Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

50. 
Elmi üslub. 
Elmi üslub elm qarşısında duran tələblərə cavab verir, əsas 
fərqləndirici əlaməti mütəxəssislərə ünvanlanan akademik şərhdir. 
Elmi üslubun əsas funksiyası yalnız məntiqi məlumatları ötürmək 
deyil, həm də onun doğruluğu, yeniliyi və dəyərini sübut etməkdir. 
Elmi üslub müxtəlif formalarda mövcud olsa da, yazılı şəkildə üzə 
çıxır – elmi nitqin mövcudluğunun əzəli forması yazıdır. 
Elmi üslubun əsas vasitələri təsvir, nəqletmə, mühakimədir. Təsvir 
– reallığın, onun əlamətlərinin sadalanması, nəqletmə – təzahürlərin 
müəyyən ardıcıllıqla verilməsi, mühakimə – hər hansı bir fikrin şifahi 
ifadəsi, izahı və təsdiqidir. 
Elmi üslub deduksiya, induksiya və problemin ifadəsinin məntiqi 
təşkilidir. Deduksiya təfəkkürün elə formasıdır ki, burada əvvəlki 
fikirlərdən məntiqi yolla yeni fikir çıxarılır. Nəticədə müəyyən 
müqəddimələrdən, hökmlərdən istifadə edilir və yeni biliklər alınır. 
İnduksiya elmi üslubda – elmi qanunların kəşf olunması prosesində, 
sübutda, elmi hipotezlərin yaranmasında geniş istifadə olunur. 
Hipotez tədqiq olunan obyekt və hadisələrin xassə və səbəblərini izah 
edən əsaslandırılmış fəaliyyətdən ibarət olan insan biliklərinin inkişaf 
formasıdır. 
Elmi üslubun məntiqiliyi, konsepsiyası terminologiyasız təsəvvür 
edilmir, çünki məhz onlar təyinatın dəqiqliyini təmin edir. 
Terminologiya elmi nitqin dəqiqliyini həyata keçirir.
Elmi üslub digər üslublara təsir edir, elmi nailiyyətlər və yeni 
texnologiyalar dilimizi neologizmlərlə zənginləşdirir, elmi-mədəni 
həyatımıza daxil olur. Elmi üslubun ikinci əsas funksiyası məntiqi 
düşüncəni aktivləşdirməsi, qeyri-mütəxəssislərdə elmi məlumatlara 
maraq oyatmasıdır. Bu cəhətdən müxtəlif növə bölünür: elmi-texniki, 
elmi-işgüzar, elmi-populyar, elmi-tədris, elmi-publisistik (bədii və 
publisistik üslublara keçid).



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin