Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

24. 
Elmi işin tərtibi. 
Elmi işin quruluşu giriş, əsas hissə, nəticə, lazım olsa, əlavələrdən 
ibarətdir.
Girişdə tədqiqatın aktuallığı, məqsəd və vəzifələri, obyekti və 
predmeti əsaslandırılır. Problemin qoyuluşu barədə əvvəlcədən 
məlumat verilir, çünki sonrakı mərhələdə tədqiqatın strukturunun 
tərtibi ona əsaslanır. 
Əsas hissə tədqiqat mövzusunun məqsədinə uyğun olaraq, 
müəyyən struktura malikdir: işin formal olaraq bölünmüş fəsillərinə, 
altfəsillərinə və bölmələrinə uyğun gələn mətnlər müqayisə oluna 
bilən arqumentlər müstəvisində yerləşdirilir. 
Nəticədə işin girişində göstərilən məqsəd və vəzifələr, əldə olunan 
elmi yeniliklər ardıcıl və məntiqli şəkildə təsvir edilir, müvafiq 
yekunlar əsas hissədə verilmiş elmi informasiyanın sintez formasını 
daşıyır. 
Yazılı elmi mətnlərin aşağıdakı üsulları var: Akademik; Polemik; 
Elmi-publisistik; Dialoq-müsahibə; Didaktik. 
Elmi işdə, bir qayda olaraq, akademik üslubdan istifadə olunur. Bu 
üslubda emosionallığa yol verilmir, tədqiqatın nəticələri dəqiq 
göstərilir, konkret cümlələrl formullaşdırılır, ikimənalı və dağınıq 
fikirlərə yol verilmir. 
Polemik üsul səhvlərin inkarına, köhnəlmiş nəzəriyyələrin, yanlış 
mövqelərin və arqumentlərin aşkar edilməsinə yönələn işlərin 
yazılmasında istifadə olunur. 
Elmi-publisistik üslub populyar elmi jurnallar üçün xarakterikdir. 
Dialoq – müsahibə üslubundan yazılı və şifahi nitqdə ritorik 
məqamlarda istifadə olunur. 
Didaktik üslubdan təlimi əks etdirən elmi-metodik, dərs vəsaitlərində 
istifadə ededili 


25. 
Tələbələrdə tədqiqatçılıq qabiliyyətinin 
formalaşdırılması. 
Ali təhsilə başlayan tələbə müəyyən vərdişlərə sərbəst şəkildə 
yiyələnmək məcburiyyətində qalır. Elmi problemin qoyulması, 
tədqiqat işləri, hər şeydən öncə, problemlərin həlli ilə məşğul olur və 
əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir.
Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəbin 
əsas vəzifələrindən biridir. Bunun üçün bacarıq, vərdiş, dəyər, bilik, 
çevikliyi formalaşdırmaq lazımdır: 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin