A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə33/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   29   30   31   32   33   34   35   36   ...   102
 

 

 

 

 

 

ATÇILIQ 

 

Göy at, yalına qurban, 



Tirmə Ģalına qurban. 

Sən məni yara yetir, 

Polad nalına qurban. 

 

Azərbaycanın təbii-coğrafi Ģəraiti ilə əlaqədar olaraq minilliklər boyu ata 



böyük ehtiyac olmuĢdur. Yerli əhalinin təsərrüfat məiĢətində mühüm rol oynayan 

at ən qiymətli xalq nəqliyyat vasitələrindən biri kimi geniĢ yayılmıĢdır. 

Cənubi Qafqazda atçılığın inkiĢaf tarixi qaramal və qoyunçuluğun tarixinə 

nisbətən  xeyli  cavan  olub,  əsasən  Tunc  dövrünün  məhsuludur.  Lakin  son 

zamanlarda arxeoloji qazıntılardan əldə edilən bəzi ostoeloji qalıq atçılığın Neolit 

dövründə  təĢəkkül  tapdığını  söyləməyə  imkan  verir.  Bu  baxımdan  Muğanda 

Əlikömək təpə qədim yaĢayıĢ yerindən tapılan at sümükləri müstəsna əhəmiyyətə 

malikdir. Həmin sümüklərin tədqiqi göstərdi ki, hələ altı-yeddi min il bundan əvvəl 




 

 

258 



Azərbaycanda əhliləĢmiĢ iki at cinsi olmuĢdur [82]. Bu tapıntıya əsasən söyləmək 

olar  ki,  Azərbaycan  atçılığın  vətənlərindən  olmuĢdur.  ġübhəsiz,  atçılığın  ilk 

məskəni dedikdə, təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaz, Asiya və ona qonĢu 

olan ərazi nəzərdə tutulmalıdır. 

Heç Ģübhəsiz, Tunc dövründən etibarən atçılıq əsas nəqliyyat vasitəsi kimi 

daha  geniĢ  yayılmağa  baĢlamıĢdır.  Qafqazda  atçılığın  tarixinin  araĢdırılmasında 

Qobustan qaya təsvirləri daha böyük maraq doğurur. Bu təsvirlərin xeyli hissəsində 

müxtəlif  görkəmdə  at  rəsmləri  öz  əksini  tapmıĢdır  ki,  onların  da  yaĢı  dörd  min 

ildən  az  deyildir.  Qobustanda  Yazlıtəpədə  bir  daĢın  üzərində  çılpaq  atın  ağzına 

gəm verilmiĢdir. Atı minən Ģəxsin əlində yabayaoxĢar silahla maralı ovladığı təsvir 

edilmiĢdir  [83].  Lakin  e.ə.  II  minilliyin  sonu  və  e.ə.  I  minilliyin  baĢlanğıcından 

atçılığın  müqayisəedilməz  dərəcədə  inkiĢafı  bir  sıra  obyektiv  səbəblərlə 

əlaqədardır.  At  ilxılarının  sayının  artması  və  ondan  geniĢ  istifadə  edilməsinin  ən 

baĢlıca səbəbi köçmə maldarlıq formasının inkiĢafı ilə əlaqədar olmuĢdur. Tayfalar 

arasında  ərazi  və  varlanma  üstündə  gedən  arası  kəsilməyən  mübarizələr  də  atın 

inkiĢaf  etdirilməsinə  Ģərait  yaratmıĢdır.  Bu  narazılıqlar,  iğtiĢaĢlar  ibtidai  icma 

quruluĢu və ilk sinifli cəmiyyətin yarandığı və dövlətlərin meydana gəldiyi Ģəraitdə 

daha  geniĢ  Ģəkil  almıĢdır  ki,  bu  da  atçılığın  inkiĢafına  xüsusi  qayğı  göstərməyi 

tələb  edirdi.  Ona  görə  də  əhali  arasında  ata  böyük  inam  və  etiqad  yaranmıĢdır. 

Naxçıvanın  ġahtaxtı  kəndi  ərazisində  kromlex  tipli  qəbirdən  atın  bütöv 

skeletlərinin aĢkar edilməsi  fikrimizi təsdiq edən tutarlı sübutdur. Həmin skeletin 

ətrafına  otuza  qədər  qab-qacaq  qoyulmuĢ,  tunc  əsasda  düzəldilmiĢ  qızıl  toqqa 

tapılmıĢdır  [84].  Bu  ərazidə  at  skeleti  olan  daĢ  qutu  qəbirlərdə  də  eyni  hal 

müĢahidə edilmiĢdir. Deməli, atı bir müqəddəs heyvan kimi dəfn etmək adəti o dövrdə 

geniĢ yayılıbmıĢ. Ötən əsrin əvvəllərində Naxçıvanın Kültəpə abidəsindən tapılan yəhərli 

at  fiqurunun  üç  min  illik  yaĢı  vardır  [85].  Güman  ki,  bu  da  ata  olan  ehtiramın 

təzahürüdür. 

Boz  dağların  arasında  qərar  tutan  qədim  Mingəçevirdə  üç  minillik  tarixi  olan 

kurqanlardan onlarca at skeleti və onun ayrı-ayrı hissələri tapılmıĢdır. Həmin skeletlərin 

üzərində  qiymətli  əĢyalar,  tunc  asmalar,  düymələr,  kəmərlər  və  baĢqa  at  ləvazimatı  aĢkar 

edilmiĢdir [86]. At skeleti, at ləvazimatı və bəzi at fiqurları Azərbaycanın baĢqa yerlərindən 

də məlumdur. Bu tapıntılar dövr etibarilə də Mingəçevir abidələrilə yaxınlıq təĢkil edir. 

Atçılıq Manna və Midiya dövlətləri ərazisində xüsusilə inkiĢaf etmiĢdi. Mannada 

atçılığın geniĢ yayıldığını assur mixi yazıları təsdiq edir. 

Midiyanın  Nisey düzündə  bəslənən  cins atlar o dövrdə  ġərq aləmində  xüsusi 

Ģöhrət qazanmıĢdı. Hətta assurlar midiyalılardan, demək olar ki, əsasən at alırdılar [87]. Antik 

dövr müəlliflərinin əsərlərində də Midiyanın Nisey çölündə gözəl atların bəsləndiyi xəbər 

verilir. Siciliyalı Diodor Nisey çölündə 160000 baĢ qiymətli at otarıldığını qeyd edir [88]. 

ġübhəsiz,  bu  fakt  Midiyada  atçılığın  geniĢ  inkiĢafını  göstərən  ən  qiymətli  və  dolğun 

məlumatdır. Quel yazır ki, "Ġspaniyada çox yetiĢdirilən yonca Midiyadan gətirilmiĢdir". 

Qədim insan bu ota, zəif atlara can və qüvvə verən çox qidalı bir bitki kimi baxırdı. 



 

 

259 



Ġran tarixçilərinin əsərlərində də Midiya atları barəsində maraqlı məlumatlara rast 

gəlmək olar. Tağı Bəhrami yazır ki, Yonca və at ilxıları Midiyaya böyük Ģöhrət gətirmiĢdir. 

Yonca ilk dəfə Midiyada becərilmiĢ və "ġəbdə Midi" adını almıĢdır. [89]  Midiya atları 

qaçması və görkəminə görə misilsiz idilər [90]. Həsən Pirniya özünün "Ġrane bostan" adlı 

əsərində Midiya atlarını belə təsvir edir: "Gözəllik, dözümlülük və hərəkət sürətinə görə 

Midiya atları dünyada məĢhur idilər" [91]. T.Bəhramiyə görə qədim iranlılar Midiyanın ağ 

atını müqəddəs sayırdılar [92]. 

Süvari qoĢunun ilk dəfə ayrıca bir qoĢun növü kimi meydana çıxmasında midi-




 

 

260 



yalıların  böyük  əməyi  vardır.  Ona  görə 

də  heç  təsadüfi  deyil  ki,  bu  mühüm 

məsələ F.Engelsin diqqətini cəlb etmiĢdi. 

F.Engels yazır ki, midiyalılar farslar kimi 

"atlılar xalqı idilər. Onlar, cəng arabasını 

və hətta onun daha gənc ordu növü olan 

süvari 

qoĢuna 


nisbətən 

keçmiĢ 


üstünlüyünü  saxlamıĢdılarsa  da,  atlı 

döyüĢçülərin  sayca  xeyli  qüvvəyə  malik 

olması  süvari  qoĢuna  keçmiĢ  orduların 

heç  birində  olmayan  əhəmiyyəti 

qazandırmıĢdı" [93]. 

Rəhimzadə 

Səfəviyyə 

Heredota  istinad  edərək  qeyd  edir  ki, 

Nisey  atına  yaxĢı  qulluq  edildiyindən 

onlar  döyüĢ  meydanında  diĢləri  və 

ayaqları  ilə  düĢməni  Ģikəst  edirmiĢlər 

[94]. Tağı Bəhrami isə Midiya süvarisinin 

qalib  gəlməsinin  baĢlıca  səbəblərindən 

birini  onların  çoxlu  atları  olmaları  ilə 

izah edir [95]. 

Azərbaycan 

ərazisində 

sonrakı  əsrlərdə  də  atçılıq  durmadan 

inkiĢaf  etmiĢ,  əsas  kənd  təsərrüfatı 

sahələrindən biri kimi aparıcı rola malik 

olmuĢdur. Bu, hər Ģeydən əvvəl, köçmə 

maldarlığın daha da inkiĢafı və ata olan 

böyük  tələbatdan  irəli  gəlmiĢdir.  Ata 

müqəddəs heyvan kimi baxan yerli əhali 

onun baĢ və ayağını, bəzək ləvazimatını, 

müxtəlif  materiallardan  hazırladıqları 

kiçik  at  fiqurlarını  qəbirlərə  qoymuĢlar. 

Bu  baxımdan  Ġsmayıllı  rayonunun 

Mollaisaqlı kəndi ərazisindən tapılan bir 

at  heykəlciyi  xüsusi  əhəmiyyət  kəsb 

edir. E.ə. I minilliyin son rübünə aid 

olan  at  fiqurunun  baĢında  yüyən, 

belində yəhər, döĢündə sinəbənd və quyruğu istiqamətində quĢqun təsvir edilmiĢdir 

[96]. Azərbaycanda müxtəlif dövr qəbir abidələrinin üstündə atın böyük daĢlardan 

düzəldilmiĢ heykəlləri, onların daĢlarda təsviri atçılığın inkiĢafı və ata olan böyük 

ehtiramın nəticəsidir. 




 

 

261 



Ən  qədim  Azərbaycan  dövlətlərindən  biri  olan  Atropatendə  atçılıq  daha  çox 

inkiĢaf  etmiĢdir.  Yunan  coğrafiyaĢünası  Strabon  atropatenlilərin  10  min  süvarisi 

olduğunu xəbər verir [97]. E.ə. 69-cu ildə Roma sərkərdəsi Lukull Qafqaza hücum edən 

zaman albanlar onlara qarĢı 22 min süvari çıxarmıĢdılar [98]. Bu rəqəmlərdən aydın 

olur ki,  istər Atropaten, istərsə də Albaniyada  daha çox at olmuĢdur. Dövrünə görə 

ən vacib və əsaslı ordu hissəsi olan süvari qoĢun növü saxlamaq üçün ölkədə çoxlu at 

ilxıları  yetiĢdirmək  tələb  olunurdu.  Eramızın II—III əsrlərində  yaĢayan  yunan  yazıçısı 

Elian  "Heyvanlar  haqqında"  adlı  əsərində  yazır  ki,  "Kaspi  torpağında sayagəlməz 

heyvan sürüləri və ay ilxıları vardır" [99]. 

Feodalizmin  təĢəkkül  tapıb  çiçəkləndiyi  dövrdə  at  ilxılarının  sayı  və  ona 

olan  tələbat  xeyli  artmıĢdır.  V  əsrdə  Ġran  Ģahı  II  Yəzdəgird  Ģimaldan  köçəri 

tayfaların basqınlarının qarĢısını  almaq  üçün  10  min  süvari qoĢun  saxlayırdı [100]. 

Çox ola bilsin ki, bu atların çoxunu yerli alban atları təĢkil edirmiĢ. 

664-cü  ildə  xəzərlərin  Albaniyaya  növbəti  yürüĢü  zamanı  çoxlu  qənimət-

lər aparmıĢlar. Lakin Alban çarı CavanĢir Xəzər padĢahı ilə sülh bağlayır və bir çox 

qənimətlərlə yanaĢı, 7 min baĢ atı geri qaytanr [101]. 

816-cı ildə xalq qəhrəmanı Babəkin rəhbərliyi ilə baĢlanan və iyirmi ildən 

çox  davam  edən  hərəkatda  20  mindən  çox  süvarinin  iĢtirakı  atçılığın  ölkədə  nə 

dərəcədə inkiĢaf etdiyini göstərir. Babək dar gündə, dar ayaqda qanlı döyüĢlərdə, dar 

keçidlərdə, sıx ormanlarda həmiĢə at belində olmuĢdur. 

 

Dər gülü, at igidə,  



Varın var, sat igidə.  

Bərk gündə, bərk ayaqda  

YoldaĢdı at igidə. 

 

IX-X  əsrlərdə  yaĢayan  ərəb  müəllifləri  qeyd  edirlər  ki,  Azərbaycan 



özünün  sürətlə  qaçan  və  davamlı  atları  ilə  məĢhurdur.  Ġran,  Ġraq  və  Suriyada  bu 

atlar çox yüksək qiymətləndirilir [102]. 

Xalqımızın VII əsr nadir yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" 

boylarında  atçılıqla  bağlı  qiymətli  məlumatlar  vardır.  Lakin  Beyrəyin  atı  necə 

qiymət-ləndirməsi daha maraqlıdır. 

 

Açıq-açıq meydana bənzər sənin alıncığın.  



Ġki Ģəbçırağa bənzər sənin gözciyəzin.  

ƏbriĢimə (ipəyə) bənzər sənin yelinciyin. 

 Ġki qoĢa qardaĢa bənzər sənin qulaqcığın.  

At deməzəm sana, qardaĢ derəm  

QardaĢımdan yey!  

BaĢıma iĢ gəldi, yoldaĢım derəm.  

YoldaĢımdan yey [103]. 



 

 

262 



XI  əsr  Azərbaycan  Ģairi  Mənsur  Təbrizinin  əsərində  at  ilahi  bir  qüvvə, 

yenilməz  bir  varlıq  kimi  təqdim  edilir.  "At  gözəllik  mücəssəməsidir.  Onun 

eĢqindən  çoxları  yolunu  azmıĢdır.  Mən  ata  büt  kimi  təzim  edirəm.  Əbədiyyət  atın 

üstündə qərar tutmuĢdur. Gözəllik onda cəmlənmiĢdir. At sərt qayalara ayaq basdıqda 

dırnaqları  ilə  cığır  açır.  Bu  cığır  adlansa  da,  əslində  daĢ  üzərində  həkk  olunmuĢ 

naxıĢdır" [104]. 

XVII əsr kəndli hərəkatına baĢçılıq edən xalq qəhrəmanı Koroğlu taleyini 

ata bağlamıĢ, atla neçə-neçə döyüĢlərdə qələbə çalmıĢdır. 

 

Qıratım kiĢnəyib girər,  



Atılar meydan baĢına.  

Qılınc çəkib dəlilərim,  

Od ələr düĢman baĢına. 

 

Koroğlunun Qıratı  onun  yol-yoldaĢı,  sirr-sirdaĢı,  alınmaz  arxası olub. O, 



Qıratın yolunda neçə-neçə çətinliklər, məĢəqqətlərlə qarĢılaĢıb. 

 

Əzəldən bilsəydim sənin halını,  



ƏĢrəfidən kəsdirərdim nalını,  

Yüz gözələ toxudardım çulunu,  

Alma gözlüm, qız birçəklim Qırat, gəl! 

 

Koroğlu canından əziz bildiyi Qıratı, hər kəsdən üstün tutmuĢ, hər Ģeydən 



əvəzsiz saymıĢdır: 

 

Səksən min ilxıya, səksən min ata,  



Səksən min mahaldan gələn barata,  

Səksən min kotana, səksən min cütə,  

Səksən min kotanlı kala da vermə!  

Koroğlu dövlətin endirsin düzə,  

Say götür hamısın, səksən min yüzə.  

Səksən min gəlinə, səksən min qıza,  

Səksən min ərgənə, dula da vermə. 

 

Keçən  əsrlərdə  olduğu  kimi,  XVII-XVIII  əsrlərdə  də  atçılıq  inkiĢaf 



etmiĢdir.  Lakin  bu  inkiĢaf  XIX  əsr  və  XX  əsrin  əvvəllərində  daha  geniĢ  meydan 

almıĢdı.  1843-cü ildə  Azərbaycanın altı qəzasında 82075 at olduğu halda, 1858-ci 

ildə  onların  sayı  114086-ya  çatmıĢdı  [105].  XIX  əsrin  90-cı  illərində  Bakı 

quberniyasında  atçılıqda  baĢ  verən  artım  daha  çox  nəzərə  çarpır.  1898-ci  ildə 

burada 9962 baĢ at  var idi. 1897-ci ildə Yelizavetpol quberniyasında 91487 baĢ at 

olmuĢdu [106]. Lakin XX əsrin əvvəllərində at  tövlələri və at ilxıları əsasən varlı 




 

 

263 



kəndlilərə,  bəylərə,  iri  malikanə  sahiblərinə  məxsus  idi.  Atların  çoxu  da  onların 

əlində  cəmləĢmiĢdi.  Lakin  əhalinin aĢağı təbəqələrində də, az da olsa, at var idi.  XX 

əsrin əvvəllərində Azərbaycanda 150-200 min baĢ at olmuĢdur [107]. 

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda Qarabağ, Qazax, ġirvan və 

Quba atları daha məĢhur idi. 

Azərbaycanda çox qədimlərdən məĢhur olan Qarabağ atının tarixi hələlik qəti 

müəyyənləĢməmiĢdir. Lakin bir sıra dəlillərə əsaslanaraq, onun bu ərazidə üç min  illik 

tarixi  olduğunu  ehtimal  etmək  olar.  Əsrlər  boyu  bir  sıra  qonĢu  ölkələrlə  təmasda  olan 

Azərbaycan atının qanında  ərəb, iran, türkmən və baĢqa cins atların qanı olduğu  tamamilə 

qanunauyğundur.  Eyni  qarĢıhqlı  təsiri  Qarabağ  atı  haqqında  da  demək  olar.  Adını 

məskunlaĢdığı ərazidən götürən və Qafqazda ən qədim at cinsi olan Qarabağ atı öz təsirini 

daha geniĢ əraziyə yaya bilmiĢdir. 

Qarabağ atının atçılığın tarixindəki böyük rolunu S.Urusov belə qiymətləndirir: 

"Ġngilis təmizqanlı atı Avropa atçılığında nə kimi rol oynamıĢsa, Qarabağ atı da Asiya 

atçılığının inkiĢafında eyni əhəmiyyət kəsb etmiĢdir" [108]. 

XIX əsrin axırlarında D.Dubenski yazırdı: "Cənubi Qafqaz at cinslərinin sayca 

çox olmasına baxmayaraq, əslində bu cinslərin hamısı Qafqazın əsas cinsi olan Qarabağ 

atının nəsli dəyiĢmiĢ törəmələridir" [109]. 

Qafqazda, say etibarilə də an çox at Qarabağdadır. Orta əsrlər boyu bəslənib-

yetiĢdirilən Qarabağ atı XVIII-XIX əsrlərdə daha geniĢ ərazini bürümüĢ, cinsi  xeyli 

yaxĢılaĢdırılmıĢ  və  özünün  yüksək  inkiĢaf  mərhələsinə  çatmıĢdır.  Qarabağ  xanı 

Ġbrahimxəlil xanın 3-4 min cins atları təkcə Azərbaycanda deyil, həm də Türkiyədə məĢhur 

olmuĢdur. 1826-cı ildə 60 minillik Ġran ordusu Abbas Mirzənin komandanlığı altında Araz 

çayını keçərək Azərbaycana böyük ziyan vurmuĢ, çoxlu mal-qara və Qarabağ at ilxılarını 

Ġrana  aparmıĢdır.  Farsların  Qarabağa  hücumu  inkiĢafda  olan  at  zavodlarına  böyük  ziyan 

vurdu, örüĢlərdəki at ilxıları və at zavodlarındakı seçmə cins atlar Ġrana aparıldı [110]. Rus-

Ġran müharibələri dövründə kazak  zabitlərinin Ġran  və  Qarabağ atlarını Dona apardıqları 

xəbər verilir [111]. Qarabağdan Don, Zadon və Kalmık düzlərinə bir əsrdən artıq "qızıl 

axın" o  yerlərdə atların  yaxĢılaĢdırılmasına böyük  təsir  göstərmiĢdir.  Müasir  Don  atları 

görkəmi,  yaraĢığı  və  qızılı  rəngdə  olmalarına  görə  ilk  növbədə  Qarabağ  atlarına 

borcludur [112]. 

XIX  əsrin  birinci  yarısında  Qarabağda  cins  atları  olan  onlarla  at  zavodları 

olmuĢdur. Bu zavodlar adlı-sanlı varlılara məxsus idi. Azərbaycanlılara məxsus olan bu at 

zavodlarının  içərisində  Mehdiqulu  xanın  və  Cəfərqulu  xanın  zavodlarının  cins  atları 

daha  məĢhur  olmuĢdur.  1865-ci  ildə  Cəfərqulu  xanla  Ģəxsən  görüĢən  və  onun  atlarına 

valeh olan məĢhur rus fırça ustası V.VereĢagin sonralar öz xatirələrində yazırdı: "ġuĢada 

gördüyüm atların ən yaxĢısı Cəfərqulu xanın zavodundadır. Mən heç yerdə belə yaraĢıqlı 

atlara rast gəlməmiĢəm". 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra Natəvan atçılığın 

inkiĢafına xüsusi diqqət yetirir. S.Talizin bu haqda belə qeyd edir: "XurĢidbanu Natəvanın 

ġahbulaqda  yerləĢən  at  ilxısında  oldum.  Onun  ilxısındakı  atların  uca  boyuna  və  yaraĢıqlı 

görkəminə vuruldum" [113]. 



 

 

264 



M.Pridarkin  1923-cü  ildə  çıxan  əsərində  yazır:  "Heç  Ģübhəsiz,  Qafqaz  atları 

içərisində ən yaraĢıqlısı Qarabağ atlarıdır". 

XIX əsrin sonu  - XX əsrin əvvəllərində  keçirilən beynəlxalq  və  Ümumrusiya at 

sərgisi  və  müsabiqələrində  Qarabağ  atı  yüksək  qiymətləndirilmiĢ  və  mükafatlara  layiq 

görülmüĢdür. 1867-ci ildə Parisdə Beynəlxalq at sərgisində "Xan" adlı qızılı kəhər ayğır 

gümüĢ  medala  layiq  görülmüĢdür.  O  zaman  Əlcəzairdə  hərbi  xidmətdə  olan  polkovnik 

Mersiye "Xan" atına yüksək qiymət vermiĢdi: "Əlcəzairdə, hətta Ərəbistanda bu cür qızılı 

xallı, mütənasib bədənli və gözəl baĢ quruluĢuna malik olan bir ata rast gəlmək çətindir. O, 

yedəkdə  çox  nazlanır  və  Paris  qadınları  ona  məftun  olmuĢlar".  "Xan"  atı  mütəxəssislər 

tərəfindən  3500  franka  qiymətləndirilmiĢdi.  V.Ġ.Kontyev  "Xan"  və  "Əlyetməz" 

ayğırlarının  timsalında  Qarabağ  atlarının  Ġran  atlarından  üstün  olduğunu  və  təmizqanlı 

ərəb atları ilə eyni səviyyədə durduğunu qeyd edir [114]. 1869-cu il Moskva sərgisində 

"Meymun"  gümüĢ  medal  və  pul  mükafatı,  "Toxmaq"  bürünc  medal  və  "Səlbinaz" 

fərqlənmə diplomuna layiq görülmüĢdü [115]. 1872-ci il sərgisində "Bayram" adlı ayğır 

üçüncü pul mükafatına layiq görülmüĢdü. Bu atı V.Ġ.Kontyev ahuya bənzətmiĢdir. Qarabağ 

atının gözəlliyi M.Y.Lermontovu da ilhama gətirmiĢdir: 

 

Yəhərə salınmıĢ ipəkdən naxıĢ  



Qantarğası ondan geri qalmamıĢ.  


 

 

265 



Köhləni altında cilov gəmirir,  

Bu at Qarabağın yetirməsidir. 

 

Qarabağ  atları  rahat  və  sürətli  yeriĢlərinə  görə  səciyyələnirlər.  Onların 



yeriĢi  cəld  geniĢ  və  yaraĢıqlıdır.  Qarabağ  atının  yeriĢ  sürəti  saatda  7-9  km-ə 

qədərdir. Qutten-Çapski yazır ki, Qarabağ atı düzənlikdə qaçarkən baĢqa atlardan 

geri qalsa da dağlıq Ģəraitindəki yürüĢdə hamısını keçir" [116]. Qarabağ atının dağ 

Ģəraitində xüsusi davamlılığı haqda V.A.Çudovski daha maraqlı məlumat verir. O 

qeyd  edir  ki,  bizim  hərbi  hissələrimiz  Cənubi  Qafqazda  olarkən  bütün  alayların 

zabitlərinin çoxu Qarabağ atını minirdi. Bu atlar dözümlüdür, yerli Ģərait üçün çox 

qiymətlidir [117]. 

Qarabağ  atının  yaraĢıqlı  bədən  quruluĢu  vardır.  Onun  eksteryeri  belədir: 

"Bədəni ümumiyyətlə quru və möhkəm; baĢı olduqca yaraĢıqlı, quru; kəllə, alın və 

burun sümükləri çox inkiĢaf etmiĢ, gözləri qabarıq və alovlu; boynu orta uzunluqda 

(hətta  bir  qədər  gödək)  və  dikduruĢlu;  cidovu  orta  hündürlükdə,  lakin  sağrı 

dikliyindən hündür, dalı və beli düz, gödək, enli, əzələləri yaxĢı inkiĢaf etmiĢ, sağrısı 

girdə,  yaxĢı  inkiĢaf  etmiĢ;  döĢü  və  ümumiyyətlə,  gövdəsi  enli;  ayaqları  quru,  orta 

sümüklü, möhkəm və gen duruĢlu; dırnağı kiçik və möhkəm, konstitusiyası (bədən 

quruluĢu  tipi)  möhkəm,  əzələ-tənəffüs  tipli;  məzası  coĢqundur.  Hərəkəti  rahat,  hündür  və 

çevikdir.  Bu  atların  ilxı  Ģəraitində  saxlanılması  onların  sağlam  və  davamlı  olmasına  səbəb 

olmuĢdur. Qarabağ atı ortaboylu, cidov hündürlüyü 140-dan 150 sm-ə qədər olmuĢdur" 

[118]. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

266 



Qarabağ  atı  Ərəb,  Ġran  və  türkmən  atları  ilə  qismən  çarpazlaĢmıĢdır.  Lakin 

Qarabağ  atının  üç  əsas  tipdən  ibarət  olduğu  qeyd  edilir.  Onlardan  "Meymun", 

"Qarnıyırtıq" və "Əlyetməz" at tipləri haqqında xeyli məlumat vardır. 

"Meymun" ayğırının nəslindən olan atların alnı enli, sifəti və gövdəsi uzunsov-

dur. Sağrısı yaxĢı inkiĢaf etmiĢ bu tip atlar uzaqdöyən və davamlı olmaqla yanaĢı, həm də 

nisbətən sakit olmuĢlar. "Əlyetməz" tipinə mənsub olan atlar isə çox yaraĢıqlı, dikduruĢlu, 

irigözlüdür.  HəmiĢə  hərəkətdə  olmağı  sevir,  rəvan  yeriĢilə  səciyyələnir.  Bu  tip  at  tez 

qaçmaqda və yaxın məsafəni tez qət etməkdə o biri tiplərdən üstünlük təĢkil edir. Lakin 

uzaq  məsafəni  döyməkdə  qüvvəsini  itirir  və  sürətini  xeyli  azaldır.  Bu  üç  əsas  at 

tipindən  baĢqa  "sarılar",  "sarılar  cinsi"  "cins  sarılar"  adlı  at  tiplərinin  də  olduğu  qeyd 

edilir [119]. XIX əsrin əvvəllərində Qarabağ atına Axaltəkə atının qanının qarıĢmasından 

"Təkə-Ceyran" adlı yeni bir tip - Qarabağ atı yaranmıĢdır. XIX əsrdə "Toxmaq" adlı bir 

at tipi də məlumdur. Bu at tipi davamlı olub, yeriĢi iti, rəngi qızılı-sarı, yalı və ayaqları 

qara olmuĢdur. XIX əsrin ikinci yarısında Qarabağ atının Kabardin və təmizqanlı minik 

atlarının  cütləĢməsindən  "ġahmar",  "Durnalar",  "Ağcidalı",  "Alagöz"  adlı  nəsilləri 

olmuĢdur [120]. 

Qərbi Azərbaycanda qədimdən geniĢ yayılmıĢ at cinsi Qazax atıdır. Bu at qis-

mən Ermənistan və  Gürcüstan ərazisində də  yayılmıĢdır.  Adını geniĢ  yayıldığı  ərazidən 

götürən Qazax atının tarixi və səciyyəvi cəhətləri haqqında çox az məlumat vardır. Qazax 

at  cinsinə  "Dilboz"  və  "Haçadil"  də  deyirlər.  Əslində  bu  cins  eyni  kökdən  yaranaraq 

müəyyən səbəblərə görə müxtəlif adlar daĢımıĢlar. Lakin bu cinsin ən xalisi "Dilboz" 

atları hesab edilir. Bu cəhət də ona xüsusi qulluq və döl məsələsinə ciddi münasibətdən 

irəli gəlmiĢdir. Qazaxın Xanlıqlar kəndində  olan tanınmıĢ Dilbozlar nəsli uzun müddət 

Qazax atının cinsləĢməsinə qayğı göstərmiĢ və ona öz adını vermiĢdir. Dilboz qorxmaz, 

cəsarətli,  sözü  üzə  açıq  deyən  mənasını  daĢıyır.  Lakin  Qazax  atına  "Haçadil"  adının 

verilməsi məsələsi hələlik izahsız qalır. Bəziləri atın dilinin ucunun haça olması ilə izah 

edirlər ki, bu da əslində düz deyildir. Haçadil talıĢ dilində buynuzlu mənasını verir. Bəlkə də 

bu cəhət həqiqətə daha yaxındır. ġübhəsiz, bu deyilənlər ehtimal xarakteri daĢıyır və özü-

nün gələcək həllini gözləyir. 

XVIII-XIX əsrlərdə  geniĢ  yayılan  Qazax  atı  haqqında  məlumat  son dərəcə azlıq 

təĢkil  edir.  A.Rudentovski  qeyd  edir  ki,  "...Qazax  cinsi  Qazax  qəzasında  böyük  Ģöh-

rətlənmiĢdir. Əslində bunlar da Qarabağ cinsindəndir. YaraĢıq etibarilə Qarabağ  atından 

geri  qalan  bu  atın  rəngi  də  qızılı  deyildir.  Lakin  Qazax  atı  davamlı,  qoĢquda  əlveriĢli 

olmaqla  bərabər,  minikdə  yüngül  və  möhkəmdir.  Qarabağ  atından  sonra  yüksək 

qiymətləndirilir və geniĢ istifadə edilir" [121]. 

Bu münasibətlə D.Dubenskinin yürütdüyü mülahizələr də maraq doğurur. Onun 

fikrincə,  "Qarabağ  atının  nəsli  pozulmuĢlarının  ən  Ģöhrətlisi  Qazax  atlandır.  Lakin  bu  at 

dözümlü və dağlıq Ģəraitində minik üçün möhkəm olması ilə səciyyələnir [122]. 

Dolboz cinsi yaxĢı keyfiyyətli minik atlarıdır. Dözümlülüyü etibarilə hətta Qara-

bağ atlarından da üstündür [123]. 

Qazax atları saatda 7-8 km yol qət edir. Bəzən daha çox gedən atlar da vardır. 



 

 

267 



Bir gündə 60-70 km yol gedə bilir. 

Azərbaycanda Ģöhrət tapan at cinslərindən biri də ġirvan atıdır. Lakin bu atın 

mənĢəyi, yayılma arealı, iĢ keyfiyyəti və eksteryeri haqqında məlumat son dərəcə azlıq 

təĢkil edir. "ġirvan atı da Azərbaycanın yerli at cinslərindən biri olmuĢdur" [124]. Yəqin ki 

ġirvan atına Qarabağ və Quba atlarının təsiri olmuĢdur. Alman tədqiqatçısı K.Freytaq 

ġirvan atı haqqında yazır: "ġirvan atları quruluĢu və yaraĢığına görə öz əcdadlarına az 

oxĢayır. Lakin bir qayda olaraq onlardan sürəti, davamlı və çevikliyilə seçilir. Bu atları 

rus süvariləri, xüsusilə yüksək rütbəli zabitlər böyük həvəslə götürürdülər" [125]. 1891-

ci  il  siyahıyaalınmaya  görə  ƏrəĢ  və  Göyçay  qəzalarında  beĢ  yüz  baĢ  ġirvan  atı 

olmuĢdur [126]. 

Quba atları Bakı və ġamaxı qəzaları ilə yanaĢı, Dərbənd və baĢqa qonĢu ərazi-

lərə də yayılmıĢdı. Quba atları rahat yorğa yeriĢilə baĢqalarından fərqlənir. 1891-ci ildə 

Quba qəzasında 37 ilxının varlığı qeydə alınmıĢdı. Ġ.Ġ.Kaluginin fikrincə, Quba  yorğaları 

müəyyən dərəcədə yerli atın qanı qarıĢmıĢ HəĢtərxan yorğalarıdır [127]. Bu ata monqol 

atının  təsiri  olduğunu  qeyd  edənlər  də  var.  Lakin  K.Səttarzadə  daha  qiymətli  fikir  irəli 

sürərək Quba atlarını Azərbaycan atlarının bir qolu hesab edir. Azərbaycanda at ilxıları il 

boyu açıq havada, yayda yaylaqda, soyuqlar düĢəndə isə qıĢlaqlardakı örüĢlərdə otarılırdı. 

Ġlxını təhlükədən qorumaq üçün dağ və aranda yerli materiala uyğun olaraq daĢ, ağac, qamıĢ 

və  ya  qaratikandan  düzəldilmiĢ  dairəvi  və  ya  uzunsov  xalxallarda  saxlayırdılar.  Əksər 



 

 

268 



hallarda isə  ilxı  yaĢayıĢ  məntəqəsinin səmtində  münasib  yerdə açıq havada saxlanılırdı. 

Lakin zavod atları, döllük ayğırlar, boğaz madyanlar və gündəlik minikdə istifadə edilən 

atlar tövlə Ģəraitində saxlanaraq onlara xüsusi qulluq göstərilirdi. 

Açıq havada olan at ilxılarına o qədər də qulluq göstərilmirdi. Yalnız qıĢ soyuq 

keçəndə və yer qarla örtüləndə ilxıya quru ot və baĢqa alaf verilirdi. Lakin tövle Ģəraitində 

saxlanan atlara xüsusi qulluq göstərilir və onlar müxtəlif növ yemlə təmin edilirdi. Tövlədə 

bəslənən  ata  ot,  saman,  arpa,  yonca  və  baĢqa  keyfiyyətli  yem  verilirdi.  Lakin  bunların 

içərisində ən keyfiyyətlisi arpa sayılırdı. "Arpa yeyən at tez  mənzil döyər" atalar sözü 

təsadüfi  deyilməmiĢdir. Tövlə  Ģəraitində  ata  2-3  dəfə  alaf  və  iki  dəfə  su  verilir.  Ġstər  ilxı, 

istərsə də tövlə Ģəraitində saxlanılan atlara yazda aranda. yayda yaylaqlarda duz verilirdi. 

Adətən, parça duz müəyyən sahəyə qoyulur, at gəlib onu yalayırdı. 

Tövlə Ģəraitində saxlanılan atların təmizliyinə xüsusi diqqət yetirilirdi. At gündə iki-

üç  dəfə  qaĢovlanır  və  ona  tumar  çəkilirdi.  Atın  yalı  və  quyruğu  barmaqla  Ģanalanaraq 



 

 

269 



təmizlənirdi. Bəzən də su ilə yuyulurdu. Atın altı bir neçə dəfə kürünür, saman, peyin və 

baĢqa Ģeylə qurudulurdu. 

Atın xüsusi yaraĢıq alması və hava Ģəraiti ilə əlaqədar çuldan istifadə edilirdi. Çul 

yun, pambıq və bəzən də ipəkdən hazırlanırdı. Çulu yerli toxucular özləri toxuyur və   onu 

müxtəlif naxıĢlarla bəzəyirdilər. 

Düzbucaqlı  quruluĢda  olan  çulun  yanları  saçaqlı  qotazlarla  hörülürdü. 

Hava sərinləĢəndə çul atın belinə salınır, isti olanda götürülürdü. 

Çox  qədim  zamanlardan  atı  yükləmək  və  qismən  də  minmək  üçün  ona 

palan  vurulurdu.  At  üçün  düzəldilən  yumĢaq  palan  keçədən  düzəldilərək  içərisi 

yunla,  bəzən  də  samanla  doldurulurdu.  Əvvəlcə  atın  belinə  tərlik,  üstündən  isə 

palan  qoyulurdu.  Palanın  atın  belindən  sürüĢüb  düĢməməsi  üçün  ona  yun  örkən 

dolayırdılar. Örkən atın belindən keçirilərək qarnının altında möhkəmlənir, quĢqun 

və döĢlüyündə çarpazlaĢdırılırdı. 

 

Cins ərəb atları yəhəri qızıl 



 Xata qulamları kəməri qızıl [128]. 

 

Minik atlarına çox vaxt "ərəb yəhəri" deyilən yerli yəhər vurulurdu. Yerli 



sərraclar  tərəfindən  hazırlanan  belə  yəhər  bir  neçə  əsas  hissədən  ibarət  olur. 

Yəhərin əsasını təĢkil edən ağac hissəsinin hər iki ucunda ağac qaĢları (baĢlıqları) 

olur.  Bəzən  varlılara  məxsus  yəhərlərin  qaĢları  müxtəlif  naxıĢlar,  sümük,  Ģirmayı 

və  əlvan  metalla  bəzədilirdi.  Yəhərin  qabaq  tərəfinə  döĢlük  və  arxa  tərəfinə 

qayıĢdan quĢqun düzəldilirdi. Bu, yəhərin irəli və geri sürüĢməsinin qarĢısını alırdı. 

QuĢqun  və  sinəbəndin  üzəri  bəzi  hallarda  bürünc  və  gümüĢdən  düzəldilmiĢ 

müxtəlif  quruluĢlu  əĢyalarla  bəzədilirdi.  Yəhərin  ağac  hissəsinin  belinə  aĢılanmıĢ 

dəridən yastı qoyulur. Yastığın içi yunla doldurulurdu. Yəhərin hər iki tərəfindən 

üzəngi asılır. Üzənginin asması qayıĢda ayaqlıqları metaldan olur. Üzəngi həm ata 

minməyə  Ģərait  yaradır, həm  də  minənin tarazlıq və  rahatlığını təmin edir. Bəzən 

yəhərin  yastığının  quruluĢuna  müvafiq  xalça  da  toxunur.  Atın  belinə  əvvəlcə 

keçədən  tərlik,  təkaltı  qoyulur.  Bu,  atın  belini  yəhərin  basmaması  üçündür.  Yerli 

sərracların  düzəltdikləri  yaraĢıqlı  yəhərlər  bir  sıra  səyyah,  alim  və  yazıçıların 

diqqətini  cəlb  etmiĢdi.  Bu  baxımdan  1858-ci  ildə  ġəkidə  olan  fransız  yazıçısı 

Aleksandr  Dümanın  fikri  daha  maraqlıdır.  O,  "Qafqaz"  əsərində  yazır  ki,  mən 

ġəkidən üstü tikməli bir yəhər aldım. Bu cür yəhəri heç bir ölkədə, hətta Fransada 

tapa bilmədim. 

At ləvazimatı içərisində yüyənin öz yeri var. Atı idarə etmək üçün istifadə 

edilən  yüyən  gəm  və  qayıĢ  hissədən  ibarətdir.  Atın  yüyəninə,  bəzən  də  boynuna 

zınqırov  asılır.  Zınqırov  təkcə  yaraĢıq  üçün  olmayıb,  həm  də  atın  hazır,  oynaq 

vəziyyətdə  olmasını  təmin  edir.  Əksər  hallarda  varlılara  məxsus  atların  yəhəri  kimi 

yüyənin də müəyyən hissələri əlvan metaldan hazırlanan əĢyalarla bəzədilirdi. 

Nizami  Gəncəvinin  əsərlərində  at  ləvazimatı,  xüsusilə  yüyən  haqqında 



 

 

270 



xeyli məlumata rast gəlirik. 

 

Yorğa at belində qızıldan yüyən. 



 Yüyənin bəzəyi əlvan gövhərdən [129]. 

 

Azərbaycanda 



atların 

minik  və  yük  üçün  öyrədilməsi 

etnoqrafik  baxımdan  daha  çox 

maraq doğurur. Bir qayda  olaraq, 

atın  öyrədilməsi  onun  mülayim 

olub-olmamasından çox asılıdır. At 

2  yaĢ  yarıma  çatanda  onu  minik 

üçün öyrətmək olar. Lakin onun 3-

4  yaĢlarında  olanda  minik  üçün 

öyrədilməsi  daha  düzgündür.  Bu 

yasada  atın  bədən  quruluĢu  tam 

inkiĢaf  edir,  ayaqları  möhkəm, 

ürəyi  təpərli  olur.  Ona  görə  də 

babalarımız  "Atı  birində  bəslə, 

ikisində  gözlə,  üçündə  min, 

dördündə  oldu  at,  olmadı  sat",  və 

ya "Birində daydı, ikisində zaydı, 

üçündə  itirər,  dördündə  yetirər" 

demiĢlər. 

Adətən, atın öyrədilməsi 

münasib 

Ģərait 


və 

vaxtla 


əlaqədardır.  Bir  qayda  olaraq  nəzərdə  tutulan  atı  öyrətmək  üçün  ilxı  münasib 

sahəyə  aparılır.  Öyrədiləcək  at  kəməndlə  tutulur.  Kəmənd  bir  qayda  olaraq 

sicimdən  düzəldilir.  Kəmənd  atan  sicimin  bir  ucunu  sol  qoluna  dolayır,  digər 

ucunu  ilmək  düzəldib  atın  baĢına  atır.  Atın  baĢı  kəməndə  keçəndə,  kəmənd  atan 

sicimi özünə tərəf çəkir. Dərhal ona kömək göstərir, atı saxlayırlar. Ġlxıdan tutulan 

atı qaranlıq tövləyə salır və bir neçə gün ac-susuz saxlayırlar ki, at taqətdən düĢsün, 

sonra  atı  öyrədən  onu  tövlədən  çıxarıb  bir  neçə  gün  yedəkdə  gəzdirir.  Bəzən 

sicimin ucuna iri kötük və ya ağır daĢ bağlayırlar. At onu dartıb sürüyür və gücdən 

düĢür.  Bəzən  də  xam  atın  belinə  içi  ağır  Ģeylə  doldurulmuĢ  xurcun  aĢırılır  və 

yedəkdə  gəzdirilir.  At  tədricən  ram  edilir.  Əvvəlcə  çılpaq,  sonra  çul  və  nəhayət, 

yəhər  qoyulub  minilir.  Bütün  bu  görülən  tədbirlərdən  sonra  xam  at  öyrədilərək 

minik, yük və qoĢquda istifadə edilməyə baĢlayır. 

 

Dedi: - Ġstəyirsən xam atın əgər,  



Belinə minməyə qoyasan yəhər,  


 

 

271 



Ram olmuĢ dayçanı iki yol, üç yol,  

Yəhərlə, önündə tumarla bol-bol.  

SoruĢ atçılardan tərs atı, xamı,  

Belə ram eyləyər, öyrədər hamı [130]. 

 

Atın nalsız minilməsi, demək olar ki, qeyri-mümkündür. Bu vəziyyətdə atın 



ayağı  zədə  alır  və  nəticədə  xəstəliyə  düçar  olur.  Ona  görə  də  nallanmamıĢ  atı 

minmək qəbahət sayılır. Atı nallayan nalbəndin əsas alətləri kəndir, çəkic, kəlbətin, 

yiyə və dartıdan ibarətdir. Kəndir atın ayağını tutmaqdan, çəkic nalın mıxını döyüb 

bərkitməkdən,  kəlbətin  atın  dırnağına  əyri  gedən  mıxı  çıxartmaqdan,  yiyə  mıxı 

itiləməkdən, dartı atın dırnağını yonub düzəltməkdən ötrü iĢlədilir. 

At iki qaydada nallanır. Onlardan biri sadə və daha geniĢ yayılmıĢdır. Bu 

qaydada atın ayağının buğumuna möhkəm kəndir keçirilərək qaldırılıb diz üstündə 

saxlanır. Nalbənd atın dırnağının artıq  və  çürümüĢ hissələrini dartı ilə  təmizləyib 

düzəldir. Nal atın ayağına ifcin geyindirilərək mıxlar aĢağıdan yuxarıya vurulur. Digər 

at  nallama  qaydası  çarmıx  adlanır.  Bu  qayda  xüsusi  hazırlanmıĢ  qurğuda  icra 

olunur.  Qurğu  dörd  iri  diametrli  ağacdan  ibarətdir.  Təxminən  3  m-ə  qədər  olan 

dirəklər yerə dərin basdırılır və üç tərəfdən bir-birinə qollar vasitəsilə bərkidilir. Atı 

nallamaq  üçün  çarmıxa  çəkdikdə  onun  belinə  kəmər  keçirilib  ayaqları  yerdən  bir 

qədər üzülənə qədər qaldırılır. Atın baĢı çarmıxın ön hissəsinə bağlanır və yuxarıda 

göstərilən  qaydada  nallanır.  Adətən,  çarmıxda  dəliqanlı,  nallanmaya  çətin  gələn 

ürkək atlar daha çox nallanır. 

Babalarımız demiĢkən "Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər 

bir eli qurtarar". 

At  xalqımızın  sevib-bəslədiyi,  ehtiram  göstərib  əzizlədiyi  müqəddəs 

heyvan  olmuĢdur.  Bununla  əlaqədar,  xalqımız  arasında  xeyli  maraqlı  əhvalatlar, 

adət-ənənələr  vardır.  Əsasən  təsərrüfatla  bağlı  olan  atdan  yük  daĢımaq,  qismən 

qoĢqu  və  xüsusilə  minikdə  daha  geniĢ  istifadə  edilmiĢdir.  Atı  satmaq  və  bəxĢiĢ 

məqsədilə də saxlamıĢlar. 

"Bir  qulunlu  at,  bir  erkək  at",  "yəhərli-yüyənli  at",  "bir  ilxı  at‖ 

bağıĢlanması  hallarına  xalq  yaradıcılığı  nümunələrində  tez-tez  rast  gəlinməsi  bu 

baxımdan maraqlıdır. 

At minilliklər boyu atlılar xalqı kimi tanınan azərbaycanlıların hafizəsində 

canlı  həqiqət,  həm  də  əfsanəvi,  sirli  bir  varlıq  olaraq  yaĢamıĢdır.  Xalqımız  atı 

bakirəlik,  gözəllik rəmzi saymıĢ, onu həmiĢə  müqəddəsləĢdirib, vətənlə, namusla, 

övladla,  igidlə,  qardaĢla,  dostla  bərabər  tutmuĢdur.  "Əsl  dost  yəhərli  ata  bənzər" 

demiĢlər. Atın düĢmən tərəfindən oğurlanması, xüsusilə yalının və ya quyruğunun 

düĢmən tərəfindən qırxılması namusla bərabər tutulmuĢdur. 

 

Yar gələr bədöv atda,  



Arxalığı göy, qatda. 


 

 

272 



 Ġgid oğul bəd gündə  

Ya atda, ya yer altda. 

 

BaĢqa bir bayatımızda isə at övladla bir tutulur: 



 

Mən öldüm, anam qaldı.  

Oduma yanan qaldı.  

Bir balam, bir də atım, 

 Mənim niĢanəm qaldı. 

 

Xalqımız mərd igidin adını köhlənlə qoĢa çəkibdir: "YaxĢı at minən igid, 



ümidin  ata  bağlar",  "Atı  adı  ilə,  igidi  od  ilə",  "At  -  igidin  yoldaĢıdır",  "At  ölər 

meydan qalar, igid ölər - ad-san", "YaxĢı igid dalı gözlər, yaxĢı at qabağı" deyiblər. 

Bəzən  toylarımızda  oğlana  günəĢ  rəmzi,  aydınlıq  Ģöləsi  kimi  qırmızı  at 

bağıĢlayıblar  ki,  onun  quracağı  yeni  həyat  nurlu-iĢıqlı  olsun,  xoĢbəxtliyə  qovuĢsun. 

Bəzən də ağ at bağıĢlanırdı ki, yeni həyat ülviliyə qovuĢsun, ay kimi ləkəsiz olsun, ağ 

günə  çıxsın,  həmiĢə  əmin-amanlıq  olsun.  Gəlinlərin  libaslarına  at  yalı  qoyub 

tikirdilər ki, qədəmləri yüngül, düĢdüyü yerin istəklisi olsun. Gəlinin uĢağı olmayanda 

və ya olanda onun paltarına at qılı tikərdilər ki, uĢağı olsun, oğlan doğsun, arzusu 

kama yetsin. 

Ġnsanı cavan saxlayan, qürurlu və  ümidli edən at  tarixi döyüĢlərin səngər 

qalası,  qələbə  Ģöləsi,  xalq  oyunlarının  gözəlliyi,  cıdırların  yaraĢığı  olmuĢdur.  At 

əsrləri  əsrlərə  calayar,  eli  ellə  görüĢdürər,  obaları,  oymaqları,  nəsilləri-kökləri 

ĢöhrətləndirərmiĢ.  At  yaraqdır,  min  arzudur,  min  diləkdir.  At  ağır  yara  alanlara 

həmdəm  olar,  düĢmənin  pəncəsindən  alıb  qaçaraq,  el-obaya  çatdırarmıĢ.  O  da 

bəllidir  ki,  at  sahibi  öləndə  yas  saxlar,  tez-tez  qəbri  üstə  gedər, dırnağı  ilə  hirsli-

hirsli yer sovurar, kiĢnərti qoparar, göz yaĢı tökərmiĢ. 

XIX  əsrdə  Azərbaycanda  böyük  ilxı  sahiblərindən  biri  ölüm  ayağında 

oğlunu yanına çağırıb vəsiyyət etmiĢdir: "Oğul,  mən öləndə qəbrimi köç  yolunun 

üstündəki düĢərgələrdən birində qazdır. El dağa köçəndə, arana dönəndə ilxını bir 

neçə  dəfə  qəbrimin  baĢına  dolandır.  Qoy  atların  ayaq  səsindən,  kiĢnərtilərindən 

qəflət yuxusundan baĢ qaldırım" deyib gözlərini həmiĢəlik yumur. 

Dərin  ehtiram  əlaməti  olaraq  atın  insan  kimi  kəfəndə,  yar-yaraĢığı  ilə 

birlikdə dəfn edilməsi və ya sahibi ilə eyni qaydada bir yerdə basdırılması halları 

xalqımızın çoxəsrlik tarixindən məlumdur. 

Atın  təzə  doğulanı  dayça,  altı  aylığına  daylaq,  üç  illik  erkəyinə  üryə, 

diĢisinə  qulan,  dördyaĢarına  at  (erkəyinə),  madyan  (diĢisinə),  döllük  ata  ayğır 

deyilir. Ayağı ala ata alapaça və ya səkil at, sarıya çalan ata kürən, qızılı-boz çalarlı 

isə səmənd at adlanır. Qırmızı rəngli at günəĢ, ağ rəngli at uğur rəmzi hesab edilir. 

Belə bir fikir vardır ki, atın tez duyub, tez eĢitməsi guya onun qulağının 

kiçik olması ilə əlaqədardır. Bu cəhət atın ürkək və həssaslığının daha da artmasına 




 

 

273 



Ģərait  yaratmıĢdır.  At  zəlzələnin  baĢ  verəcəyini  daha  tez  duyur.  Bu  əsnada  at  bir 

qayda olaraq yalını tökür, yerində ayaq döyür, o yana, bu yana ləngərlənir, gah da 

qaçır kiĢnəyir, Ģahə qalxır. 

Deyilənlərə görə yuxuda at görən muradına çatar. Ġl at üstə gələndə əmin-

amanlıq olar, bolluq yaranar, arzular kama yetər. Adətən, bərəkətli taxıl zəmilərini 

bədnəzərdən, qurd-quĢdan qorumaq üçün sahəyə at kəlləsi sancılır. Qapıya at nalının 

vurulması da bədnəzərdən yayınmaq üçündür. 

Atla bağlı xeyli atalar sözləri vardır ki, onların hər biri dərin məna və məzmun 

kəsb  edir:  "Dünyada  üç  Ģey  yaxĢıdı,  yaxĢı  oğul,  yaxĢı  arvad,  yaxĢı  at".  Bu  hikmətli  el 

kəlamlarından  aydın  olur  ki,  ailədə  arvad,  nəqliyyatda  at  eyni  dərəcədə  vacib  və  böyük 

üstünlüklərə malikdir. At təkcə arzu deyil, həm də insana Ģuxluq, rahatlıq, iman və cəsarət 

bəxĢ edir, onu gümrah saxlayır. "At minəndə vərəm olmaz" kəlamı bu baxımdan çox Ģey 

deyir.  "At  minənindir,  qılınc  bağlayanın".  "YaxĢı  at  özünə  qamçı  vurdurmaz"  el 

sözündə təkcə atla deyil, həm də nəsihətnamə, təlim-tərbiyə  ilə    bağlı  mətləblər  vardır: 

"Özgə  atına  minən  tez  düĢər".  Qaydaya  görə,  keçmiĢdə  hər  ailənin  öz  atı  olarmıĢ.  At 

rəmzi papaq, hünər rəmzi qılınc-qalxanla eyniləĢdirilərmiĢ. "At minicisinə baxar kiĢnər" 

atalar sözü də bu baxımdan dərin məna kəsb edir. Ulularımız ata xüsusi qulluq göstərmək, 

onun hər an qayğısına qalmağı da tövsiyə etmiĢlər:  "Ata  minəndə  özünü,  atdan  düĢəndə 

atını unutma", yaxud "Atı əllə yox, arpa ilə tumarla". 

Atçılıq  minilliklər  boyu  xalqımızm  məiĢətində  mühüm  rol  oynamıĢ  və  ən 

müqəddəs və etibarlı heyvan sayılmıĢdır. 

 

 



 

 

 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin