Adiak imtahan suallarinin cavablari


Açıq çıxış. Bu ünsiyyət forması birinin bir qrup insana verdiyi  məlumatdır. Mübahisə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

Açıq çıxış. Bu ünsiyyət forması birinin bir qrup insana verdiyi 
məlumatdır.
Mübahisə. Tərəflər arasında fikir ayrılığı yaranarsa, hər iki tərəf öz 
mövqeyini müdafiə etməyə çalışdıqda ünsiyyət mübahisə formasını 
alır. 
İşgüzar yazışma. E-poçt və ya mesajların hazırlanması ilə 
məlumatların ötürülməsi. Bu metod birbaşa əlaqəni nəzərdə tutmur, 
informasiyanın ötürülməsi yazışmalar vasitəsilə həyata keçirilir. 


31. 
Mədəniyyət anlayışı. İşgüzar kommunikasiyada 
milli-mədəni spesifiklik. 
Mədəniyyət ərəb mənşəli söz olub, “insan cəmiyyətinin istehsal 
sahəsində, ictimai və mənəvi həyatında əldə etdiyi nailiyyətlərin 
məcmusu” deməkdir.
Mədəniyyətin ən vacib xüsusiyyətləri bunlardır: dialoqlaşma, bu 
prosesdə mədəniyyət amillərinin çoxluğu və məntiqi nəticəsi; bu 
prosesin fasiləsizliyi; mədəniyyət faktı atributlarının bir sıra 
istiqamətə şaxələnməsi və mexanizminin qorunması və s. 
Bütün mədəniyyətlər çoxşaxəli, çoxpilləlidir; bununla da mütləq 
qaydada informasiya yaratmağa meyilli olan strukturları düşüncə 
tərzində cəm edir, formalaşdırırlar. Bu fakt mədəniyyətə zəngin, fərqli 
potensialı toplamağa və daimi inkişafa zəmin yaradır. 
Geniş anlamda mədəniyyət insan cəmiyyətinin işgüzar istehsal 
sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin 
məcmusudur. Bu nailiyyətlər insanların bir yerdə yaşamağını daha 
rahat təşkil etməyə yönəlib. Mədəniyyət anlayışının əsas mənbəyi 
insan, onun təfəkkür fəaliyyəti və ona verilən dəyərdir. Bunlardan biri 
də ünsiyyət, kommunikasiya mədəniyyətidir. Bu anlayışlarda 
mədəniyyət amilinin forma və növləri ümumi insan əxlaqının prinsip 
və kateqoriyaları ilə sıx bağlıdır, onlardan doğan mədəni davranış 
qaydalarını mənimsəmək, mənəvi zənginliyə malik olmaq hamının 
borcudur. 
Nitq təkcə hər bir fərdin danışıq səviyyəsinin deyil, həm də 
bütövlükdə mədəniyyətinin göstəricisidir. Mədəniyyət fəaliyyəti 
zamanı insan tərəfindən yaradılmış və onun üçün səciyyəvi həyat 
formalarının məcmusu, həmçinin quruculuq və təkrar istehsal 
prosesidir.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin