Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   34   35   36   37   38   39   40   41   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

52. 
Bədii üslub. 
Bədii üslubun əsas fərqləndirici xüsusiyyəti məzmunun obrazlı 
vasitələrlə verilməsidir. Bu üslub leksikanın bütün zənginliyindən, 
imkanlarından istifadə etməklə obrazlılığı, emosionallığı ilə 
xarakterizə olunur, oxucunun hisslərinə təsir edir. Bədii dilin əsas 
funksiyası estetiklik və poetiklikdir.
Bədii üslubun əsas funksiyası məlumat vermək, estetik təsir 
göstərmək və zövq formalaşdırmaqdır, emosional təsiri danışıq-
məişət və publisistik üslublardan əhəmiyyətli dərəcədə fərqlənir; 
özünəməxsusluğu obrazlılığın yaradılması üçün gerçəkliyin təsvirinə 
güc, canlılıq verən orijinal nitq fiqurlarından, müxtəlif və həddindən 
artıq zəngin dil vasitələrindən istifadə etməkdir. Bədii üslub milli bədii 
təfəkkürün ifadəsi, obrazlı, emosional nitq formasıdır – funksional 
imkanlarının genişliyinə görə bədii üsluba ədəbi-bədii dil də deyilir.
Bədii üslubun obrazlılığı bütün dil səviyyələrində özünü göstərir. 
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, 
təkrar və intonasiyadır, onlar həm də nitqdə ritm yaradırlar. 
Bədii üslubun leksik və qrammatik səviyyədə göstəriciləri 
sinonimlər, antonimlər, omonimlər, frazeoloji birləşmələr və s.-dir. 
Sözün bədii funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində – 
məcazlarda özünü göstərir. Məcazlar obrazlı təsvir vasitələrindən 
biridir, nominativ deyil, əlavə mənalarda işlənən söz və ifadələrdir, 
nitq şəraitində subyektiv meyarlarla meydana çıxır. Məcazların əsas 
növləri aşağıdakılardır: epitet, poetik sözlər, metafor, metonimiya, 
sinekdoxa, anafora, epifora və s. 
Bədii üslub obrazlı yaradıcılıqdır, onun qiymətini ideyası, bədiiliyi, 
hissi ifadələri, xəlqiliyi, sadəliyi, aydınlığı, yığcamlığı, ahəngdarlığı 
artırır. Bədii dilin ədəbi dildən fərqi budur ki, o yalnız öz məntiqi ifadə 
vasitəsilə deyil, həmçinin şəkli, zahiri təsiri, musiqiliyi ilə fikrin 
ifadəsinə xidmət edir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin