Ядябиййат сийащысы
Азярбайъан тарихи цзря гайнаглар. Бакы, 1989.
Ганзакеци Киракос. История Армении. М., 1976.
Гош Мхитар. Албанская хроника. Баку, 1960.
Каланкатуйский М. История Агван. Баку, 1960.
Моисей Каланкатуклу. Албанийа тарихи. Мхитар Гош. Албан салнамяси. Бакы, 1993.
Мхитар Гош. Армянский судебник. Ереван, 1954.
Türk mənşəli mənbələr
Türkdilli xalqlarda dövlətçilik ənənələrinin olduqca qədim tarixə malik olmasına baxmayaraq, türk tarixi təfəkkürünün formalaşması və ilk türk yazılı abidələrin yaranması erkən orta əsrlərə təsadüf edir. Bu mənbələr türkdilli xalqların tarixi keçmişini izləmək, adət-ənənəsini, dövlətçilik və mənəvi dünyasını tədqiq etmək baxımından qiymətli tarixi abidələrdir. Qədim türkdilli mənbələr aşağıdakı kimi qruplaşdırılır:
Orxon abidələri, bunlar iyirmidən çox yazılı mənbələri (Ongin, Kültikin, Bilgə kaqan, Tonyukuk və s. abidələri) əhatə edir. Tədqiqatçıların fikrincə bu mənbələr VII-VIII əsrə aiddir.
Yenisey abidələri təxminən 145 yazılı mənbəni birləşdirir. Onlar Yenisey çayının yuxarı hissəsində, Tuva, Xakas respublikalarında, Rusiyanın Krasnoyarsk vilayətinin Minusinsk rayonunda tapılmışdı. Yazılma tarixinə görə Orxon abidələrindən daha qədim hesab edilən Yenisey abidələri P.M.Melioranskinin fikrincə V-VI əsrlərdə yaradılmışdı.
Şərqi Avropa ərazisində tapılmış türk abidələri; bunlar şərti olaraq, iki yarımqrupa bölünürlər: 1) Donetsk abidələri. Bu abidələr Rusiyanın Novoçerkask şəhərində iki su qabı üzərində olan yazıdan və Sarkeldən tapılan kərpic üzərində olan işarələrdən ibarətdir; və 2) Dunay əlyazmaları. Bunlara «Attilanın xəzinəsi» adlanan və Macarıstanın Nadsentmikloş kəndi yaxınlığında tapılan qızıl qablar üzərində olan yazılar, metal lövhə üzərində olan kiçik yazılar aiddir.
Şərqi Türküstan abidələri. Bunlar Mərkəzi Asiya, əsasən də Qırğızıstanda tapılan və Talas adlandırılan abidələrdir. Bu qrup abidələri də şərti olaraq, iki yerə bölünürlər: 1) çubuq üzərində yazılan 12 abidədən ibarət Talas mənbələri və 2) keramika və metal üzərində qısa yazılardan ibarət olan Fərqanə abidələri.
Türkologiyada türk yazılı abidələrinin tarixi-siyasi (və ya etnik) və janr-məzmun təsnifatı mövcuddur. Siyasi mənşəyinə görə türk yazılı mənbələrini aşağıdakı qruplara bölürlər: Şərqi Türk xaqanlığına (VII-VIII əsrləri əhatə edən Orxon-Yenisey və Altay yazıları) aid abidələr, qədim Qırğız dövlətinə aid abidələr, Kurıkan qəbilələri ittifaqına (VIII-IX əsrlər) aid yazılar, Qərbi Türk xaqanlığına (VI-VIII əsrlərə aid Talas və Fərqanə abidələri) aid mənbələr, Monqolustandakı Uyğur xaqanlığına (VIII əsrin II yarısı-IX əsrin əvvəlləri) aid abidələr, Şərqi Türküstandakı Uyğur dövlətinə (IX-X əsrlər) aid abidələr, Xəzər xaqanlığına və Peçeneq qəbilə ittifaqına aid olan abidələr. Məzmunca türk yazılı abidələri tarixi-bioqrafik, epitafi, cadugərlik və dini, hüquqi olmaqla bir neçə qrupa bölünürlər.
Qədim türk yazılı abidələri haqqında ilk məlumat ərəb alimi Alaəddin Ata Məlik Cuveyni tərəfindən qeydə alınmışdı. XIII əsrdə iki dəfə Monqolustana səyahət etmiş alim ilk dəfə 1260-cı ildə yazmış olduğu «Dünya fatehinin tarixi» adlı əsərində türk yazılı abidələri haqqnıda məlumat verir. Avropada türk yazıları haqqında ilk məlumat isə Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolas Vitzem tərəfindən yayılmışdı. Sibirə səyahətindən sonra 1692-ci ildə «Şimali və Şərqi Tatarıstan» adlı kitab nəşr etdirmiş N.Vitzem «elm aləminə məlum olmayan yazılar» haqqında məlumat verir.
İlk dövrlərdə runik yazı adlandırılan türk yazılı abidələrin göytürk əlifbası ilə yazılması artıq təsdiqlənmiş elmi faktdır. Lakin elm aləmində bu əlifbanın nə zaman və harada yaranması haqqında dəqiq məlumat yoxdur. Bu əlifbanın oxunması və türk yazılı abidələrin tədqiqində Rusiya, Finlandiya, Monqolustan və s. ölkələrin alimlərinin xüsusi xidmətləri olmuşdu. Türk yazılı abidələri yarı- siyasi, yarı-hərbi, yarı-tarixi əsərlər olub, qədim türk xalqlarının etnoqrafiyası, tarixi, mədəniyyəti, hərbi sənəti, daxili və xarici siyasəti haqqnıda məlumat verən əvəzolunmaz mənbələr sayılır.
Türk xalqlarının qədim və erkən orta əsrlər dövrü tarixinin bərpası üçün digər mənbə məşhur «Kitabi Dədə-Qorqud» dastanlar toplusudur. «Kitabi Dədə Qorqud» abidəsinin ilk nüsxəsi Almaniyanın Drezden şəhərində kral kitabxanasında aşkar edilmiş 154 səhifədən ibarət azərbaycan dilində yazılmış əsərdir. Bu əsər ilk dəfə alman şərqşünas alimi Dits tərəfindən 1815-ci ildə aşkar edilmişdi. Bu toplunun ikinci nüsxəsi Vatikanda aşkar edilmiş 109 səhifəlik əsərdir. 6 boydan ibarət olan Vatikan nüsxəsi XVI əsr türkcəsinə yaxın dildə yazılmışdı. Bu tarixi abidə ilk dəfə olaraq, 1950-cı ildə Bakıda məşhur alimlər H.Araslı və M.Təhmasib tərəfindən nəşr etdirilmişdi. «Kitabi Dədə-Qorqud» dastanlar toplusunun yarandığı dövrün və yerinin müəyyənləşdirilməsi tədqiqatçı alimlər arasında müəyyən mübahisələr doğurmuşdu. Məs., məşhur şərqşünas alim V.V.Bartold belə hesab edirdi ki, bu abidə türkmənlərə aiddir. A.Yakubovski əksinə dastanların XV əsrdə Azərbaycan ərazisində yarandığını söyləyirdi. Tədqiqatçıların fikrincə epik janrda yazılmış «Kitabi Dədə-Qorqud» dastanlar toplusunun qəhrəmanı X-XI əsrlərdə yaşamış tarixi şəxsiyyət, dövlət xadimi və diplomat hesab edilir. Bu dövr əsasən oğuzların Yenikənddə hökmranlığı dövrünü əhatə edir. Bu tarixi abidə qədim teoloji və mifoloji janrın real tarixi hadisələrlə birləşdirilməsi nümunəsidir. Dastanlar toplusunun ən qədim hissələri b.e.ə. III-IV əsrlərə aiddir. Abidənin mərkəzi mövzusu VI-VIII əsrlərldə cərəyan etmiş tarixi hadisələri əhatə edir. «Kitabi Dədə-Qorqud»un ilk hissələri şifahi şəkildə formalaşmış, yazılı hissələr isə X-XI əsrlərə aiddir. Bu tarixi abidənin məlumatlarından ilk dəfə yazılı şəkildə XIV əsr alimi Əbubəkr ibn Abdullah ibn Aybək-əd-Dəvadari istifadə etmişdi.
«Kitabi Dədə-Qorqud» dastanlar toplusu qədim türkdilli xalqların, xüsusən də oğuzların dini-mifoloji baxışlarının, sosial-iqtisadi həyatının, təsərrüfat və mədəniyyətinin öyrənilməsi, VI-VIII əsr siyasi və tarixi hadisələrin bərpası baxımından olduqca qiymətli mənbədir.
Türkdilli xalqların tarixinin tədqiqi baxımından XI əsr müəllifi, görkəmli alim Mahmud Qaşqarlının ərəb dilində yazılmış üç cildlik «Divanu-luqatat-türk» (Türk dialektlərinin/ləhcələrinin lüğəti) adlı əsəri mühüm əhəmiyyət kəsb edir. Kitab ilk dəfə 1912-ci ildə Türkiyənin xalq təhsili nazirliyi tərəfindən nəşr etdirilmişdi. Əsərində türkdilli xalqların folklor və ədəbi irsini ümumiləşdirən alim olduqca maraqlı məsələlərə – IX-XI əsrlərdə Ərəb xilafatında yaranmış ictimai-siyasi vəziyyət, xilafatda türkdilli xalqların mövqeyi, türk dilinin əhəmiyyəti, türklərlə ərəblər arasında ədəbi-mədəni yaxınlığın kökləri və s.toxunur.
XI əsrin digər böyük mütəfəkkiri, şair və filosofu Yusif Balasaquninin yazdığı «Kutaqlu bilik» (Səadət gətirən bilik) adlı əsəri də türkdilli xalqların tarixi, ictimai-siyasi həyatı və mənəvi dünyasının tədqiq etmək üçün mühüm əhəmiyyət kəsb edir.
Türkdilli xalqların tarixi üzrə bir qrup abidələr də epistolyar xarakter daşıyır. Onların içərisində ən məşhuru Yəhudi-Xəzər yazışmalarıdır. X əsrə aid bu məktublarda türk xalqlarının mənşəyi, qədim tarixi, etik dəyərləri və s. haqqında maraqlı məlumatlar toplanmışdır. Məs., Xəzər xaqanı İosifin yəhudi elmi məclisinin rəhbəri İsaakın oğlu Xasdaya yazdığı cavabda onun «Yafet oğullarından, Toqarma nəslindən» olduğu vurğulanır. «Mən öz əcdadlarımın şəcərə kitabından bilirəm ki, Toqarmanın 10 oğlu vardı; onların adları budur: ilk-Aviyor, ikinci-Turis, üçüncü-Avaz, dördüncü-Uquz, beşinci-Biz-l, altıncı-T-r-na, yeddinci-xəzər, səkkizinci-Yanur, doqquzuncu-B-lq-r, onuncu-Savir. Mən Xəzərin oğullarından, yeddinci oğuldan törəməyəm», deyə xaqan davam edir (4).
Türkdilli tarixi yazılı abidələrin öyrənilməsinə ilk cəhtlər keçən əsrin əvvəllərində edilmişdi. Çox təəssüf ki, sonralar bu sahədə aparılan tədqiqatlar müəyyən səbəblər üzündən məhdudlaşdırılmışdır. Məhz buna görə müasir dövrümüzdə erkən orta əsr türkdilli abidələrin yenidən tədqiqi və araşdırılmasına böyük ehtiyac duyulur. Bu sahədə əldə ediləcək nailiyyətlər Azərbaycan ərazisində məskunlaşmış bir çox etnosların keçmişinin aydınlaşdıırlmasına yardımçı ola bilər.
Dostları ilə paylaş: |