Ad: Hökümə Soyad: Gözəlova Qrup: 130ting Fakültə: Siyasi və sosial elmlər İxtisas: Tarix Müəllim: Əmrahov Elşən Fənn: Mülki Müdafiə Mövzu: Texnogen xarakterli təhlükələr və onların xarakteristikası


Iri istehsalat qəzalarının yaranma səbəbləri



Yüklə 0,79 Mb.
səhifə4/12
tarix30.12.2021
ölçüsü0,79 Mb.
#49108
1   2   3   4   5   6   7   8   9   ...   12
Hökümə Gözəlova MM

2. Iri istehsalat qəzalarının yaranma səbəbləri.

İstehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi texniki tərəqqinin coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və tez-tez baş verən hadisələrdəndir. İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa bölmək mümkündür: 1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti, partlayış və tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması; 2 qrup -səbəblər isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə şərtləşir. Məsələn,bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan müəssisələrdə )məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü də belə kimyəvi r eaksiyaların mümkünlüyü barədə nəinki bu müəssisədə, hətta nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum olmayan təbiət hadisəsi aşkar edilir. Istehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun, layihə -istehsalat qüsurlarının, istismarı qaydalarının və istehsalatda texnoloji prosesin pozulması nəticəsində də baş verə bilər.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin