Ad: Hökümə Soyad: Gözəlova Qrup: 130ting Fakültə: Siyasi və sosial elmlər İxtisas: Tarix Müəllim: Əmrahov Elşən Fənn: Mülki Müdafiə Mövzu: Texnogen xarakterli təhlükələr və onların xarakteristikası


Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar



Yüklə 0,79 Mb.
səhifə7/12
tarix30.12.2021
ölçüsü0,79 Mb.
#49108
1   2   3   4   5   6   7   8   9   ...   12
Hökümə Gözəlova MM

5.Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.

Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması

nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.

Nəqliyyat sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Dünyada baş

verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən

qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji

obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil

edir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə

kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə

birinci yer tutur. Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının

toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş

verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii

f əlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur.

Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi

zəhərlənmə baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır. Belə təhlükə ən çox Abşeron yarımadası, Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərləri üçün xarakterikdir. Qeyd etmək kifayətdir ki, 1992-1998- ci illərdə belə

obyektlərdə kimyəvi təhlükəli maddələrin ətraf mühitə sızması ilə nəticələnən

ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin,

su hövzələrinin və torpaağın sənaye tullantıları və digər maddələrlə çirklənməsi,

zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə hallar təbiətdə

ekoloji tarazlığı pozur.

Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal –mühəndis şəbəkələrinin nə demək olduğu bu müəssisəiərdə istehsalın nəhəng enerji tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr,çuqun üçün 250 kub metr,quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin