8. Nüvə Elektrik stansiyalarında (NES) qəzalar………………..14
9. Savaşların dünya ekologiyasına təsiri……………..15
10. Xəzər dənizində neft qəzaları………………………….16
11.Ədəbiyyat siyahısı…………………………………………18
1.Giriş
Texnogen qəza nədir?
Texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.
Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Təhlükə "insan-ətraf mühit" sisteminin yekcins olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər bu təbii xarakterli təhlükələr: təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə əlaqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və s. bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan travmalar ala bilər. Təhlükənin mənbələri: təbii və antropogen olmaqla iki hissəyə ayrılır.
Təbii təhlükə mənbələrinə zəlzələlər, daşqınlar, kosmik mənşəli -meteoritlər, kometlər, qlobal istiləşmə və s.-ni qeyd etmək olar. Antropogen təhlükə mənbələri dedikdə isə müharibələr, ekoloji və texnogen təhlükələr, şüalanmadan, atmosferdəki zərərli maddə tullantılarından yaranan təhlükələr nəzərdə tutulur. Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları,sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrindəki qəzaları, hidrotekniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.
Texnogen xarakterli fövqəladə hadisələri belədə təsnifləşdirmək olar:
Nəqliyyat qəzaları (fəlakətləri)
Yanğınlar,partlayışlar
GTZM yayılmaqla baş verən qəzalar
Radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar
Bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar
Hidrodinamik qəzalar
Bu hadisələr təsərüfata böyük ziyan vurmaqla yanaşı insan həyatına təhlükə yaradır. Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir.
Fövqəladə hadislərin bir növü isə təbii-texnogen xarakterli fövqəladə hadisələrdir. Bu təhlükə növü əsasən intensiv təsərrüfat fəaliyyəti aparılan ərazilərdə və iri şəhərlərin ərazisində yaranır. Onun meydana çıxması ətraf mühitə aktiv antropogen təsirin artması ilə əlaqədardır ki, bunun nəticəsində yeni təbii proseslər meydana çıxır.
Dostları ilə paylaş: |