Adiak imtahan suallarinin cavablari


  Yazılı akademik kommunikasiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

27. 
Yazılı akademik kommunikasiya. 
Elmi mətnin semantik məzmununun əsası kimi metodoloji 
aspektlərin yaradılması və yazı prosesinin təşkili texnologiyaları 
müxtəlif mərhələyə ayrılır: məzmunun spontan ifadəsi, mətnin elmi 
təfəkkürə yönəldilməsi və redaktəsi. Fikrin generasiya texnologiyaları 
elmi mətnin tərtibini, sərbəst yazı mexanizmini, səpələnmiş fikirlərin 
qruplaşdırılmasını tələb edir. Elmi mətnin redaktəsinin öz prinsipləri 
vardır: episentr, analiz və sintez. Burada plagiatlığa yol verilməməli, 
yalnız elmi bilik qiymətləndirilməli, akademik yazının nitq 
stereotipləri, yaradıcılıq vəhdəti müəyyənləşdirilməlidir. Yazılı 
akademik nitq fəaliyyətinin stereotipliyini müəyyənləşdirən amillər 
aşağıdakılardır: elmi məqalənin sosial mahiyyəti və informasiya 
texnologiyasının inkişafı, düşüncə və nitqin avtomatizminə meyilliliyin 
artması, inkişaf mərhələləri – araşdırmanın obyektinin və 
mövzusunun tədqiqat sahəsinin təyin olunması, fərziyyə və 
metodların irəli sürülməsi, problemin qoyuluşu, arqument axtarışı, 
nəticələrin formalaşdırılması, nitqin məntiqiliyi, əlaqəliliyi və rasional 
qiymətləndirilməsi. 
Bu fəaliyyətlər içərisində magistrantlar da bakalavr pilləsində əldə 
etdikləri informasiyaların səriştəsini bir daha təkmilləşdirirlər. 


28. 
Konspekt: mahiyyəti və təsnifatı. 
Konspekt latınca “icmal” mənasını ifadə edir –informasiyanı 
sistemləşdirir, ümumiləşdirir və sıxlaşdıraraq bərpa edir. Konspekt 
informasiyanın əqli emalı və yazılı təsbiti prosesi olmaqla əsas 
məzmununu mətndə qısa ifadə edilmə formasıdır.
Konkret bir mövzuda onu mükəmməl şəkildə hazırlamaq və istifadə 
etmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
– Mətnin ümumi kompozisiyasına köklənmək;
– Məlumatın məntiqi-fikir istiqamətini görmək;
– Ümumilikdə ilkin mətn müəllifinin informasiyanı ifadə 
etmə sistemini anlamaq və həmçinin hər bir fikrin inkişaf 
xəttini tutmaq;
– İnformasiyanı detallaşdıran təyinatları müəyyənləşdirmək;
– Çıxış edərkən mətnin əsas hissəsi və nəticələrinə təyinat 
vermək; 
– əsas informasiyanı yazılışda büsbütün və ya bənd-bənd 
deyil, lakonik ifadədə formalaşdırmaq. 
Konspektlər quruluşca formallaşdırılmış və qrafik növlərə ayrılır. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin