A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə30/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   26   27   28   29   30   31   32   33   ...   102
 

 

 

 

 

 

QARAMAL 

 

Azərbaycanda qaramalın tarixi qoyunçuluğun tarixi qədər qədim olub, hələ Neolit 



dövründən təĢəkkül tapmıĢdır. Neolit dövründə yerli əhalinin oturaq həyat tərzi keçirməsi 

qaramaldan  daha  geniĢ  Ģəkildə  istifadə  etmələrini  zəruri  etmiĢdir.  Bu  dövrdə  qaramal 

naxırları  daimi  yaĢayıĢ  yerinin  ətrafında  otarılmıĢ  və  əsasən  onun  ətindən,  südündən, 

gönündən və qismən də sümüyündən istifadə edilmiĢdir. Aydın məsələdir ki, maldarlığın 

bu mərhələsində oturaq maldarlıq heyvanların otarılması üçün lazımi təbii-coğrafi Ģəraitin 

olduğu  yerlərdə  inkiĢaf  edə  bilmiĢdir.  Belə  bir  münasib  Ģəraitin  Azərbaycan  ərazisində 

həmin dövrdə olduğunu qeyd etmək olar. 

Azərbaycanda Neolit dövrünə aid müxtəlif xarakterli abidələrdən aĢkar edilən 

maddi-mədəniyyət  qalıqları  həmin  dövrdə  qaramalın  olmasını  və  ondan  istifadə 

edilməsini təsdiq edir. Neolit dövrünə aid arxeoloji materiallardan aydın olur ki, bu  sahə 

təsərrüfatda  əsas  yerlərdən  birini  tutmuĢdur.  Azərbaycanda  Neolit  dövründə  də  qaramal 

naxırları, demək olar ki, maldarlıqda öz aparıcı rolunu saxlamıĢdır. Lakin təxminən Neolit 

dövrünün  inkiĢaf  etmiĢ  mərhələsindən  köçmə  maldarlıqla  əlaqədar  xırdabuynuzlu 

heyvanlar  tədricən  üstünlük  təĢkil  etməyə  baĢlamıĢdır.  Lakin  həmin  dövrdə  də  coğrafi 

Ģəraitlə  əlaqədar  qaramal  naxırları  öz  aparıcı  mövqeyini  bəzi  zonalarda  saxlaya 

bilmiĢdir. 

Azərbaycanda Tunc dövründən, daha doğrusu, e.ə. III minillikdən qaramal mal-

darlıqda  ikinci  yerə  keçmiĢdir.  Lakin  bu  sahə  də  tədricən  öz  inkiĢafını  davam  etdirmiĢ, 

əhalinin maldarlıq məhsulu ilə təmin edilməsinə geniĢ imkan yaratmıĢdır. Bunu Kür-

Araz  arxeoloji  mədəniyyətinə  aid  abidələrdən  aĢkar  edilən  osteoloji  qalıq  və  maddi-

mədəniyyət abidələrindən tapılan əĢyalar təsdiq edir. Bu baxımdan Naxçıvan ərazisində 

Kültəpə  [52]  və  Qazax  rayonu  ərazisindəki  Baba  DərviĢ  yaĢayıĢ  yerlərindən  tapılan 




 

 

245 



materiallar böyük əhəmiyyətə malikdir. 

Kür-Araz mədəniyyəti dövründə qaramaldan həm də qoĢqu qüvvəsi kimi geniĢ 

istifadə  edilmiĢdir.  Əkinçiliyin  intensiv  inkiĢafı  nəticəsində  öküzdən  yerin  Ģumlanması, 

dənin döyülməsi və məhsulun daĢınmasında istifadə edilmiĢdir. 

Dəmir dövründə maldarlıq təsərrüfatında iribuynuzlu heyvanlar əvvəlki möv-

qeyini  saxlamıĢdır.  Qaramaldan  əsas  qoĢqu  qüvvəsi,  ətlik  və  südlük  kimi  geniĢ  istifadə 

edilmiĢdir. Lakin bu dövrdə əhalinin artımı ilə əlaqədar və geniĢ sahələrdə təsərrüfatın 

daha da inkiĢaf etdirilməsi qaramala olan tələbatı da artırmıĢdır. 

Urartu çarı I ArgiĢti e.ə. 786-764-cü illərdə Cənubi Qafqazdan 10478 baĢ iri-

buynuzlu  heyvan  aparmıĢdır  [53].  Digər  Urartu  mixi  yazılarından  aydın  olur  ki,  e.ə. 

VIII əsrin ortalarında hakimiyyətdə olan I ArgiĢtinin oğlu II Sardur da Cənubi Qafqazdan 

bir il ərzində 40353 baĢ qaramal aparmıĢdır [54]. Urartu çarlarının  Qafqaza yürüĢləri 

zamanı 110 min baĢ iribuynuzlu heyvan aparıldığı qeyd edilir [55]. 

Göstərilənlərdən aydın olur ki, qaramal Cənubi Qafqaz, o cümlədən Azərbaycan 

ərazisində  e.ə.  I  minillikdə  geniĢ  yayılmıĢ  və  əhalinin  təsərrüfat  məiĢətində  xüsusi 

əhəmiyyət kəsb etmiĢdir. 

Manna ən qədim Azərbaycan dövləti kimi e.ə. IX əsrdə təĢəkkül tapmıĢdır. Bu 

qədim və mədəni dövlətin ərazisində əkinçilik və maldarlığın daha geniĢ Ģəkildə inkiĢaf 

etdiyini bir sıra  mixi  yazılar sübut edir. Urartu çarı I ArgiĢti e.ə. 779-cu ildə Manna və 

BuĢtu  ölkələrinə  hücum  edərkən  baĢqa  qənimətlərlə  yanaĢı,  22529  baĢ  iribuynuzlu 

heyvan aparmıĢdır [56]. 

Aydın  məsələdir ki, göstərilən rəqəmlər Cənubi Qafqaz, o cümlədən Azərbay-

candan aparılan iribuynuzlu heyvanların çox az bir hissəsini təĢkil edir. Ona görə də həmin 

ərazidə vaxtilə saysız-hesabsız qaramal naxırlarının olması Ģübhə doğurmur. Çox güman 

ki,  qədim  Atropatena  və  Albaniya  torpaqlarından  vaxtilə  assurlar,  urartular,  midiyalılar, 

farslar və baĢqaları çoxlu mal-dövlət aparmıĢlar [57]. 

Qədim  Mingəçevirdən  eramızın  ilk  əsrlərinə  aid  abidələrdən  tapılan  osteoloji 

qalıqlar N.Ġ.Burçaq-Abramoviç tərəfindən tədqiq edilmiĢdir. Onun fikrincə, "Ġri-buynuzlu 

heyvan sümükləri iki cinsə mənsub olub, biri kiçik, digəri isə ortaboyludur. Nisbətən uca 

boylu  olanın  sümükləri  müasir  Kiçik  Qafqaz  cinsindən  o  qədər  də  seçilmir.  Kiçikboylu 

sümüklər isə müasir Böyük Qafqaz dağ cinsinə yaxın olsa da,  boyca  ondan  bir  qədər 

kiçikdir" [58]. 

AĢkar edilən  maddi  mədəniyyət nümunələri  və  külli  miqdarda  sümük qalıqla-

rından aydın olur ki, antik dövr və ilk əsrlərdə qaramal durmadan inkiĢaf etmiĢ və daha 

qədim dövrlərə nisbətən sayca xeyli artmıĢdır. Eramızın II—III əsrlərində yaĢayan yazıçı Elian 

Klavdi Kaspi torpaqlarında çoxlu iribuynuzlu heyvan naxırlarının olduğunu  xəbər  verir 

[59]. 

Dəfələrlə Azərbaycana hücum etmiĢ romalılar, sasanilər, köçəri tayfalar, ərəblər, 



səlcuqlar  və  baĢqa  istilaçılar  bu  ölkədən  baĢqa  qənimətlərlə  yanaĢı  çoxlu  mal-qara  da 

aparmıĢlar. 

Orta  əsrlərdə  əkinçilik  təsərrüfatının  tədricən  inkiĢafı  qaramalın,  xüsusilə  qoĢqu 



 

 

246 



qüvvəsi kimi istifadə edilən öküz və kəlin artırılması daima diqqət mərkəzində olmuĢdur. 

Yerin  Ģumlanmasından  baĢlayaraq,  məhsulun  yığılmasına  qədər  olan  bütün  proseslərdə  bu 

qoĢqu qüvvələri əvəzedilməz idi. Lakin qaramalın sayının artırılması və tədricən cinsinin 

yaxĢılaĢdırılması təkcə qoĢqu qüvvəsi deyil, həm də onun ətindən, südündən, gönündən 

istifadə etməyi qarĢıya qoyurdu. 

Azərbaycan Rusiya tərkibinə daxil olandan sonra baĢqa sahələrdə olduğu kimi, 

kənd təsərrüfatında, o cümlədən mal-qarada da xeyli irəliləyiĢ olmuĢdur. Bu, hər Ģeydən 

əvvəl, qaramalın cinsinin yaxĢılaĢdırılması və qulluq edilməsində özünü göstərmiĢdir. Hələ 

XIX  əsrin  30-cu  illərində  tam  olmayan  məlumata  görə  Bakı  əyalətində  20  min,  TalıĢ 

əyalətində 36 min, Qazax nahiyəsində 42 min, ġəmĢədil nahiyəsində 15 min, Yelizavetpol 

dairəsində 45 min, Quba əyalətində 110 min baĢ iribuynuzlu heyvan olmuĢdur [60]. Lakin 

tam  olmayan  bu  məlumata  əlavə  olaraq  onu  demək  olar  ki,  XIX  əsrin  əvvəllərində 

Azərbaycanda  qaramalın  sayı  daha  çox  olmuĢdur.  Bu  da  tamamilə  təbiidir.  Belə  ki, 

Azərbaycanın  maldarlıqla  məĢğul  olan  bir  sıra  rayonları  nəzərə  alınmamıĢdır.  Nəzərə 

alınanları da tam və dəqiq hesab etmək olmaz. 

XIX  əsrin  birinci  yarısında  dağətəyi  və  dağlıq  ərazidə  qaramal  naxırları 

əsasən varlıların - xanların, bəylərin əlində cəmlənsə də, kəndlilərin də az-çox qaramalı 

olmuĢdur. 

XIX əsrin birinci yarısında qaramalın sayında xeyli artım olduğunu təkzibedil-

məz  dəlillər  təsdiq  edir.  1858-ci  ildə  Quba  qəzasında  83978,  Bakı  qəzasında  4281, 

ġamaxı  qəzasında  136536,  Nuxa  qəzasında  57149,  ġuĢa  qəzasında  258330,  Lənkəran 

qəzasında  isə  82785  baĢ  qaramal  olmuĢdur  [61].  Yelizavetpol  qəzasında  1850-ci  ildə 

119795, Naxçıvan qəzasında 1849-cu ildə 20618, Car-Balakən dairəsində 1845-ci ildə 

34970 baĢ iribuynuzlu heyvan qeydə alınmıĢdır [62]. 

XIX əsrin ikinci yarısında maldarlıq təsərrüfatı, o cümlədən onun əsas sahə-

lərindən  biri  olan  qaramalın  sayı  xeyli  artmıĢ  və  əhalinin  ət,  süd,  yağ  və  gönlə  təmin 

edilməsində  mühüm  əhəmiyyət  kəsb  etmiĢdir.  Qaramaldan  qoĢqu  heyvanı  kimi 

əkinçilikdə və nəqliyyatda geniĢ istifadə edilmiĢdir. 

XIX əsrin 60-cı illərinin sonunda Bakı quberniyasında 440906 baĢ Yelizavet-

pol quberniyasında isə 345554 baĢ qaramalın olduğu qeyd edilir [63]. Lakin bir həqiqət də 

var  ki,  bu  göstərilən  rəqəmlər  yalnız  siyahıya  götürülənlərdir.  ġübhəsiz  ki,  əhalinin 

fərdi təsərrüfatlarında siyahıda olmayan xeyli qaramal olmuĢdur. 

XIX əsrin 70-80-ci illəri barədə statistik məlumat tam olmadığından bu illərdə 

qaramalın  inkiĢafı  dinamikasını  göstərmək  qeyri-mümkün  olmuĢdur.  Lakin  əsrin  son 

illərinə  dair  məlumat  qane  edicidir.  1899-cu  ildə  Bakı  quberniyasında  237588  baĢ 

qaramal  olmuĢdur.  Yelizavetpol  quberniyasında  isə  tam  olmayan  məlumata  görə 

qaramalın sayı 366028 baĢa qədər olmuĢdur [64]. 

XX əsrin əvvəllərində də qaramaldan geniĢ istifadə edilmiĢdir. Əhali öz tələ- 

batına  uyğun  olaraq  maldarlığın  bu  mühüm  sahəsinə  xüsusi  fıkir  vermiĢdir.  Öz  iqti- 

sadi  həyatlarında  az  rol  oynamayan  qaramalın  cinsinin  yaxĢılaĢdırılmasına  və  qulluq 

edilməsinə diqqət daha da artmıĢdır. 



 

 

247 



1902-ci ildə Bakı quberniyasında 256669 baĢ qaramal olduğu halda, 1913-cü ildə 

bu rəqəm 618253 baĢ olmuĢdur. Yelizavetpol quberniyasında isə iribuynuzlu heyvanlar 

say  etibarilə  çoxluq  təĢkil  etmiĢdir.  Əslində  bu  ərazidə  qaramalın  sayı  Azərbaycanın 

baĢqa rayonlarına nisbətən xeyli artıq olmuĢ və əsas maldarlıq zonasını təĢkil etmiĢdir. 

1902-ci  ildə  Yelizavetpol  quberniyasında  qaramalın  sayı  444318  baĢ,  1913-cü  ildə  isə 

805338  baĢ  olmuĢdur  [65].  Göründüyü  kimi,  bu  quberniyada  qaramal  əvvəlki  illərə 

nisbətən müqayisəedilməz dərəcədə inkiĢaf etmiĢdir. 

Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda xırdabuynuzlu heyvanlardan fərqli 

olaraq,  qaramal  cinsi  sayca  o  qədər  də  çox  deyildir.  Bu  ərazidə  xalqın  empirik 

təcrübəsinin məhsulu olan iki cins daha geniĢ yayılmıĢdır. Kiçik Qafqaz və Böyük Qafqaz 

cinslərinin tarixi minilliklərdən xəbər verir. Hər iki cins əsrlər boyu yerli əhalinin ən çox 

bəsləyib yetiĢdirdiyi heyvanlar olmuĢdur. 

Adından  göründüyü  kimi,  Kiçik  Qafqaz  cinsi  ən  çox  Kiçik  Qafqazda  və  ona 

nisbətən yaxın olan dağətəyi ərazidə təĢəkkül tapmıĢ və yayılmıĢdır. Daha dəqiq desək, bu 

cins əsasən Kür çayının sağ sahilindən baĢlayaraq, Kiçik Qafqaz dağlarını əhatə etmiĢdir. 

Kiçik Qafqaz cinsi əsasən qızılı rəngdə olur. Lakin az da olsa onun qara, boz və sarı rəngli 

cinslərinə təsadüf edilir. Böyük Qafqaz cinsi isə əksərən qara rəngli olub, ən çox Böyük 

Qafqazda  yayılmıĢdır.  Lakin  bu  cinsin  içərisində,  az  da  olsa,  baĢqa  rəngli  qaramala 

təsadüf edilir və bu cinsin yayılma arealı Kürün sol sahilindən baĢlayaraq, Böyük Qafqazı 

bürümüĢdür [66]. Bu cinslərarasında müəyyən yaxınlıqlar vardır. 

 



 

 

248 



Bu cinslər  köçmə  maldarlıq Ģəraitinə  uyğun olaraq  yaylaq  və qıĢlaqlarda otarılır. 

Müvafiq  iqlimə  dözməsi,  sıldırımlı  dağ  keçidlərindən  keçməsi,  dağın  çətin  Ģəraitində 

özünü  örüĢlərdə  yemlə  təmin  etməsilə  səciyyələnir.  Oturaq  Ģəraitdə  bu  cinslər  yaĢayıĢ 

məntəqəsinin  ətrafmdakı  örüĢlərdə  otarılırdı.  Lakin  təbii-coğrafı  Ģəraitə  uyğun  olaraq 

həmin cinslərin bu üstünlükləri ilə yanaĢı, çəkiləri o qədər də çox deyildi. Bu cinslərin orta 

çəkisi 300-350 kq-a qədərdir. Onların südü yaral olsa da, nisbətən az idi. 

Bu əsas cinslərdən baĢqa, bəzi gəlmə cinslər də olmuĢdur. Azərbaycanın bir 

neçə qəzasında - Yelizavetpol, ġuĢa, Nuxa və baĢqa yerlərdə az miqdarda cins inəklərə 

- Rusiyanın cənubundan gətirilmiĢ çərkəz, boz, qırmızı və Don cinslərinə rast  gəlmək 

olurdu [67]. 

ġübhəsiz, qaramaldan söhbət açarkən camıĢ haqqında məlumat verməmək olmaz. 

Azərbaycanda  qədim  zamanlardan  camıĢçılığın  inkiĢafı  üçün  münasib  təbii  Ģərait 

olmuĢdur.  CamıĢçılıq  Azərbaycanda  qədimdən  olsa  da,  orta  əsrlərdə  xeyli  inkiĢaf 

etmiĢdir. CamıĢ isti iqlimi daha çox sevir. Bu heyvan yayın isti çağlarında bataqlıqlarda, 

göllərdə,  münasib  su  axmazlarında  dincəlir.  Lakin  camıĢçılıq  Azərbaycanda  ən  çox 

aran və dağətəyi zonalarda inkiĢaf etdirilir. Havaların soyuq olması ilə əlaqədar camıĢ 

dağlıq yerlərdə çox az olur. 

Qısabuynuzlu camıĢ qrupu Qafqazda, o cümlədən Azərbaycanda geniĢ yayılmıĢ-

dır [68]. Düzənlik zonalarında camıĢların diri çəkisi 500 kq-a qədər olduğu halda, dağlıq 

yerlərdə onun diri çəkisi 400 kq-a yaxın olur [69]. Azərbaycan camıĢları əsasən qara və boz 

rəngdə olur. CamıĢdan əsasən südlük, ətlik və qoĢqu qüvvəsi kimi istifadə edilmiĢdir. 

CamıĢ ən dəyərli qoĢqu qüvvəsi kimi daha çox istifadə edilmiĢdir. 

Tarixən o qədər də qədim olmayan və iribuynuzlu heyvanlar qrupuna daxil edi-

lən zebuya Azərbaycanda yalnız Lənkəran zonasının dağlıq ərazisində rast gəlmək olar. 

Zebudan qoĢqu qüvvəsi və südlük heyvan kimi istifadə olunur. Zebunun çəkisi 150 kq-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin