Uyğunlaşma üsulu o deməkdir ki, digər tərəflə birgə fəaliyyət
göstərilir, lakin atmosferi sabit saxlayır və öz maraqlarınızdan
qalmırsınız, bu, işgüzar kommunikasiyada münaqişələri həll etmək
üçün, bəlkə də, yeganə üsuldur ki, başqalarının ehtiyacları qarşı
tərəfinkindən daha çox həyati əhəmiyyət kəsb edir.
14.
Münaqişəli şəraitdə insanların şəxsi-emosional
tipləri və işgüzar kommunikasiyada onlarla davranış
qaydaları.
İşgüzar əlaqələrdə münaqişələr bəzən elə emosional vəziyyət
yaradır ki, burada ciddi düşünmək, nəticə çıxarmaq, problemin həllinə
yaradıcı yanaşmaq lazım gəlir. Belə şəraitdə aşağıdakı qaydalar
nəzərə alınmalıdır:
1.İnsanın münaqişədə ağlı yox, onu affekt dərəcəyə çatdıran
emosiyası hakimdir, şüur söndüyü üçün insan hərəkətinə və sözünə
sahib dura bilmir, məsuliyyət daşımır.
2.Çox alternativ yanaşmaya tərəfdar olun və təklifinizə təkid etməklə
qarşı tərəfin iradlarını rədd etməyin.
3.Münaqişənin həllinin əhəmiyyətini anlayın.
4.Əgər ünsiyyət tərəfdaşınız qıcıqlanmış və aqressivdirsə, onda daxili
gərginliyi azaltmaq lazımdır, lakin bu hələ çıxış yolu deyil. Əgər
vəziyyət belə alınıbsa – üzərilərindən nəzarət götürülübsə, çalışın belə
rəftar edəsiniz: susun və bunu qarşı tərəfdən də tələb edin, mənfi
emosiyalardan çəkinin.
5.İnsanlıqda yaxşı nə varsa – ona yönəlin, onda özünüz də yaxşı
olacaqsınız.
6.Müsahibinizə sizin yerinizdə özünü hiss etməyi təklif edin.
7.Xidmətlərinizi şişirtməyin və üstünlüyünüzü qabartmayın.
8.Yaranmış vəziyyətə görə yalnız qarşı tərəfi qınamayın və məsuliyyəti
üzərilərinə atmayın.
9.Ziddiyyətlərin həllində nəticələrdən asılı olmayaraq, münasibətləri
pozmamağa çalışın.
Münaqişəli situasiyaya uyğun hərəkət üsulunu seçərkən onun hansı
tip insana aid olduğu məlum olacaq: Təcavüzkar, Şikayətçi,
Maksimalist, Səssiz, Gizli qisasçı, Saxta altruist, Xroniki ittihamçı.
|