Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

51. 
Danışıq üslubu. 
Danışıq üslubu spontan şəkildə (əvvəlcədən düşünülmədən), 
ünsiyyət tərəfdaşlarının birbaşa iştirakı ilə gündəlik nitq aktıdır. Şifahi 
formada meydana çıxan gündəlik danışıq digər funksional üslublar 
üçün təyinedici formadır və rəsmi qaydada tənzimlənmir, nitqə 
istənilən şəkildə qurmaqda sərbəstlik verir. Danışıq üslubunun 
normaları ədəbi dildəki kimi kodifikasiya olunmur, ona görə də qeyri-
mütəxəssislər arasında illüziya yaradır, sanki danışıq nitqi 
ümumiyyətlə normaya malik deyil. 
Danışıq nitqi yalnız məişətlə məhdudlaşmır, həm də həyatın, 
demək olar ki, bütün sahələrində – ailə, istehsalat, ictimai-siyasi, 
təhsil, elm, mədəniyyət, idman və s. – ünsiyyət vasitəsi və 
funksiyasıdır; iki və ya daha çox həmsöhbətin bilavasitə tələbləri ilə 
yaranır və kommunikativ vasitə kimi çıxış edir. 
Danışıq üslubunun xüsusiyyətləri qrammatika və lüğətlərdə qeyd 
olunmadığı üçün qeyri-standart da ola bilir və ədəbi dilin funksional 
üslublarına qarşı qoyulur. Yazılı formadan fərqli olaraq, danışıq 
nitqində səhvlər ola bilər. 
Danışıq üslubu nitqin spontan qəbulu və cavabıdır, burada 
naməlum söz ola bilər, onun leksik mənası başqa bir cümlədə 
aşkarlanır. Bu vasitələrə söz birləşməsinin mənasının bir sözdə 
cəmləşməsi (özbaşınalıq – icazəsiz işdən getmə, marşrut – marşrut 
taksi, soda – qazlı su); təyin edilənin işlədilməməyi (diplom – diplom 
işi, dekret – dekret məzuniyyəti); təyin edənin götürülməsi ilə 
semantik birləşmə (su – mineral su, şura – elmi şura, bağça – uşaq 
bağçası, şəkər – şəkər tozu, komissiya – Ali Attestasiya Komissiyası) 
xarakterikdir. 
Danışıq üslubu üçün nitqin canlılığı, konkretliliyi, sadəliyi 
xarakterikdir. Danışığı məlumat və ya təsir funksiyası tamamlaya bilər, 
lakin həm məlumat, həm də təsir birbaşa ünsiyyətdə üzə çıxır və tabe 
mövqe tuturlar. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin