Adiak imtahan suallarinin cavablari


  Leksik və üslubi norma



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

36. 
Leksik və üslubi norma. 
Leksik norma sözün mənası və ya mənalarını yaxşı bilmək, onu 
yerində və düzgün işlətməkdir. Lüğət tərkibini təşkil edən sözün əsas 
vəzifəsi dildaxili və dilxarici faktları düşüncə obyektinə çevirməkdir. 
Bu zaman müəyyən fikri ifadə etmək üçün uğurlu söz tapmaq və onu 
qrammatik qaydalara uyğun əlaqələndirməkdir. Hər bir söz leksik-
semantik paradiqmanın bir üzvüdür, onların məna əlaqələri təsəvvür 
dairəmizlə şərtləşir.
Nitq tarixi, maddi və s. Amillərlə bağlıdır, dilin formalaşmasına təsir 
edir; dil sistemi isə nitqdəki təzahürlərə əsasən müəyyənləşir. Əgər 
nitq faktı dil faktından əvvəl gəlirsə, dildə olan hər bir şey əvvəlcə 
nitqdə olur; bütün nitq vahidləri dil faktına çevrilir, ünsiyyət 
prosesində mühüm rol oynayırlar. Müxtəlif əlamətlərin məcmusu 
olan sözlərin semantik strukturu müəyyənləşir, forma və məzmunca 
söz qruplarına ayrılırlar. Bu vahidlər müəyyən məna bildirir və ya 
onun ifadə edilməsi və diferensiallaşmasında iştirak edir, üzvlənir, 
müəyyən səviyyə təşkil edir, bu səviyyə daxilində dilin ümumi 
sisteminə – nitqə daxil olurlar. 
İstifadə dairəsinə görə dilimizin leksik vahidləri normaya uyğun 
işlədilməlidir. İctimai şüur ayrı-ayrı fərdlərdə şüurun, sadəcə, toplusu 
deyil, onun öz səciyyəvi qanunauyğunluğu var. Mənalar sistemi nitq 
prosesində leksik və sintaktik strukturlarla limitləşdirilir. Dil 
daşıyıcılarının hamısı eyni dünyagörüşünə malik deyil, həmçinin 
ictimai hadisə kimi dildə sistemlilik yoxdur – hər bir leksik vahidin 
özünəməxsus həm semantik, həm də kommunikativ-üslubi 
keyfiyyətləri və məna, işlədilmə dairəsi vardır. Təfəkkürün inkişafı 
dilin inkişafını tənzimləyir. 


37. 
Qrammatik norma. 
Nitqdə söz və cümlələr arasındakı əlaqələr qrammatik norma 
əsasında tənzimlənir. Qrammatik normalara morfoloji 
kateqoriyalardan düzgün istifadə, sintaktik əlaqə formaları, cümlə 
üzvlərinin sıralanması və s. aiddir. Qrammatik normalar dildə mövcud 
olan qrammatik qaydalar sisteminin ümumiləşmiş şəkildə inikasıdır; 
bu normalar dil hadisələrinin mühüm əlamətlərinin vəhdəti olan 
qrammatik məfhumların tərkib hissələrinə, dilin formal və mənaları 
arasındakı asılılıqların anlaşılmasına əsaslanır. Qrammatik məfhumlar 
dil hadisələri və təfəkkürün iştirakı ilə formalaşır, deməli, qrammatik 
normalar şəkilçilərin, qrammatik kateqoriyaların işlənmə ardıcıllığı, 
sözlərin sıralanmasının ümumiləşdirilməsi, dil hadisələrinin hamısına 
xas olan əlamətlər əsasında həmcins dil hadisələri qrupunda 
birləşdirilməsindən ibarət olan məntiqi nəticədir. 
Qrammatika iki şöbəyə ayrılır: morfologiya və sintaksis. Hər ikisi 
dilin qrammatik quruluşundan bəhs etsə də, leksik-qrammatik 
mənalarına, morfoloji əlamətlərinə, sintaktik formalarına görə 
özünəməxsus əlamət və xüsusiyyətləri, qrammatik məfhumlarının 
mühüm və ümumi əlamətlərinin norması vardır. 
Morfologiyanın da obyekti sözdür, lakin leksikologiyadan fərqli 
olaraq, məqsəd sözün leksik-semantik, üslubi cəhətdən araşdırılması 
yox, morfoloji-qrammatik, məzmun və məna quruluşunun 
səciyyəsinə, dil hadisələrini struktur əlamətlərinə görə fikrən seçib, 
birləşdirib öyrənməkdən ibarətdir. 
Sintaktik normanın əsası sözlərin söz birləşməsi, cümlələrdə, söz 
birləşmələrinin cümlə üzvləri arasında konkret olaraq qrammatik 
mənaya çevrilməsi, onu əmələ gətirən sözlərin xarakteri, cümlələrin 
mətn şəklində əlaqələnmə qaydalarıdır. Sintaktik norma dilin daxili 
inkişaf qanunlarını tənzimləyir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin