30.
İşgüzar və akademik kommunikasiyada nitq
mədəniyyəti.
İşgüzar kommunikasiyada nitq mədəniyyəti gözəl danışmaqla
auditoriyaya arzuolunan təsir göstərmək, söyləmə ustalığı, mövqeyini
əsaslandırmaq, sosial hadisə kimi ictimai əhəmiyyətli və ya biznes
yönümlü məsələlərin müzakirəsi və həllində əməkdaşlığa meyil
göstərmək, həmsöhbətləri inandıra, istiqamətləndirə bilmək
bacarığıdır.
Nitq mədəniyyəti fikir və istəkləri dəqiq ifadəetmə bacarığıdır, bu
onun effektivliyinin ən vacib şərtidir.
İşgüzar kommunikasiya mədəniyyəti bir-birindən əhəmiyyətli
dərəcədə fərqlənən bir neçə formaya malikdir:
İşgüzar danışıqlar. Bu, müəyyən məsələnin həllində maraqlı olan
tərəfdaşların şəxsi görüşüdür. Belə danışıqların son məqsədi
müqavilələrin imzalanması və bağlanmasıdır.
İşgüzar görüş. Birinci formadan fərqli olaraq, burada auditoriya
daha genişdir və müəyyən məqsəd və vəzifələrin müzakirəsi bir qrup
mütəxəssis tərəfindən, bir qayda olaraq, bir təşkilatın daxilində
həyata keçirilir.
Dostları ilə paylaş: