15. Onlayn işgüzar kommunikasiya və kompüter- internet diskursu. İnternet bir-biri ilə bağlı kompüter şəbəkələrinin qlobal sistemidir,
müasir dünyada cəmiyyətin və insanın gündəlik həyat tərzində və
fəaliyyətində ən mühüm faktora çevrilməklə bəşəriyyətin vahid
cəmiyyət modelini formalaşdırmaqdadır. İnternet bir-birindən uzaq
olan insanları məkan və zaman baxımından qovuşdurur, onların
arasında bir sıra texniki vasitələrlə qarşılıqlı əlaqə həyata keçirir.
İnternet kommunikasiyası lazım olduqda daha sürətli və səmərəli
platformaların köməyi ilə müxtəlif layihələrdə asanlıqla əməkdaşlıq
etməyə imkan yaradır, onların həyata keçirilmə müddətini azaldır və
ən vacibi – vəsaitə qənaət olunur. Onlayn kommunikasiya daha
qənaətlidir və səmərəli qarşılıqlı əlaqə yaratmağa imkan verir.
Təcrübə göstərdi ki, internet hətta pandemiya şəraitində, insanların
təhlükəsizlik məqsədləri üçün karantinə riayət etməsi zamanında
lazım olan vəziyyətdən çıxmağı asanlaşdırdı.
Elektron diskurs kommunikasiyanın yeni və keyfiyyətli bir
formasıdır. Elektron diskursun janr diferensiasiyası daha çox işgüzar
kommunikasiyanın spesifikliyi ilə bağlıdır. İşgüzar əlaqələrin elektron
janrları: məktublar, videokonfrans və müzakirələr sosial şəbəkələrdə
ünsiyyəti təmsil edir. Sinxron və asinxron rabitə elektron işgüzar
diskursun xüsusiyyətləridir; janrların bəzisi yazılı nitqə (statik), digəri
söhbətə – şifahi nitqə meyillənən diskurslara malikdir, bəzi janrlarda
bu amillərin üst-üstə düşməsi də baş verir.
Əksər tədqiqatçılar kompüter-internet diskursunu interaktiv
(həmsöhbətin mesaja reaksiyası) janrlara bölürlər: söhbət, məşvərət, forum, konfrans, bloq, elektron poçt və s. Kompüter-internet diskursu çoxşaxəlidir. Hal-hazırda kompüter-
internet diskursu aşağıdakı sahələrə bölünür: a)əsas xidmətlər –
dünya şəbəkəsi (e-poçt); b)axtarış sistemləri; c)oyunlar; ç)onlayn-