42.
Nitqin məntiqliliyi.
Nitqin məntiqiliyinə qoyulan tələblər məntiq anlayışının
çoxçeşidliliyi ilə izah olunur. Məntiq şərti olaraq sözdə adekvat ifadə
olunmuş və ona görə ondan ayrılmayan fikir və ya hansısa bir fikri
adekvat ifadə edən və ona görə də ondan ayrılmayan mənasında
anlaşılır. Fikrin həqiqiliyi məntiqi nitqin əsasıdır, onu iki yerə bölmək
olar: mühakimə və təqdimat.
Nitqin məntiqiliyi məntiq qanunlarının müəyyən ardıcıllığına
tabedir: əvvəlcə fikrin, sonra mühakimənin, daha sonra isə
təqdimetmənin həqiqiliyi aydınlaşdırılır. İşgüzar ünsiyyətdə fikirləri
anlamaq yox, həm də onların həqiqiliyini və münasibliyini yoxlamaq,
sonra isə düşüncələri, ünsiyyətin bütün tələblərini nəzərə almaqla
müəyyən bir qaydaya salmaqdır. Düşüncə məntiqini şərti olaraq
məntiqi düşünmə və təqdimat məntiqinə ayırmaq olar. Təqdimat
məntiqinin əsasında mühakimə məntiqi dayanır, çünki, hər şeydən
əvvəl, kommunikativdir və nitq xətti kimi sinxron zehni fəaliyyətə və
yığcamlığa tabedir.
Nitqin məntiqiliyinin dərəcəsini əsaslandırmaq üçün əsas meyarlar
təqdim olunan informasiyanın münasibliyi, ardıcıllığı və
məqsədyönlülüyüdür. Nitqin məntiqiliyində məqsəd dinləyiciyə
əvvəlcədən düşünülmüş təsir göstərməkdir, düşüncə məntiqi
müəyyən obrazlar zənciridir, əsas formaları anlama, müzakirə və
mülahizələrdir. İnsan düşüncəsində müxtəlif mövzular eyni şəkildə
əksini tapmır; formaları mövzular arasında əlaqədə əks olunur, bu
əlaqə ya təstiq, ya da inkar edilir. Beləliklə, düşüncə təsdiq və ya inkar
formasında ifadə olunan anlayışların əlaqə formasıdır. Nəticə
qərardır: bir və ya bir neçə düşüncənin köməyi ilə formalaşan fikir.
43.
Nitqin əlverişliliyi.
İşgüzar ünsiyyətdə nitqin adresatdan asılı olan kommunikativ
xüsusiyyəti əlverişlilik adlanır. Əlverişlilik adresantla dialoqa
yönəldilib: dinləmək, eşitdiyini analiz etmək.
Əlverişliliyin öz sərhədləri var: əks səhvlərdən nəticə çıxarmaq, ölçü
hissinə əməl etmək, partnyorların bilik və ya təcrübə səviyyəsini
düzgün qiymətləndirmək, ünsiyyətin etik və kommunikativ qaydalarını
pozmamaq.
Əlverişliliyi iki hissəyə bölmək olar: dil və nitq. Dil əlverişliliyi
vahidlərinin məqsədyönlü istifadəsi, nitq əlverişliyi məlumatın düzgün
seçimi, adresanta maksimal başa düşülən etməkdir.
Əlverişliliyin ilk mərhələsi adresantla dil tapmaq, “ümumi yaddaş”
və ortaq intonasiyadır. Əlverişlilik ünsiyyətin ən vacib məqsədi kimi
aydınlıq və uğurlu kommunikativ istiqamət sayəsində baş tutmasıdır.
Əlverişlilik adresantın anlaması və nitq səviyyəsinin münasibliyini
nəzərdə tutur. Əlverişliliyin səviyyəsi adresantın anlama mərhələləri,
modulları, mətnin şərhini həyata keçirmək bacarığından asılıdır.
Əlverişsizlik nitqin mövzusunun yeniliyi ilə bağlı ola bilər, bu zaman
nitqdə anlaşılmayan, ziddiyyətli, dəqiq və konkret olmayan yeni
ideyalar və keyfiyyətlər irəli sürülür.
Anlaşılmazlıq işgüzar ünsiyyətdə nitq uyğunsuzluğuna (tanış
olmayan adresant, xarici dil, alınma söz, varvarizmlər, istifadə dairəsi
məhdud olan sözlər – professionalizmlər, terminlər, dialektizmlər,
jarqonlar, passiv leksikadan söz və ifadələr, köhnəlmiş sözlər və s.),
xarici şəraitə (səs-küy, maneə və s.) görə də yarana bilər, bunun
nəticəsində lazımi, bəzən ən vacib bir məqam buraxılar, bu da, sözün
əsl mənasında, nitq anlaşılmazlığı yaradar.
Bəzən əlverişsiz kommunikasiyanın vacib və faydalı tərəfləri olur –
aydın mətn tamamilə faydasızdır, bu ünsiyyətdə heç bir məlumat
alınmır və biliyimiz artmır.
|