkuĢa, Lopatinski, Torpaq-
qala, Arbatan, Abdulyan vətəgəsi olmaqla) altı vətəgəsi var idi. Bunların ən baĢlıcası
Kürün Ģimal-Ģərq qolunda yerləĢən Bojiy vətəgəsi idi. Çünki burada baĢqa vətəgələrdən
çox balıq ovlanır, həmçinin qəyyumların və icarədarların idarəsi yerləĢirdi. Həmin
vətəgədə balıq məhsullarının emalı və saxlanması üçün daha münasib müxtəlif
tikililər yerləĢirdi.
Salyan yaxınlığında yerləĢən Arbatan və Torpaqqala vətəgələrində balıq
ovu əsasən yazda 40 gün müddətində aparılırdı. Bunlar əsasən azərbaycanlıların
iĢlədiyi mövsümi vətəgələr hesab olunurdu. Balıq ovu zamanı əsasən xırdagözlü
balıq torlarından istifadə edərdilər [36].
1847-ci ildə Salyan balıq vətəgələri yenidən icarəyə verilirdi [37]. XIX
əsrin sonunadək burada əsasən nərə balıqları: ağbalıq, burun və s. ovlanırdı.
XIX əsrin 80-ci illərindən etibarən pullu balıqların (ziyad, Ģamayı və s.)
intensiv ovlanmasına baĢlanılır. Bu balıqlar əsasən Muğanda yerləĢən axmaz və
çalalarda ovlanırdı. Çala və axmazlar isə Qızılağac körfəzi, habelə Kür və Arazla
birləĢirdi. Pullu balıqlar sakit axar sularda, qamıĢlıqlarda və müxtəlif sututarlarda
daha çox toplanırdı. Balıqların bir qismi kürü tökdükdən sonra burada qalırdı. XIX
əsrin 90-cı illərində çala və axmazlar Kür boyu bir sıra vətəgələrə sahib olan balıq
sənayeçiləri arasında bölüĢdürülmüĢdü.
XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanda balıqçılıq daha
intensiv inkiĢafı ilə xarakterizə olunur. Bu dövrdə ov alətləri daha təkmilləĢir, balıq
ovunda motorlu gəmilərdən istifadə edilir. Balıq labazlardakı daha böyük çənlərdə
duzlanır. Hər vətəgədə bir neçə labaz və hər labazda da onlarla belə çənlər olardı.
Maraqlıdır ki, bu dövrdə balıqçılıq təsərrüfatının əsas iĢçi qüvvəsini yerli
azərbaycanlılar, Ġrandan və qonĢu Dağıstandan iĢ dalınca gəlmiĢ əhali təĢkil edirdi.
Qaydaya görə, balıq ovu üçün çay və göllər üç il müddətinə icarəyə verilirdi.
306
Dənizdə isə balıq ovu sərbəst idi. Burada balıq ovu ilə məĢğul olmaq istəyən hər
kəs qayıq üçün bilet alırdı. Dənizdə balıq ovu əsasən Xaçmaz dəniz sahili bölgəsi
üçün daha xarakterik idi. Burada əsasən qızılbalıq, XX əsrin əvvəllərindən isə
siyənək balığı ovlanırdı [38].
Salyan vətəgələri iri balıq ovu sahibkarlarının ixtiyarında idi. Onlar
burada iĢləyən fəhlələri istədiyi kimi istismar edirdilər. Vətəgə sahibləri balıq
ovçularına borc verərək iĢə götürürdülər [39]. Ovçular balığı tutmalı və həm də
kürü hazırlamalı idilər. Fəhlələrin böyük əksəriyyəti ov mövsümündə sahibkarların
borcunu ödəyə bilməyərək, çox vaxt onlardan asılı vəziyyətə düĢürdü. Həm də ov
alət və ləvazimatı ovçulara öz qiymətindən xeyli baha satılardı. Fəhlələrə isə
onların tutduqları balıq və hazırladıqları kürünün qiyməti, onun satıĢından iki dəfə
aĢağı ödənilirdi [40]. Ona görə də balıq ovçuları buna dözməyərək sahibkarlara
qarĢı mübarizəyə qalxırdılar. "Balıq idarələri"nin himayəsindən azad olmağın ilk
təĢəbbüsçüsü "YoldaĢlıq" Ģirkətinin yaranması oldu. Belə bir Ģirkət 1911-ci ildə
Astarada təĢkil olundu. Onun büdcəsi Ģirkətin payçı üzvlük haqlarından və dövlət
əmanət kassasından alınmıĢ borcdan ibarət idi. Tutduğu balığı "YoldaĢlıq" Ģirkəti
özü satırdı. 1912-ci ildə Ģirkət buz hazırlayan zavod və soyuducu tikdirmiĢdi.
Ümumiyyətlə, bu Ģirkət balıqçılar arasında böyük canlanmaya səbəb olaraq böyük
nüfuz qazanmıĢdı. Belə ki, onun nümunəsində Lənkəran, Astaranın sahil boyunda balıq
ovu ilə məĢğul olan balıqçılar da, həmin Ģirkətin ətrafında birləĢdilər [41].
Balıq ovu ilə əlaqədar yaranmıĢ "YoldaĢlıq" Ģirkətləri öz məhsullarını əsasən
möhtəkirlərə, bəzən də daha yüksək qiymətə balıq vətəgə sahiblərinə satırdılar.
Təsərrüfatın baĢqa sahələrində olduğu kimi, XX əsrin əvvəllərindən sonrakı
dövrdə balıq vətəgələri ilə balıq ovu sahibkarların əlindən alınmıĢdı.
Qədim zamanlardan belə balıq ovu və balıqçılıqla məĢğul olan yerli əhali ov
zamanı müxtəlif alət və vasitələrdən istifadə etmiĢlər. Qır və bulla (çəngəl) ilə
balıqtutma balıq ovunda ən qədim üsullardan biri hesab olunur. Balıq ovu əsasən
aĢağıdakı qaydada aparılmıĢdır: a) vurma üsulu ilə balıq ovu; b) qırmaqla balıqtutma; c)
torla balıqtutma. Azərbaycanda balıq ovunun müxtəlif üsul və qaydalarından biri də
çaylarda çəpər çəkməklə balıqların tutulmasıdır. Çəpər çəkməklə balıq ovu nisbətən iri
çaylarda aparılırdı. Bunun üçün çayın dar yerində yan-yana qoĢa payalar basdırılır və
onlara çubuqlardan hörülmüĢ çəpər bərkidilirdi [42]. Çəpərin müəyyən yerində hörmə
qapıcıq qoyulurdu. Gecələr çəpərin qapısı bağlanırdı. Beləliklə də kürü tökmək üçün
çayın yuxarı axınına gedən balıqlar çəpərdən keçə bilmirdilər. Adətən, çaylardakı çəpər
maneələrdə balıq ovu gecələr aparılırdı. Ov zamanı qayıqdakı balıqçılardan biri əlindəki
qırla balıqları tutaraq qayığa və ya kisələrə yığırdı. Belə bir qayda ilə balıq ovu
haqqında hələ XVII əsrin əvvəllərində Azərbaycanda olmuĢ səyyah A.Oleari özünün
yol qeydlərində yazmıĢdı [43]. Ağacsaplı dəmir qırdan əlavə, ovçular qıra oxĢayan
"telmıx" adlanan dəmir alətindən də istifadə edirdilər [44]. Qırla balıq ovunda iki nəfər
balıqçı iĢtirak edirdi. Onlardan biri qayığı idarə edir, o biri isə qırla və ya telmıxla balığı
tuturdu. Qırla balıq ovu bir ay -ay yarım davam edirdi.
307
Balıqların kürü tökən vaxtı ovlanması onların artıb çoxalmasına böyük zərər
vururdu. Daha doğrusu, bu hal onların kütləvi surətdə qırılmasına səbəb olurdu.
Balıq ovu üçün Azərbaycanda istifadə edilmiĢ ov alətlərindən biri də ĢiĢ uclu iki
və yaxud uç diĢli dəmir tiyəli alət (sələ, bul) olmuĢdur [45]. Bulun uzun ağac sapı
olardı. Bəzən onun sapına ip bağlayardılar. Bul ilə balıq ovu əsasən axmazlarda, çalalarda və
hətta çayların dayaz yerlərində aparılardı. Əlində bul olan ovçu balığı görən kimi çox cəld
ovu vurardı. Bul ilə balıq ovu əsasən gündüzlər aparılardı. Balığı nisbətən uzaq
məsafədən vurmaq üçün tiyə saplı bul daha münasib hesab olunardı.
Azərbaycanın kiçik çaylarında balıq ovu daha ibtidai qaydada aparılmıĢdır. Bunun
üçün çayın dar yerində bənd tikilərək onun suyu qaldırılardı. Çayın suyu sahilə daĢdıqda
onunla bərabər balıqlar da sahilə çıxardı. Elə bu vaxt çayda tikilmiĢ bənd uçurulardı.
Beləliklə də su ilə sahilə çıxmıĢ balıqlar ovçular tərəfindən əl ilə tutulardı.
Ovçular çay balıqlarını daha sadə üsullarla da tuturdular. Onlar çayların sahil
divarlarına bitiĢik: daĢdan yarıdəyirmi divar hörürdülər. Balıqların içəriyə girə bilməsi üçün
divarda aralıq qoyulardı. Həmin qapıcıq bir neçə gün açıq qalardı. Ov zamanı isə qapı daĢ
və ya Ģaxla tutulardı. Daha sonra ovçu içəridəki bahqları əl ilə tutardı. Adətən, belə
divarlar çayların dayaz yerlərində tikilərdi. Ovçular çay bahqlarını son vaxtlara qədər belə
bir sadə üsulla tuturdular. Bəzən də çayların nisbətən dərin yer-lərində bahq tutmaq
üçün çubuq səbətlər qoyulardı. Səbətlərin ağzı elə düzəldi-lərdi ki, içəriyə girən
balıq artıq oradan çıxa bilməzdi.
Balıq ovunda öz sadəliyi və münasibliyilə qırmaq və ona oxĢar ov ləvazimatı
çox ehtimal ki, qədimlərdən istifadə edilmiĢdir. A.Oleari öz qeydlərində istifadə etdiyi
bu alətlə balıq ovunu da xatırlayır.
Qırmaqla balıq ovu dəniz və çaylarda müxtəlif üsullarla aparılırdı. Bunun üçün
nisbətən yoğun tiyəyə (tiyə 10-30 m, bəzən də daha uzun olurdu) bir neçə yerdən iki-üç
metr uzunluğunda və uclarında tel-qırmaq olan ip bağlanırdı. Qırmaqlara ət tiyəsi,
soxulcan və s. keçirilərdi. Həmin tiyə iki-üç yerdən ağac mıxlara bağla-nardı. Mıxlar
isə çayın və ya dənizin dibinə vurularaq bərkidilərdi. Beləliklə də qırmaqlı tiyə hər gün
ovçular tərəfindən yoxlanar və qırmağa düĢmüĢ balıqlar götürülərdi. Daha xırda
balıqları tutmaq üçün qoyulan qırmaqlı tiyə nisbətən qısa, ona bağlanan iplər sıx,
qırmaqlar isə kiçik olardı. Belə qırmaqlı tiyəyə "Ģalqırmaq" deyilərdi. XX əsrin
əvvəllərinə qədər Xəzərin sahil boyunda və çaylarda balıq ovçuları arasında qırmaqla
balıq tutmaq daha geniĢ yayılmıĢdı.
Azərbaycanda balıq tutmaq üçün səbət [47] və venterlərdən də istifadə edilmiĢ-
dir. Səbət konus Ģəklində hörülərdi. Səbətə balığın girməsi üçün xüsusi yer qoyulardı.
Adətən, səbət suya qoyulduqda tərpənməsin deyə, ona daĢ da bağlanardı.
XIX əsrin axırlarından etibarən göllərdə balıq ovlamanın geniĢləndiyi bir za-
manda bu məqsəd üçün qoyma torlardan daha geniĢ istifadə edilirdi.
XX əsrin əvvəllərində balıq ovçuları göl və axmazlarda, həmçinin çayların dərin
yerlərində balıq tutmaq üçün venter adlanan qoyma tordan daha çox istifadə edir-
dilər. Venter öz formasına görə konusvari idi. Ona iki və ya üç yerdən (çubuq və
308
ya dəmirdən düzəldilən) çənbər keçirilərdi. Venter elə düzəldilərdi ki içəriyə girən
balıq daha oradan çıxa bilməzdi. Venter göllərdə, sulu qamıĢlıqlarda, axmazlarda
və həmçinin də dərin olmayan çay sularında qoyulardı. Daha doğrusu, ondan üzmə
torların iĢlədilməsi mümkün olmayan yerlərdə istifadə edilərdi. Rus balıqçıları tərə-
findən gətirilən bu ov aləti yerli balıqçılar arasında geniĢ yayılmıĢdı. Onu düzəlt-
mək asan idi. Venterlə balıq ovu gecələr aparılardı. Tərpənməməsi üçün ona 2-3
ədəd ağır daĢ və ya kərpic bağlanırdı.
Azərbaycanda balıq ovunda istifadə edilən torlardan düzəldilən alətlərin özləri
də müxtəlif formada olmuĢdur. Balıq torları əsasən pambıq, çətənə (kəndir) və ipək
ipindən toxunardı. Onun bütövlükdə özünün və əsasən gözlərinin ölçüsü hansı növ
309
balığın ovlanmasından asılı olaraq, böyük və kiçik olardı. Torlar əsasən ağacdan
hazırlanan iynələrlə toxunardı. Torun daha möhkəm olması üçün, nar qabığı tökülmüĢ
suya qoyardılar. Balıq ovunda üzmə torlar da geniĢ yayılmıĢdır ki, bunların da ən
baĢlıcası üzmə tor, atma tor və əl torları olmuĢdur.
Kürdə müxtəlif gözlü və ölçülü üzmə torlardan istifadə edilməklə müxtəlif növ
balıqlar tutulurdu. Çox da iri olmayan, əsasən düz künclü üzmə torların hər iki ucuna nazik
(Ģüy) ağac bağlanır, onun boyu uzunluğunda hər iki tərəfinə nazik tiyə keçirilərdi. Torun
alt tərəfinə ağırlıq üçün qurğuĢun və daĢ, səmti itirməmək üçün onun üst tiyəsinə isə
qurudulmuĢ qabaq bağlanırdı [48]. Sürütmə torların uzunluğu 3-dən 30 m-ə qədər, eni
isə 2-2,5 m olurdu. Belə torlarla balıq ovlayarkən onu bir-birindən bir neçə metr
məsafədə olan iki qayığın arası ilə suya salardılar. Kiçik torlardan ziyad və Ģamayı
balıqlarının tutulması üçün istifadə edilərdi. Balıqçılar ipək ipindən toxunmuĢ torlara,
möhkəm və yüngül olduğu üçün üstünlük verirdi.
XIX əsrin ikinci yarısından etibarən balıq ovunda iri ölçülü torlardan istifadə
edilməyə baĢlamıĢlar. Uzunu və eni boyu hər iki qırağı sicimlərə keçirilən belə tor-
lan suda barkas və ya kirjimlərlə sürüyürdülər.
Balıq ovlamaqda "molojk", "salıq" adlanan torlardan geniĢ istifadə edilmiĢdir.
Onlarla əsasən dənizin sahil sularında, həmçinin çaylarda balıq tutulardı [49]. Daha
doğrusu, belə torlarla dayaz sularda balıq ovlanardı. Balıqçı onu ya qayıqda və ya suda
ayaq üstə duraraq atardı. "Salıq" adlanan qıf formalı belə torun ağzının qıraq
gözlərindən yoğun yun ip keçirilər və ağırlıq üçün ondan qurğuĢun da asılardı. Torun
ağzındakı yun ipə bağlanmıĢ daha nazik ip onun içərisindən keçirilib torun
oturacağındakı (sonundakı) ipə bağlanardı. Beləliklə, balıqçı ipi çəkəndə torun ağzı
bağlanardı [50].
Molojk və ya salıq adlı torlar da ipək ipdən toxunardı və onun ağzının diametri
4-5 m-ə qədər olardı. TalıĢ-Astara bölgəsində də belə torlarla balıq tutardılar.
Donça, domca, çömçə adlanan əl torları da balıq tutmaq üçün mövcud olan tor
alətlərindən hesab olunur. Donçanın torunun çənbəri və sapı söyüd ağacından düzəl-
dilirdi. Çənbərin diametri 1-1,5 m, sapın uzunluğu isə 2-2,5 m olurdu. Xırdagözlü əl
torları ilə əsasən dayaz çaylarda balıq tutulurdu.
Balıq ovunda üzmə torlardan əlavə, qoyma torlardan da istifadə edilmiĢdir [51].
Sıxgözlü qoyma torlar əsasən axmazlardan gedən suyun qabağına qoyulardı və daha sonra
torla qabağı kəsilmiĢ balıqları ovçular donca ilə tutardılar.
XX əsrin əvvəllərində axmazlarda və eləcə də dəniz sahillərində balıq
tutmaq üçün nevod adlanan iri balıq torundan istifadə edilməyə baĢlandı [52].
Axmazlarda iri balıq torunu bitki və ot-avardan təmizləmniĢ yerlərdə qururdular. Ġri
balıq toru (nevod) girəcəyində qanadı olan, qıfıla bənzər toru xatırladır. Bu, bir neçə xırda
gözlərə (kameraya) ayrılırdı. Balıq tora düĢdükdən sonra, geri çıxa bilmirdi.
Balıq ovu bütün Kür boyunca, eləcə də Xəzərə və Kürə tökülən çaylarda aparı-
lırdı. Balıq tutmaq üçün iĢlədilən alətlər üzən tor, atma tor, əl toru, səbətdən və s.
ibarət idi. Lakin yerli əhali tərəfindən aparılan balıq ovu çox zaman peĢə əhəmiyyətinə
310
malik deyildi. Alətlərin növbənövlüyü və balıqtutmanın müxtəlif üsulları
Azərbaycanda balıq ovunun qədimliyini bir daha təsdiq edir.
XIX əsrdə balığın tutulmasında primitiv qayıqlardan - kolazdan istifadə edi-
lirdi. Bu qayıqlar ən çox Lənkəran-Astara bölgəsində yerli əhali tərəfindən hazır-
lanırdı. Kolazlar avar vasitəsilə, dayaz və axmaz sularda isə Ģüvül vasitəsilə hərəkət
etdirilirdi. Belə qayıqlara 2, bəzən də 3 adam yerləĢə bilirdi. Onun uzunluğu 3,5 m, eni
isə 60-80 sm ola bilirdi. Uzunluğu 5 m-dən çox olan kolazlar da var idi. Onlar cökə və
qovaq ağaclarından hazırlanırdı. XIX əsrin sonunda təkmilləĢmiĢ qayıq növlərinin
yayılmasına baxmayaraq, kolaz uzun müddət saxlanılmıĢdır. Bu gün də hələ Kürdə və
Lənkəran-Astara bölgəsindəki çaylarda kolaza rast gəlirik, onunla çayın bir sahilindən
o biri sahilinə odun, yaxud müxtəlif yüklər daĢıyırlar [53].
Vətəgələrdə isə iri qayıq tiplərindən sayılan kirjim yayılmıĢdı. Kirjim düzdibli
böyük qayıq olub, üstünə yelkən çəkilir və bir dor ağacına malikdir. Kirjimin uzunluğu 40-
60 futa (12-18 m) yaxın olurdu [54]. ĠĢlədildiyi sahədən asılı olaraq kirjimi böyük və
yaxud kiçik ölçüdə hazırlayırdılar [55]. Onunla HəĢtərxana balıq göndərir və oradan yük
gətirirdilər. Kirjim ən çox dənizdə - sahil boyunca üzmək üçün iĢlədilirdi. Fırtına vaxtı
kirjimin aĢmaması üçün onun yanlarına qamıĢ komları bağlayırdılar. Kirjim və
kolazlardan Xəzər dənizinin Ģimalında və ġərqi Türkmənistanın sahillərində istifadə
edilirdi. Türkmənlər onları Ġrandan alırdılar [56].
XIX əsrin sonunda kolazla yanaĢı, boyük düzdibli qayıqlar da iĢlədilirdi. Onlar-
dan iri torla balıq ovu zamanı istifadə edilirdi. Eləcə də böyük düzdibli, nazik buruna
malik, avarla hərəkətə gətirilən qayıqlar da yayılmıĢdı. Bundan əlavə, balıq dolu
barjlara qoĢulub, çəkən mühərrikli barkaslar meydana gəlmiĢdi [57].Lakin səs-küylü
mühərrikli donanmaya balıqlar çox da yaxın düĢmədiyindən ov üçün ondan az istifadə
edilirdi. Əvvəllər olduğu kimi, dənizdə üzmək üçün kirjim üstün hesab edilirdi. Onunla
vətəgələrə duz, ərzaq gətirir və balıq aparırdılar.
Ənənəyə görə azərbaycanlılar ancaq pullu balıqları yeyirdilər. Bunlar əsasən
ziyad balığı və qızılbalıq olurdu. Yerli əhali xüsusən ziyad və Ģamayı balığını daha çox
sevirdi. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda ziyad balığına olan tələbat daha çox
idi. Ziyadı Kür çayında və eləcə də kürü tökmək üçün getdiyi digər çaylarda tuturdular,
Ģamayı balığını isə ən çox Kürdən tuturdular, baĢqa yerlərdə ona nadir hallarda təsadüf
edilirdi. ġamayı ovu ilə əsasən salyanlılar məĢğul olurdular. Yerli əhali yemək üçün
xəĢəmi və cökəni də xoĢlayırdılar. Təzə balıq müxtəlif üsullarla biĢirilib yeyilərdi.
BaĢqa bölgələrdə yeyilməyən naqqa balığı Qazax bölgəsində yerli əhalinin
əsas qida məhsullarından biri idi. Çay və dəniz sahillərində yaĢayan əhali qıĢ vaxtı ilan
balığını səbət, əl toru və ya donca ilə tuturdu [58]. Ġlan balığı xüsusən Kür sahilində
yaĢayan əhali tərəfindən daha həvəslə yeyilirdi.
Hələ ən qədimlərdən belə yerli əhali balığın yemək üçün saxlanılması və təda-
rük edilməsi ilə tanıĢ idi. Azərbaycanlılar, nərə balığı və bu növ balıqları yeməsə də
satıĢ üçün ovlayırdılar.
Ehtiyat üçün tədarük edilmiĢ balığı əhali bütün il boyu yeyə bilirdi. Kürün yuxarı
311
hissəsində əhalinin balıq ovu ilə məĢğul olmasına baxmayaraq, onların yeməklərində
Salyan rayonu və Lənkəran-Astara bölgəsində olduğu kimi, balıq mühüm yer tutmurdu.
Burada ziyad və Ģamayını hisə verirdilər və duza qoyurdular. Balığı əvvəl 7-12 gün
duzda (duz məhlulunda) saxlayır, sonra bir aya yaxın hisə verirdilər. Adətən, bu
məqsədlə kiçik komalar tikilir və gözlərindən çubuğa keçirilmiĢ balığı oradan asırdılar.
Sonra təzək yandırıb onun tüstüsündə balığı hisə verirdilər [59]. Ziyəd balığını yerə
basdırılmıĢ böyük kil küplərdə duzlayırdılar. Beləliklə də balığı il boyu saxlamaq olurdu
[60]. Bəzən balığı duzdan çıxardıb gündə qurudur və elə quru halda da saxlayırdılar.
Quru balığı biĢirmək üçün onu yaĢ parçaya, yaxud üzüm yarpağına bükərək közün üstünə
qoyurdular. Balığın bu üsulla biĢirilməsi hələ yemək hazırlanan qabların olmadığı, qədim
zamanlardan belə onun yeyildiyini təsdiq edir.
Nərə balığından və baĢqa növ balıqlardan əsasən qaxac hazırlanırdı. XIX əsrin
ortalarından etibarən balığı duzlamaqdan ötrü xüsusi çənlər mövcud olmuĢdur. Balığı
qurutmaqdan ötrü isə köhnə kolazlardan da istifadə edilirdi. Bunun üçün balıq
312
yarılıb duzlu məhlula qoyulardı [61]. Bir gündən sonra onu çıxarıb yaxalayır və gündə
qurudurdular, 15-20 gündən sonra qaxac hazır olurdu. Nərə balıqlardan qaxac əsasən
vətəgələrdə hazırlanırdı. Beləliklə də vətəgələrdə balıqdan istifadə və onun ehtiyat
üçün tədarük üsulları ənənəvi səciyyə daĢıyırdı.
XX əsrin əvvəllərində baĢqa balıq növləri də ehtiyat üçün tədarük edilirdi. Həmin
vaxta qədər gökə, çapaq balığı və s. duzlanması əhaliyə məlum deyildi. DuzlanmıĢ
balığı çəlləklərə doldurub müxtəlif Ģəhərlərə aparırdılar. Balıq çənlərdə bir neçə ay
saxlanılırdı,
XIX əsrin ortalarında və sonralar kürünü baĢlıca olaraq vətəgələrdə hazırlayır-
dılar. Rusiya və bir çox xarici ölkələrə göndərilən kürü dənəvarı halında hazırlanırdı.
Kürü yüksək qiymətə satıldığı üçün balıqçılara xeyli gəlir verirdi.
Balıq vətəgə sahibləri üçün balıq yapıĢqanı mühüm gəlir mənbələrindən biri idi.
Yüksək keyfiyyətli ağbalıq yapıĢqanından Ģampan Ģərabının ĢəffaflaĢdırılmasında,
müxtəlif jele hazırlanmasında, eləcə də parça, dəri və s. yapıĢdırılmasında istifadə
olunurdu [62].
YapıĢqanın hazırlanma üsulları, qədim vaxtlarda və eləcə də XIX əsrdə olduğu
kimi qalmıĢdır. Balığın üzgü kisəciyini duzlayıb, ətrafını piydən təmizləyir, sonra kəsib
suda yaxalayırdılar. Ağac payalara taxıb havada qurudurdular. Bir müddətdən sonra
ondan yapıĢqan qatını çıxardıb üst-üstə yığır və sıxaca qoyurdular. Bununla da yapıĢqanın
hazırlanması baĢa çatırdı. Vətəgələrdə yapıĢqan hazırlanması ilə adətən azərbaycanlılar
məĢğul olurdular.
Balıq vətəgələrində hazırlanmıĢ məhsullar - hisə verilmiĢ balıq, qaxac, kürü və s.
əsasən Rusiya və xarici bazarlara aparılırdı. Azərbaycanlılar təzə, qurudulmuĢ və
duzlu balıq iĢlədirdilər. Quru balıq çoxlu miqdarda Gürcüstana aparılırdı. Azərbaycanda
tutulan balıq məhsulları çox zaman kirjimlə HəĢtərxana göndərilir və oradan isə bütün
Rusiya Ģəhərlərinə daĢınırdı [63]. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinə qədər
balıq ovunda onun ehtiyatını bərpa etmək haqqındakı qaydaların heç birinə əməl
edilmirdi. Beləliklə də balıq ovu hər cür üsullarla aparılaraq, onların kütləvi surətdə
qırılmasına səbəb olurdu.
Balıq ovunun iri sahibkarların əlində cəmlənməsi, onun daha çox tutulması ilə
nəticələnirdi. Balığın və kürünün qiyməti tez-tez artdığı üçün ondan əldə edilən gəlir
də yüksəlirdi. Bunlara baxmayaraq ov alətlərinin texnikasında, ov üsullarında və
qayıqların quruluĢunda heç bir dəyiĢiklik yaranmamıĢdır.
XIX əsr boyunca balıq ovu baĢlıca olaraq çaylarda aparılırdı. Dəniz ovuna isə
əsasən XX əsrin əvvəllərində baĢlanmıĢdır. Dəniz sahili sularında ilk vaxtlarda aparılan
balıq ovunda əsasən siyənək, ziyad və çapaq balıq növləri tutulurdu. Bu balıqların
ovlanması üçün iri balıq torlarından istifadə edilməyə baĢlandı. Ov əsasən qayıqlarla
aparılırdı. Lakin dəniz ovunun həqiqi inkiĢafı XX əsrin 30-cu illərindən sonra
baĢlanmıĢdır. Həmin illərdə Azərbaycanda balıq tutmaqla məĢğul olan vətəgələrlə
yanaĢı, xüsusi dəniz donanması da yarandı.
|