13.
Münaqişə sosial fenomen kimi.
Münaqişə işgüzar kommunikasiyada qarşılıqlı münasibətlərdə
özünü göstərir. “
Münaqişə fərdlərin və ya insan qruplarının
şəxslərarası qarşılıqlı əlaqə və münasibətlərdə, ayrı-ayrı fərdin
şüurunda əks-istiqamətlənmiş və bir-biri ilə araya sığmayan
tendensiyaların toqquşmasıdır”.
Əslində, həyat sonsuz sayda münaqişələr və onların həlli prosesidir,
buna görə də münaqişələrin yaranması zamanı davranış üsulları
haqqında müəyyən təsəvvürə malik olmaq lazımdır.
Münaqişələr
konstruktiv və
destruktivdir, həll üsullarına görə bir-
birindən fərqlənirlər.
Konstruktiv münaqişələrdə prinsipial tələblər
ünsiyyət prosesində üzvlərin fikir ayrılığıdır.
Destruktiv münaqişələr
neqativ, dağıdıcı hərəkətlərə gətirib çıxarır, işgüzar ünsiyyətin
effektivliyini kəskin şəkildə azaldır.
Münaqişə vəziyyətində davranış üçün ən tipik olan tərəflər arasında
rəqabət üsuludur. Bu üsul münaqişədə baş verən bütün hallarda
maraqların təmini məqsədini güdür.
Əməkdaşlıq bütün üsulların ən çətinidir, lakin bununla belə,
münaqişə vəziyyətinin həlli zamanı o daha effektlidir; Üstünlüyü
ondan ibarətdir ki, hər iki tərəf üçün ən əlverişli qərar tapılır və
rəqiblərlə tərəfdaşlıq edilir.
Kompromis üsul tərəflərin qarşılıqlı güzəştlərə gedərək fikir
ayrılığını aradan qaldırmağa çalışmasıdır. Bu yönüm də əməkdaşlıq
üsuluna oxşardır, lakin bir qədər səthi səviyyədə həyata keçirilir.
Dostları ilə paylaş: