29.
Yazılı elmi mətnlər.
Yazılı elmi mətnlər çeşidli kompozisiya-semantik quruluşa malikdir.
Onların
elmi məqalə, kurs işi, referat, tezis, monoqrafiya, annotasiya,
dissertasiya, avtoreferat, resenziya və s. növləri vardır.
Elmi məqalə müəllif araşdırmalarının nəticələrini, tövsiyələrini
özündə birləşdirən eksperimental və ya analitik fəaliyyətdir.
Kurs işi ali məktəblərdə ixtisas müəlliminin rəhbərliyi altında
tələbələrin tədris planına uyğun gördükləri müstəqil elmi-metodik
işdir; aşağı kurslarda referat, yuxarı kurslarda isə elmi-tədqiqat
xarakterlidir.
Tezis məruzədə, elmi əsərdə əsas məzmunun məntiqli, qısa quruluş
formasıdır, işlə bağlı elmi məlumatları, məqsədi, tədqiqatın obyektini,
mövzusunu, vəzifələrini, elmi yenilikləri, praktiki əhəmiyyətini,
metodik əsaslarını, hipotezləri ehtiva və təsvir edir.
Abstrakt məqalənin yekunu olub, əsas məqamları qısa şəkildə
göstərir, elmi yazının məzmununu çatdırmaq məqsədi daşıyır.
Dostları ilə paylaş: