xüsusi bacarıq nümayiş etdirirlər:əşya və hadisələri təsəvvür etməkdə,dəyişiklikləri hiss etməkdə, labirint və tapmacaları tapmaqda, xəritələri oxumaqda
daha yaxşı öyrənirlər: vizuallaşdırmaqla , xəyalında canlandırmaqla, rənglər və şəkillərlə işləməklə
xüsusi bacarıq nümayiş etdirirlər: müxtəlif səsləri təlqin etmədə,musiqini yadda saxlamaqda, ritmləri tutmaqda
daha yaxşı öyrənirlər: ritmlər tutmaqla, melodiya və musiqi vasitəsi ilə
Bədən/kinestik dərketməsi iti olanlar
xoşlayırlar:hərəkətdə olmağı, haqqında danışılan əşyalara toxunmağı, jest və mimikalardan geniş istifadə etməyi
xüsusi bacarıq nümayiş etdirirlər: fiziki fəaliyyətdə (idman, rəqs, hərəkət ) və emal işlərində
daha yaxşı öyrənirlər: toxunaraq, hərəkət edərək, ətrafdakılar və əxz edilən biliklərlə sensor üzvləri vasitəsi ilə qarşılıqlı fəaliyyətdə olmaqla
Naturalist/təbiət dərketməsi iti olanlar
xoşlayırlar: müxtəlif coğrafi və hava şəraitlərində açıq məkanda olmağı, digər canlılırın (heyvanların, bitkilərin) yanında olmağı
xüsusi bacarıq nümayiş etdirirlər:kateqoriyalaşdırmaqda, ətrafında təbiət şəraiti (bitkilər, heyvanla, quşlar, balıqlar) yaratmaqda, səyahətlər, ekskursiyalar təşkil etməkdə, əşyları yığmaq və qoruyub saxlamaqda
daha yaxşı öyrənirlər: təbiət hadisələrini öyrənərkən, təbiət qoynunda olarkən, hadisələrin baş vermə prosesini öyrənərkən
Fərdlərarası dərketməsi iti olanlar
xoşlayırlar:çoxlu dostu olmağı, insanlarla söhbət etməyi və qruplarda fəaliyyət göstərməyi
xüsusi bacarıq nümayiş etdirirlər: insanları anlamaqda, başqalarını öyrənməkdə, təşkilatçılıqda, ünsiyyət yaratmaqda, konfliklərin məharətli həllində, və vasitəçilikdə
daha yaxşı öyrənirlər: mübadilə edərkən, müqayisə edərkən, əlaqələndirərkən, birgə fəaliyyət göstərərkən və müsahibə alarkən
Fərddaxili dərketməsi iti olanlar
xoşlayırlar: təklikdə işləmək və öz maraqlarını gözləmək.
xüsusi bacarıq nümayiş etdirirlər: özünü dərk etmək,öz arzuları və duyğuları üzərində düşünmək, qərarlar qəbul edərkən hisslərindən çıxış etmək,öz maraq və məqsədlərini gözləmək, təkrarsız olmaq.
daha yaxşı öyrənirlər: təklikdə işləmək,fərdi layihələr işləmək, özünü təlimatlandırmaq və öz mühiti olmaq.