Adiak imtahan suallarinin cavablari


  Elmi tədqiqat akademik kommunikasiyanın tərkib



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

22. 
Elmi tədqiqat akademik kommunikasiyanın tərkib 
hissəsi kimi. 
Elmi tədqiqat yalnız müəyyən qrup insanlar üçün nəzərdə 
tutulduğundan onları hər kəs qavramır. Elmi dildə yazılmış mətn yeni 
biliyin əldə edilməsinə xidmət edir. Ümumiyyətlə, vahid “elmi dil”, 
yəni “elmi dildə vahid yazma üsulu varmı?” sualının birmənalı cavabı 
belədir: nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik yazı üslubu 
var. 
Elmi dilləri formalaşdıran tipik elementlər bunlardır: 
– Faktların göstərilməsi; 
– Parafrazların tərtibi; 
– Sitatların verilməsi; 
– əsaslandırma; 
– münasibətlər və əlaqələrin yaradılması; 
– anlayışların təyini; 
– dəqiqləşdirmə; 
– sistemli araşdırma; 
– diferensiallaşma; 
– əks hipotezlərin irəli sürülməsi; 
– mətni yekunlaşdırma; 
– dəyərlərin vurğulanması. 
Qeyd olunan bu elementlər elm sahəsinə uyğun terminlərin köməyi 
ilə təsvir edilir. Elmi işin nəzəri və empirik olmasından asılı olaraq, 
faktlar və hadisələr arasında səbəb-nəticə əlaqələrinin təsviri, 
işlədilən söz və söz birləşmələri fərqli olur. Bu baxımdan, məsələn, 
tibb üçün xas olan elmi dil ilə texniki elmi dili müqayisə etmək olmaz. 
Digər tərəfdən tibb elmi dilini yaxşı bilən şəxsin texniki elmi dili 
qavraya bilməsi mütləq deyil. Ona görə də kreativ yazma texnikası 
deyəndə mütləq onu konkret bir sahə üçün təsəvvür etmək lazımdır. 


23. 
Akademik kommunikasiyada elmi mühakimələr. 
Akademik kommunikasiya elmi mühakimələrə, onlar da 
fərziyyələrə əsaslanır. Fərziyyələr hər hansı bir baxış bucağından irəli 
sürülür, bunun üçün onu müəyyənləşdirmək, başqalarını nəzərdən 
keçirmək, zəif, güclü tərəfləri, motivləşməyini müəyyənləşdirmək, 
obyektiv olmaq, hədəfləri və mühakimələri aydınlaşdırmaq lazımdır: 
– Hədəfi dəqiq ifadə etməyə çalışmaq; 
– əlaqəli olan digər hədəflərdən fərqləndirmək; 
– müntəzəm olaraq hədəfdən yayınıb-yayınmamağı 
yoxllamaq; 
– real, eyni zamanda vacib hədəfi seçmək. 
Mühakimələr faktlara, məlumatlara və sübutlara əsaslanmalıdır: 
– müddəalar aşkara çıxarılmalı; 
– mühakimələri təsdiqləyən və təkzib edən faktlar tapılmalı; 
– əldə olunan məlumatların aydın, səliqəli və problemə 
uyğunluğuna əmin olmalı; 
– məlumatların gerçəkliyi yoxlanılmalı; 
– əsas elmi konsepsiyalar müəyyənləşdirilməli, onlar sadə və 
aydın şəkildə izah edilməli; 
– alternativ konsepsiyalar nəzərdən keçirilməli; 
– konsepsiyadan doğru istifadə etdiyinizə əmin olmalı. 
Elmi konsepsiyalar nəyəsə təsir etməli və ya müəyyən bir nəticəsi 
olmalıdır; təsir və nəticələr izlənilməli, həm müsbət, həm də mənfi 
tərəfləri tapmalı, bütün mümkün mühakimələr nəzərdən 
keçirilməlidir. Mühakimələr öz ardınca məntiqi nəticələr və 
aydınlaşdırma, şərh gətirir: yalnız əldə sübutlar olduqda nəticə 
çıxarılır, onların bir-birinə uyğun gəlib-gəlmədiyi yoxlanılır və 
fərziyyələr müəyyənləşdirilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin