Adiak imtahan suallarinin cavablari


)bacarıq – öyrənilənlərin təcrübəyə yönəldilməsi, qazanılmış bilikləri  tətbiq edə bilmək səriştəsidir;  2)vərdiş



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   16   17   18   19   20   21   22   23   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

1)bacarıq – öyrənilənlərin təcrübəyə yönəldilməsi, qazanılmış bilikləri 
tətbiq edə bilmək səriştəsidir; 
2)vərdiş – praktik bacarıqlardır; fəaliyyət prosesində onların qismən 
avtomatlaşdırılması, iş üsullarının çətinlik çəkmədən, iradə və şüurun 
xüsusi nəzarəti olmadan, tərəddüdsüz yerinə yetirilməsidir; 
3)dəyər – təfsir, şərhdir; fərd, sosial qrup və ya bütövlükdə cəmiyyət 
üçün zəruri olan, tələblərini, maraq və məqsədlərini ödəməyə qadir 
olan hər şeydir; 
4)bilik – təbiət və cəmiyyət hadisələrini təfəkkürün obyektiv 
qanunlarına uyğunlaşdırmaq, təsəvvür və fəaliyyət üsulları sisteminə 
yiyələnmək, sərbəst və məntiqi şəkildə müqayisə, ümumiləşdirmə 
aparmaq, nəticəyə gələ bilməkdir; 
5)çeviklik – rəngarənglik, yetişən yeni nəslin hərtərəfli olmasıdır. 
Tələbənin tədqiqatçılığı müəllimdən fərqlənir. Müəllim təlim 
materialında dolaşıq və mübahisəli məsələləri aydınlaşdırır, 
tələbələrə düzgün variantlar öyrədir, tələbələr isə müəllimdən fərqli 
olaraq, tədqiq olunmuşları araşdırır, yəni təlim materialı üzərində 
düşünür, axtarış aparır, əlverişli variant seçir, tədqiqatı şüurlu 
mənimsəyir. 


26. 
Şifahi akademik kommunikasiya. 
Şifahi akademik kommunikasiya elmi nitq nəzəriyyəsi, təcrübəsi və 
ritorik kanon, müəyyən çıxış mətni üzərində iş mərhələsidir. Şifahi 
akademik kommunikasiyanın dialoq janrı elmi məruzənin müzakirəsi, 
yazılı akademik mətn və şifahi çıxışla yekunlaşır, monoloq janrda 
informasiyaverici xarakter daşıyır. Monoloq biliklərin ötürülməsi, 
çatdırılmasıdır, bu halda danışan dinləyənlərin informasiya qəbul 
etməsini, intellektual bacarıqlarını, eyni zamanda buna hazır olub-
olmadıqlarını nəzərə almalıdır. Bu növə müxtəlif məzmunlu nitqlər: 
məruzə, mühazirə və s. məlumatlar aid edilir. 
Məruzə müəyyən bir mövzu ətrafında söylənilən monoloji nitqdir, 
həcminə və məntiqi məzmununa, adresata çatdırma zamanında 
məsuliyyətinə görə xarakterizə olunur. Məruzənin mətni əvvəlcədən 
hazırlanır: mövzu dəqiqləşdirilir, bu barədə material toplanır, 
mənbələrə müraciət olunur, biblioqrafiya tərtib edilir, tezis və ya plan 
hazırlanır, nəticə ilə yekunlaşır. Məruzə şifahi şəkildə təqdim olunsa 
da, mətnin tam şəkildə oxunması norma hesab olunur.
Mühazirə ali məktəblərdə professor-müəllim heyətinin müvafiq 
fənnin mövzusunu şifahi şəkildə izah etməsi, tədrisin tipologiyasına 
uyğun qrup şəklində dərslərin keçirilməsində mühazirə-seminar 
sisteminin elementidir. Mühazirənin fərqli növü vardır: tədris, ictimai, 
epizodik və silsilə. Bunların hamısına eyni tələblər qoyulur: elmilik, 
konkret ideya, forma və məzmun vahidliyi, ifadədə emosionallıq.
Çıxış akademik kommunikasiyanın növlərindən biridir, planlı 
şəkildə, mətləbə görə söylənilir. 3-5 dəqiqə çəkən çıxış qeydlərə 
əsaslanır. Lazım gəldikdə, yəni nöqsan söylənildikdə məruzəçi çıxışa 
öz münasibətini bildirə bilir. Monoloji nitqin bu növü məruzə və 
hesabatdan sonra, eləcə də dissertasiya müdafiəsində elmi işlə bağlı 
səsləndirilir, ətraflı müzakirə olunur, sonda müvafiq qərar qəbul 
edilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin