Xırdalanma və çeşidləmə. Filizləri və flüsləri xırda- layıcı qurğularda xırdalayır və çeşidləyici maşınlarda çeşidlə- yirlər. Xırdalama prosesi filiz parçalarının xırdalama dərəcəsin- dən asılı olaraq dörd qrupa ayrılır:
1. iri xırdalama- 100 mm-ə yaxın ölçülü; 2.orta xırdalama- 30-100 mm ölçülü;
kiçik xırdalama -1- 30 mm ölçülü;
narın xırdalama və ya üyüdülmə- 1 mm-dən kiçik öl- çülü hissəciklər.
Zənginləşdirmə. Cılız filizlər çoxlu sayda boş süxur- lara malik olduqlarından xırdalandıqdan və çeşidləndikdən son- ra zənginləşdirilir. Nəticədə boş süxur və zərərli aşqarların miq- darı azalır, metallı hissənin nisbi miqdarı isə xeyli artır. Saf- laşdırılmış filizlərə filiz konsentratı deyilir. Filiz konsentratla- rında dəmirin miqdarı 62-65%-ə çatır.