Turş xassəli odadavamlı materiallar xüsusi kvars qumu, dinas kərpicləri və s. şəklində olur. Tərkibində 93-97% SiO2 olan kvarsit və ya kvars qumun az miqdarda əhəng və ya digər əlaqələndirici maddələrlə qarışdırıb 1450-14700C-də bişirdikdə dinas kərpicləri alınır. Dinasdan hazırlanmış kərpic 1550- 16900C-də yumşalır , 1690- 17300C-də isə əriyir.
Əsasxassəliodaddavamlımateriallarbaşlıca olaraq maqnezit və dolomitdən təşkil edilir. Maqnezit kərpiclərinin tərkibində 91-94% MgO, 1-2% CaO, 1,5-2,8% SiO2, 0,5-1%
Al2O3 və 2-3% Fe2O3 birləşmələri olur. Bu kərpiclərin odada- vamlılığı 2000- 24000C-dir. Onlar termik davamlılığının az ol- ması ilə seçilir.
Dolomit həm toz, həm də kərpic şəklində istifadə edilir. Təbii dolomiti (CaCO3MgCO3) 1550-15700C-də yandırdıqda parçalanır və yüksək temperaturda əriyən kalsium və maqne- zium oksid qarışığından ibarət (CaO, MgO) odadavamlı toz alı- nır. Bundan, eyni zamanda, odadavamlı kərpicdə hazırlanır. Bu məqsədlə dolomit tozunun əlaqələndirici rolunu oynayan daş kömür qatran ilə (12-14% miqdarında) və az miqdarda Cr2O3 ilə qarışdırıb qızdırır və yüksək təzyiq altında sıxırlar. Dolomi- tin odadavamlılığı 1800-19500C-dir; onun mənfi cəhəti hiqros- kopik - nəmliyə həssas olmasıdır. Bu da onun termik davamlı- lığını və digər qiymətli xassələrini aşağı salır.