Adiak imtahan suallarinin cavablari


maneələr.  İşgüzar ünsiyyətdə insanlar arasında əlaqələrin inkişaf etdirilməsi  mürəkkəb, çoxplanlı prosesdir. Ünsiyyətin mərhələləri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

maneələr. 
İşgüzar ünsiyyətdə insanlar arasında əlaqələrin inkişaf etdirilməsi 
mürəkkəb, çoxplanlı prosesdir. Ünsiyyətin mərhələləri belə 
fərqləndirilir: 
əlaqə yaratmaq
– şəraitə uyğun istiqamətlənmək (insanlar, ab-hava və s.); 
məsələnin müzakirəsi, problemlər; 
qərar qəbul etmək
– qarşılıqlı əlaqədən ayrılmaq. 
İnformasiyanın qəbulunun adekvatlığı, əsasən, ünsiyyət prosesində 
kommunikasiya maneələrinin olub-olmamağından asılıdır. Maneə 
yaranarsa, məlumat təhrif olunur və ya ilkin mənasını itirir, bəzi 
hallarda isə ümumiyyətlə qəbul edilmir. 
İşgüzar kommunikasiyanın ümumi prinsiplərindən biri maneənin 
psixoloji fenomenlərini qəbul etmək və şəxsi münasibətlə bağlıdır. 
Fonetik, üslubi, semantik və məntiqi maneələri də qeyd etmək olar. 
Fonetik maneə nitq qüsurları ilə bağlıdır. Semantik maneə ünsiyyət 
iştirakçılarının məzmun sistemlərində fərqlər ilə əlaqələndirilir. Üslubi 
maneə şəraitdən asılı olaraq, nitqin üslub tərzinin düzgün 
seçilməməyi və ünsiyyət tərəfdaşlarının aktual psixoloji vəziyyətləri 
uyğun gəlmədikdə yaranır. Məntiqi maneədə təklif olunan 
əsaslandırma işgüzar kommunikasiya tərəfdaşlarına yanlış görünür. 
Emosional maneələr o zaman yaranır ki, alınan real məlumatdan 
daha çox öz hisslərinə inanılır. 
İşgüzar kommunikasiyanın maneələrini bilmək və onları 
müvəffəqiyyətlə aradan qaldırmağı öyrənmək lazımdır. 


12. 
İşgüzar kommunikasiyada danışmaq və dinləmək 
bacarığı. 
Danışmaq nitq mənimsənildiyi andan başlayır və bunu hər kəs 
bacarır. Lakin hamının başa düşəcəyi səviyyədə, düzgün, məntiqli, 
savadlı danışmaq bacarığı natiqlik ustalığıdır.
Danışmaq bacarığı özünü dialoqda da göstərir. Dialoq məlumat 
mübadiləsidir, burada sual vermək bacarığı mühüm rol oynayır. 
Zamanında antik ritorika dialoqda bütün problemli vəziyyəti əhatə 
edən yeddi klassik sual irəli sürürdü: nə? Kim? Harada? Hansı üsulla? 
Nə üçün? Necə? Nə zaman? 
İşgüzar kommunikasiyada sualın müxtəlif növlərindən istifadə 
olunur: 
1)Qapalı suallar. Bunlara qarşı tərəf bəli və ya xeyr cavabı verir. 
2)Açıq suallar. Qarşı tərəf əhatəli cavab verməli olur.
3)Həmsöhbətin sizi başa düşdüyünə əmin olmaq üçün yoxlama 
suallar.
4)Alternativ suallar. Bu suallar qarşı tərəfə seçim və daha tez qərar 
qəbuletmə imkanı, nitqə emosionallıq verir.
5)Ritorik suallar. Cavab tələb olunmur.
6)İstiqamətverici suallar. Tərkibində tələb olunan cavabların elementi 
də olduğu üçün lazım gəldikdə danışığı müəyyən istiqamətə 
yönəltmək mümkündür. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin