xəbər.
16.
İşgüzar kommunikasiya etikası.
İşgüzar kommunikasiya, insan münasibətlərinin əsas
tənzimləyicilərindən biri etik normalardır, burada insanların
hərəkətlərinin düzgünlüyü və ya düzgün olmaması, ədalətli və
ədalətsizliyi haqqında təsəvvürlər ifadə olunur. İşgüzar
kommunikasiya etikası işgüzar prosesdə yaranan maneə və
problemləri dərk etməyə, onların öhdəsindən uğurla gəlməyə kömək
edir.
Əxlaq insanlar tərəfindən qiymətləndirilən etik dəyərlər sistemidir.
Əxlaq normaları ideya ifadəsini özünü necə aparmaq barədə ümumi
təsəvvürlərdən, prinsiplərdən götürür.
Etika əxlaq haqqında təlimdir, insanların daxili aləmini, simasını,
həmçinin davranış qaydaları və normalarını tənzim etmək mənasında
mənəviyyat prinsiplərini öyrənir. Etik davranışlar cəmiyyətin,
insanların özlərini aparmaqda ünsiyyət qaydalarına tabe olmaq
tələbatından irəli gəlir.
Özlərini praqmatik hesab edənlər düşünürlər ki, işgüzar ünsiyyətdə
və biznesdə etika gərəkli deyil, biznes sahibinin yeganə vəzifəsi
istənilən vasitə ilə gəlirini artırmaqdır. Bu yanaşma etik ənənələri
özündə əks etdirən cəmiyyətin normalarına heç cür uyğunlaşmır.
Biznes makiavellizmi adlandırılan bu mövqedə etik normalar işgüzar
ünsiyyətdə maneə kimi qiymətləndirilir.
Etika və biznes arasında ziddiyyətlərə münasibətdə ikinci mövqe
budur ki, işgüzar ünsiyyətdə etik normalara riayət olunması
məsuliyyəti baxımından biznesmenlərin yalnız cəmiyyət və özləri
qarşısında deyil, həm də istehsalın səmərəliliyi üçün vacib hesab
olunur. Bu halda etika həm lazımi əxlaqi davranış nümunəsi, həm də
işgüzar əlaqələrin möhkəmlənməsinə və ünsiyyətin
yaxşılaşdırılmasına kömək edən, rentabelliyi artıran vasitə (alət) kimi
də nəzərdən keçirilir. Göründüyü kimi, bu yanaşma daha sivil və
nəticədə daha effektlidir.
|