Qardner nəzəriyyəsi
Havard Qardner nəzəriyyəsinə görə dərketmənin 8 üsulu var
Linqvistik/söz
Məntiqi/riyazi
Vizual/məkan
Bədən/kinestik
Musiqi/səs
Fərdlərarası
Fərddaxili
Naturalistik/təbiət
İnsanlar düşünməyə müxtəlif üsullarla cəlb edilirlər;
Düşünmə üsulunun düzgün müəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir;
İnsanların hamısı dərketmənin bütün üsullarının daşıyıcısıdırlar;
Lakin onlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdirlər;
Təlim fəaliyyətləri müəyyən edilərkən bütün şagirdlərin dərketmə üsulları nəzərə alınır və müvafiq tapşırıqlar hazırlanır;
Müxtəlif üsullarla dərk edən bütün şagirdlərin təlimə fəal şəkildə cəlb edilməsini təmin edir və öyrənənlər üçün təlimi əhəmiyyətli dərəcədə asanlaşır;
Qiymətləndirmənin alternativ formalarının işlənməsində istifadə edilir. Qiymətləndirmə zamanı “Nə qədər dərk edir?” deyil, “Necə, hansı üsullarla dərk edir?” sualı nəzərə alınmaqla yoxlayıcı tapşırıqlar hazırlanır;
Müstəqil öyrənənlərin formalaşdırılamsını təmin edir.
Şagirdin dərketməsinin digər formalarının da inkişafı məqsədyünlü və ardıcıl şəkildə təşkil edilir.
Dostları ilə paylaş: |