6. Nəqliyyat qəzası
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir.
Avtomobillərin, dəmiryol qatarlarının toqquşmasından, yanğın və partlayışlardan yaranan qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, təbii fəlakətlər zamanı və yolların nasazlığı nəticəsində də qəzalar olur.
Gəmi qəzalarının səbəbləri müxtəlifdir. Gəmilər yanğın və partlayış
n əticəsində, fırtınadan, sualtı qayalara və digər maneələrə toxunmadan,
yüklərin yerdəyişməsi və aşmasından, bir-biri ilə toqquşmasından və digər
səbəblərdən qəzaya uğrayıb batır.
Aviasiya daşımalarında qəza hallarının əsas səbəbləri – hava
nəqliyyatı vasitələrinin köhnəlməsi, aviasiya texnikası təmirinin və ona texniki
xidmət keyfiyyətinin pisləşməsi üzündən bu nəqliyyat vasitələrinin
etibarlılığının xeyli azalması, uçuşların yerinə yetirilməsi və təhlükəsizlik
təminatı üzrə müəyyən edilmiş qaydaların pozulması hallarının artması ola
bilər.
Dostları ilə paylaş: |