Adiak imtahan suallarinin cavablari


  İşgüzar kommunikasiyada telefon etikası və etiketi



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

20. 
İşgüzar kommunikasiyada telefon etikası və etiketi: 
qaydalar və normalar. 
Telefon işgüzar ünsiyyətdə, biznesdə ən vacib və tez-tez istifadə 
olunan alətlərdən biridir. Telefon ünsiyyət qurmaq üçün ən asan və 
ən ucuz vasitələrdən biridir; əgər işgüzar tərəfdaşlarınıza peşəkar 
görünməyə çalışırsınızsa, telefon danışığı ilə bağlı aşağıda göstərilən 
norma və qaydaların yerinə yetirilməsi vacibdir.
Norma təşkilatda hər bir əməkdaşın telefon etiketinə riayət 
etməsidir: daxil olan zənglərə cavab vermək; şirkətin adından telefon 
zəngləri etmək; müştərinin zəngini lazımi ünvana yönəltmək və s. 
Telefonda ünsiyyət zamanı səs çox xoş və məlahətli gəlməlidir. 
Səhər erkən və gecə heç kimə zəng vurmayın, əgər o, yatır və ya 
mürgüləyirsə, sizinlə söhbət maraqlı olmayacaq. Söhbətə zəng vuran 
başlayır. 
Qeyri-rəsmi zənglərdə “Alo?” sualı kifayət edir, rəsmi olduqda 
müraciət fərqlidir: Salam, mənim adım Əlidir. Əgər nömrəni düz 
yığmamısınızsa, nəzakətlə üzr istəyin. 
Eyni zamanda iki nəfərin zənginə cavab verə bilməyəcəyiniz halda 
üzr istəyib, geri yığacağınızı bildirin. 
Ətrafdakı radio və ya televizorun səsi narahatlıq yaradırsa, etiketə 
görə, xətdəki insanı eşitmək üçün dərhal səsini azaldın.
İşgüzar ünsiyyət mövzusunu həmişə aktual saxlayın və rəsmi 
salamlardan sonra işə keçin. 
Mühüm telefon etiketlərindən biri zəngə cavab verməkdir, 
vermədikdə qarşı tərəfi qıcıqlandırır; əgər siz zəngi ötürmüsünüzsə, 
mütləq təkrar yığın. Zəngə üç səs siqnalı ərzində cavab verin.
Zəng edərkən dərhal mətləbə keçməyin. Özünüzü təqdim edin, 
həmsöhbətdən vaxt ayırmaq imkanı olması haqqında soruşun, 
zənginizin məqsədini bildirin. 


21. 
Akademik kommunikasiyanın mərhələləri. 
Akademik kommunikasiya müəyyən mərhələlərdən keçir: əsas 
janrları, üslubu, elmi işlərin quruluş və kompozisyası, emi aparaturu 
və onun keyfiyyəti, ədəbiyyat siyahısı, sitat və istinad etmə, plagiat və 
antiplagiat anlayışları, cari nəzarət və aralıq attestasiya formaları.
Akademik kommunikasiyanın üç aspekti var:
1)mətnlərin şərhi üçün dil sistemlərinin, metodların, vasitələrin və 
texnologiyaların əlaqəli əməliyyatı; 
2)orijinal sosial və ya peşəkar kontekstdə müzakirələr;
3)transformasiya və mövcud diskurs təcrübələrinin kritik nəzərdən 
keçirilməsi ilə tənqidi fikirlər. 
Bu üç ölçü qarşılıqlı əlaqəli və bir-birindən asılıdır; elmi mətn 
yaratmaq üçün yalnız müəyyən bir bilik sahəsinə, onun quruluşunun 
üsul və texnologiyalarına sahib olmaq, orada hansı problemlərin 
müzakirə olunduğunu bilmək deyil, həm də biliklərin yenilənməsində 
və bu problemlərin həllində yeni yolların tapılmasıdır.
Heç bir beynəlxalq elmi jurnal informasiya təşkilatının prinsip və 
normalarına riayət etməyən tədqiqatları qəbul etmir, bunun üçün 
akademik yazı qaydalarını mənimsəmək lazımdır, çünki onların 
anlaşılmasına çoxsaylı sınaqla, intuitiv yolla nail olmaq mümkündür. 
Akademik yazı metodu informasiya abzaslarına, giriş və nəticəyə, 
keçid siqnallarına, quruluşlara, açar sözlərə əsaslanır. 
Elmi mərkəzlər yeni tədqiqatçı nəsillərə köhnə stereotipləri 
qırmağa və saxta akademizmin, uzunçuluğun, mətnin sistemsiz 
təşkilinin əlaqəsiz sintaksis ənənələrinin tədricən ləğvinə kömək edə 
bilər, elmi təfəkkürlə yazmaq ən yavaş və ən çətin inkişaf edən 
bacarıqdır. Heç bir maddi stimul və ya sanksiya bir anda bütün ölkəni 
akademik savadlı mətnlər yazmağa öyrədə və ya məcbur edə bilməz. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin