Ad: Kənan Soyad: Cəfərov Universitet: Baki Mühəndislik universiteti İxtisas: Biznesin idarə edilməsi Qrup: 2096a fənin adı: Koporativ idarəetmə


Korporativ İdarəetmə Modeli (İnglis-Amerikan



Yüklə 264,34 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü264,34 Kb.
#46442
1   2   3   4   5   6   7
Koporativ idarəetmə

Korporativ İdarəetmə Modeli (İnglis-Amerikan)

Dünyada korporativ idarəetmənin vahid modeli, şirkətlərin qurulmasının vahid prinsipi yoxdur. Bunlardan biri Alman modeli digəri isə Amerika modelidir. Amerika modelinə bəzən Anglo-Amerikan modeli də deyilir.Ümümiləşdirmə modellərinin iki növünü fərqləndirə bilərik. Bunlar Ingilis-amerikan (bu modelə eyni zamanda “autsayder” modeli deyirlər) va alman-holland (bu modelə eyni zamanda “insayder” modeli də deyirlər modelləridir.Bundan əlavə, bəzan yapon modeli də korporativ idarəetmanin fərqli modeli kimi ayrıca qeyd edilir.Ingilis-amerikan modelində mülkiyyət (səhmlər) adətən çox sayda kiçik səhmdərlar arasında bölüşdürülur. Buzaman hətta 10%-lik səhm zərfi iri səhm zərfi hesab olunur. Bu səhmlar fond bazaninda dövriyyədə olur, şirkət adatən yeni səhmlər buraxmaq yolu ilə əlavə vasaitlar cəlb edir. Bununla belə, kiçik səhmdarların malik olduqları səhm zərfləri onlar tərəfindən şirkətin idarə olunması üçün kifayət etmir. Bu tip şirkətlərdə İdarəetmə, o cümlədən strateji planlaşdırma güclü menecment tərəfindən hayata keçirilir. Menecment üzərində nəzarət isə müstəqil (nəzarətçi) direktorları səlahiyyətlərina aiddir.

TƏSİSÇİLƏR ---------- DİREKTORLAR ŞURASI

 

Anglo-amerikan modeli ABŞ, Böyük Britaniya, Kanada va digər ölkalər üçün xarakterikdir. Ingilis-amerikan modeli monizm (vahidlik) prinsipinə əsaslanır.Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, təsərrüfat cəmiyyatlərində (şirkətlərdə) təşkilati-sərəncamverici və nəzarət funksiyalarını vahid bir orqan – Direktorlar Şurası



Hayata keçirir.Ümümiyyətlə, bu modeldə iki pilləli idarəetma mövcuddur:

a) Ümümi Yiğıncaq.

b) Direktorlar Şurası

Direktorlar Şurası özündə iki orqanı birləşdirir. Belə ki, təşkilati-sərəncamverici funksiyanı icra orqanı (icraçı direktorlar), nəzarət funksiyasını isə müstəqil direktorlar hayata keçirir. Bu modeldə idaraetmə orqanı olan Direktorlar Şurası öz əlində həm “nəzarət,, həm də “idaraetmə.Funksiyanın lazimi şəkildə icra olunmasını təmin etmək məqsədilə Direktorlar Şurası idaraedici direktorlardan təşkil olunur ki.Onlar da həm idarəedən, həm də nəzarət edən müstəqil direktorlar və strateqlər rolunda çıxış edirlər. Bu maqsədlə də Direktorlar Şurasında 2 cür komitə yaradılır:



  1. Əməliyyat komitəsi (məsələn, idarəetmə, maliyyə, strateji)- menecmentə konsultasiyalar verən icraçı direktorlardan təşkil olunur. Əməliyyat komitələrinin əsas

Funksiyası qərarların icrası prosesi ilə onların icrasınanəzarəti Direktorlar Şurasında birləşdirməkdir;

  1. Nəzarət komitəsi (məsələn, auditor xidməti, təyinatlar, mükafatlandırmalar) – qanunvericilik və hesabat vermə tələblərinə əməl etmək məqsədilə müstəqil direktorlardan yaradılır.Bu nəzarət komitələrinin əsas funksiyası qərarların qəbul olunması və onların icrasına nəzarət proseslərini bir-birindən fərqləndiməkdir.

İngilis-amerikan modeli daha çox səhmdarların maliyyə maraqlarının ödənilməsinə istiqamətlənmişdir.Digər maraqlı tərəflər korporativ idarəetmədə praktiki olaraq təmsil olunmamışdırlar.Yəqin ki, ABŞ-da səhmdar mülkiyyət korporasiyalarda iri, digərlərindən üstün investorların olmamasıdır. Amerika şirkətlərinin səhmdar kapitalı əhəmiyyətli əksəriyyətinin reysterində ümumi kapitalın bir faizindən çox payı olan fərdi va ya institutsional səhmdar yoxdur.1988-ci ildə Amerikanın 50 iri korporasiyasından yalnız səkkizinin siyahısında səhmdar kapitalın 5 faizinə malik olan sahibkar vardı.Nəticədə,sahmdarların heç bir qrupu direktorlar iddiasında deyildi.Məsələ təkcə ABŞ-da səhmdar kapitalın yüksək darocado xirdalanmasında deyil, fərdi investorlara məxsus olmayan kapitalın təqaüd və qarşılıqlı fondlarda cəmləşməsindədir. Hazırki zamanda səhmdar kapitalın əlli faizindan çoxunu özündə cəmləşdirən belə institutsional investorlar daha çox maliyyə menecerləri simasında çıxış etməyə meyllidirlər.Onlar direktorlar şurasında təmsilçiliyə can atmırlar və bir qayda olaraq, sahmlərinin iri zərfinə malik olduqları şirkətlərə görə, mülkiyyət hüquqlarından törəyən məsuliyyətdən boyun qaçırırlar.Səhmdar kapitalın yüksək dərəcədə xirdalanması (hər biri korporativ kapitalın cüzi payına sahib olan çoxsaylı investorlarırn mövcudluğu) şirkətin fəaliyyətinə nəzarətin sahibkarlar tərəfindən hayata keçirilməsinə maneə olduğu halda, elə o özü də onlara “ayaqla səs vermək,, yəni sadecə olaraq səhmlərini satmaq imkanını verir.Halbuki iri investor üçün bu addımı atmaq, o qədər də asan deyildir.Bazar iqtisadiyyatı çərçivəsində iri səhm zərflərinin satışa çıxarılması, səhmlərin kurs dəyərinin enməsi ilə müşayiət olunur va nəticədə satıcıya böyük zərər dəyir. Bu səbəbdən, iri zərf sahibləri səhmlərindən asanliqla azad ola bilmir. Elə buna görə də iri səhmdərlar korporasiyanın səmərəli fəaliyyətində çox maraqlidıir və bu onlar üçün həm maraq və həm da zarurət obyektidir. Xırda investorlar isə səhmlərinin satilması (“tərk etmə,,) ila daxili nazarat sistemində iştirak (“səsvermə,,) arasında seçim edə bilər. Səhmdarların kütləvi tərketməsi təhlükəsi menecerlər üzərində çox ciddi nazarat mexanizmidir, çünki o, yeni kapitalın alınmasınin məsrəflərini mühüm dərəcədə artırır və eləcə də korporativ nəzarət bazarının fəallaşmasına təkan verir.Belə təhlükə yalnız səmərəli maliyyə bazarn şəraitində təsirli ola bilər. Amerika maliyyə bazarının genişliyi və səmərəliliyi isə, ona menecerlarin fəliyyətinə nəzarətda mühüm rol oynamaq imkanını verir.Bazar şirkətlərin birləşdirilməsi, udulması, qəsb edilməsi və satın alınması vasitəsilə investorlara korporasiyanın aktivlərini öz nəzarəti altına götürmək imkanını verir.İdaraətmə heyətinin dəyişdirilməsi şəartində bu aktivlər daha yüksək mənfəət gətirə bilər.Bazarın nəzarət funksiyasını icra etməsi ciddi qanunvericilik normalarının mövcudluğu ilə çox bağlıdır və bu normalara görə, öz maliyyə məlumatı açıq dərc etdirməyə məcburdurlar. Bu isə korporasiya fəaliyyətinin məqsədyönlü monitorinqinin və qiymətləndirilməsinin aparılmasına yardım edən müfəssəl malumat mənbəyidir. Hal-hazırda ABŞ-ın iqtisadi sistemi millətin ümumi rifahının yüksəlməsi üçün özəl maraqların gerçəkləşdirilməsinin haqqinda amerikaliların dərin inamlarına möhkəm əsaslanır.Çox güman ki, dünyanın heç bir ölkəsində Adam Smitə məxsus olan maşhur “görünməz əl, məfkürəsinə bu qədər etimad edilmir. Amerikanın “ictimai saziş, konsepsiyası bazar mühiti şəraitində özəl maraqların təmin olunmasında ümumi rifaha nail olmağın ən yaxşı üsulunu görür. Frederik Hayek qeyd etmişdir ki, iri müəssisələrin menecmenti qərarların qəbulu zamanı ictimai və ya sosial maraq kəsb edən hərşeyin nəzərə alnmasını özünün sadecə hüququ yox, öhdəliyi hesab etdiyi andan başlayaraq o, həqiqətən də qeyri-məhdud hakimiyyətə malik olur.


Yüklə 264,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin