Ad: Fidan Soyad:Əsgərova Qrup: M203 Fənn: Ali Riyaziyyat



Yüklə 67,47 Kb.
səhifə3/6
tarix25.12.2023
ölçüsü67,47 Kb.
#194221
1   2   3   4   5   6
RiyaziyyatFidan

Nəticə 1. Matrislərdən fərqli olaraq determinantın hər hansı sətir (sütun) elementlərinin ortaq vuruğunu determinant işarəsi xaricinə çıxarmaq olar.
Xassə 3. Transponirə olunmuş (çevrilmiş) matrisin determinantının qiyməti dəyişmir: .
Xassə 4. Determinantın istənilən iki sətrinin (sütunun) yerini dəyişdikdə onun qiyməti öz işarəsini dəyişir, yəni determinantın qiyməti (-1)-ə vurulur.
Determinantın ixtiyari iki sətrinin (sütunun) yerini dəyişməklə onun həmin sətirlər (sütunlar) üzrə ayrılışını yazmaqla xassənin doğruluğu alınır.
Xassə 5. İki sətri (sütunu) eyni elementlərdən (ədədlərdən) ibarət olan determinantın qiyməti 0-a (sıfra) bərabərdir. Doğrudan da, əvvəlki xassəyə əsasən iki sətrinin (sütunun) yerini dəyişdikdə detrminantın qiymətinin işarəsi dəyişdiyindən, yəni olduğundan alınır.
Nəticə 2. İki sətir (sütun) elementləri mütənasib olan determinantın qiyməti sıfra bərabərdir.
Doğrudan da, mütənasiblik əmsalını nəticə1-ə əsasən determinant işarəsi xaricə çıxarmaqla , buradan isə alınır.
Xassə 6. Determinantın hər hansı bir sətir (sütun) elementləri iki ədədin cəmindən ibarət olarsa, onda bu determinant birincidə həmin sətir (sütun) elementlərinin birinci toplananı, ikinci də isə həmin elementlərin ikinci toplananı olan iki determinantın cəminə bərabər olur.
Xassənin doğruluğu, determinantın həmin sətir (sütun) elementləri üzrə ayrılışından bilavasitə alınır.
Xassə 7. Determinantın hər hansı sətir (sütun) elementlərinin hər birini eyni ədədə vurub digər sətir (sütun) elementlərinin üzərinə əlavə etdikdə determinantın qiyməti dəyişmir.
Doğrudan da, üçtərtibli determinant üçün

(ikinci sətir elementləri ədədinə vurularaq birinci sətirin elementləri üzərinə əlavə olunur) yaza bilərik. Buradan isə xassə 6-ya əsasən, sonuncu determinantı iki determinantın cəmi şəklində yazarıq ki, alınan ikinci toplanan (determinant) xassə 5-ə əsasən 0-a (sıfra) bərabər olur.
Xassə 8. Determinantın hər hansı sətir (sütun) elementlərinin digər sətir (sütun) elementlərinin cəbri tamamlayıcılarına hasilləri cəmi sıfra bərabərdir, yəni .

Yüklə 67,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin