Adiak imtahan suallarinin cavablari


Formallaşdırılmış konspektlər



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   18   19   20   21   22   23   24   25   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

Formallaşdırılmış konspektlər bütün yazılışların öncədən hazırlanmış 
cədvəllərə köçürülməsi ilə qurulur. Qrafik konspektlərdə işin 
elementləri elə düzülüş alır ki, anlayış iyerarxiyası və onunla qarşılıqlı 
rabitə görünən olur. 
Konspektin planlı, tekstual, toplu və tematik növləri fərqləndirilir. 
Planlı konspekt əsərin hazırlanmış ilkin planı əsasında qurulur. 
Burada hər bir sualı konspektin təyin olunmuş hissəsi cavablandırır. 
Tekstual konspekt, əsasən, sitatlar üzərində qurulur, bəzən ona sitatlı 
konspekt də deyilir. Toplu konspekt çıxarışları, sitatları, bəzən 
tezisləri də uzlaşdırır, mətninin bir hissəsi planla da təchiz oluna bilər. 
Tematik konspekt xalis öyrənmə təyinatlı olmaqla, mövzu üzrə 
qoyulan sualın açılışını bir neçə mənbədən qaynaqlandıraraq daha 
bitkin və dolğun cavablandırır.


29. 
Yazılı elmi mətnlər. 
Yazılı elmi mətnlər çeşidli kompozisiya-semantik quruluşa malikdir. 
Onların elmi məqalə, kurs işi, referat, tezis, monoqrafiya, annotasiya, 
dissertasiya, avtoreferat, resenziya və s. növləri vardır. 
Elmi məqalə müəllif araşdırmalarının nəticələrini, tövsiyələrini 
özündə birləşdirən eksperimental və ya analitik fəaliyyətdir. 
Kurs işi ali məktəblərdə ixtisas müəlliminin rəhbərliyi altında 
tələbələrin tədris planına uyğun gördükləri müstəqil elmi-metodik 
işdir; aşağı kurslarda referat, yuxarı kurslarda isə elmi-tədqiqat 
xarakterlidir.
Tezis məruzədə, elmi əsərdə əsas məzmunun məntiqli, qısa quruluş 
formasıdır, işlə bağlı elmi məlumatları, məqsədi, tədqiqatın obyektini, 
mövzusunu, vəzifələrini, elmi yenilikləri, praktiki əhəmiyyətini, 
metodik əsaslarını, hipotezləri ehtiva və təsvir edir. 
Abstrakt məqalənin yekunu olub, əsas məqamları qısa şəkildə 
göstərir, elmi yazının məzmununu çatdırmaq məqsədi daşıyır. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin